QNET peşəkarlıq təlimlərini təqdim etdi - VİDEO

QNET peşəkarlıq təlimlərini təqdim etdi - VİDEO

Müstəqil Nümayəndələrin birbaşa satış industriyasının qanunlarına və peşəkar marketinq etikasına riayət etmələrinin tərəfdaşı kimi və bu industriyanın, bu peşənin öndə gedənlərdən olması naminə və adına bəraət qazandırmaq məqsədilə QNETPRO kampaniyasına start verdik. Bu kampaniya çərçivəsində 2017-ci ildə QNETPRO treyninqlərinə başladıq. Bu treyninqlər QNET-in kompensasiya planını, möhtəşəm məhsullarını, birbaşa satışı və peşəkar marketinqi əhatə edir. Treyninqlər 3 moduldan ibarət olmaqla sertifikatlaşma ilə yekunlaşır. Virtual ofisinizdə tapa biləcəyiniz QNETPRO treyninqlərinin 3 modulunu diqqətinizə çatdırırıq.

Modul 1: QNET qanuni birbaşa satış şirkəti kimi.
QNET peşəkarlıq təlimlərini təqdim etdi - VİDEO

Bu modulun məqsədi müstəqil nümayəndələrə birbaşa satışın və Netvork Marketinqin nə olduğunu anlatmaqdır. Bu Netvork Marketinq peşəkarının profesional və davamlı biznes qurması üçün bilməli olduğu iki əsas təcrübələrdir. Bu modulun sonunda müstəqil nümayəndələrin faktiki və tematik araşdırmalar əsasında, o cümlədən biznes sahəsində öz sözünü demiş, dünyada qəbul olunmuş məşhur peşəkarlardan sitat gətirməklə Netvork Marketinqi piramida sxemalarından fərqləndirə biləcəkləri gözlənilir. Bu modul QNET-in qanuni birbaşa satış kompaniyası olduğunu göstərən iki slayddan ibarətdir.

Modul 2: Peşəkar Marketinq anlayışı
QNET peşəkarlıq təlimlərini təqdim etdi - VİDEO

Bu modul özündə QNET-in məram və qaydalarını, konkret və situasiyaya uyğun tematik araşdırmalarını cəmləşdirir. QNET-in məram və qaydalarında olan məhsulların və ya biznesin təhrif olunması, yalançı vədlər, alınmış məhsulun digər şəxsə satışı, gəlirdən gəlir tutma, axtarış, çaş-baş salan və ya təhqiramiz reklamların elanı kimi qadağalara toxunur və bu kimi məqamları işıqlandırmağı özünə məqsəd tutur. Müstəqil nümayəndənin qeyri-etik biznes təcrübələrdən uzaq durması və inamlı, o cümlədən peşəkarcasına biznesini düzgün və dəqiq təqdim edə bilməsi üçün məsləhətlər verir. Bu modulun sonunda müstəqil nümayəndələrin profesional QNET-in nə olduğunu dərk etmələri və QNETPRO olmaları gözlənilir.

Modul 3 : QNET-in etik qaydaları.
QNET peşəkarlıq təlimlərini təqdim etdi - VİDEO
Bu modul QNET-in bütün etik qaydalarını özündə cəmləşdirir. Etika qaydaları QNET-də olduğu kimi, demək olar ki, bütün sahələrdə var. Amma heç kim onu oxumağa vaxtını sərf etmədiyi üçün formal bir mövzu olaraq qalır. Bu vacib qaydaları ekrana çıxarmaqla və auditoriyadan oxumaqlarını istəməklə, biz əminik ki, müstəqil nümayəndələr diqqət yetirir və etika qaydalarının əsl mənasını və dəyərini dərk edirlər.
QNETPRO treyninqləri ilboyu fəaliyyət göstərdiyimiz bütün ölkələrdə keçiriləcək. Sizin regionda keçiriləcək treyninq haqqda elanları izləyin. Hal-hazırda bu treyninqlər İndoneziya, Malayziya, Sinqapur və bir neçə qərbi Afrika ölkələrində keçirilir.
QNETPRO və bizim səylərimiz haqqında daha ətraflı məlumat almaq üçün QBUZZ da yerləşdirilmiş #QNETPRO bölməsini nəzərdən keçirməyi unutmayın. Biz əminik ki, bu addımlarımız daha çox iş adamlarının birbaşa satış industriyasında maddi müstəqillik əldə etməsinə əvəzsiz yardım edəcək.

f Paylaş
Bölmə: Digər Oxunub: 240 Tarix: 31.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər