Nigar Camal və Eldar Qasımov birinci gün nə edəcəklər?

Nigar Camal və Eldar Qasımov birinci gün nə edəcəklər?13 yanvarda keçirilməsi nəzərdə tutulan, daha sonra qeyri-müəyyən vaxta qədər təxirə salınan "İlin Hit mahnısı-2011" qala-konsertinin keçiriləcəyi dəqiq tarix açıqlandı.

Layihənin rəhbəri və aparıcısı, tanınmış prodüser, bəstəkar Sədaqət Rəşidqızı Milli.Az-a açıqlamasında növbəti dəfə yetərincə məlumat verdi.

"Sanki anonsları edən gündən bədnəzərə tuş gəldik. Mükafat almaq arzusunda olan sənətçilərin sayı işıq sürəti ilə çoxaldı. Amma bəzi müğənnilər başa düşmək istəmədilər ki, adından da göründüyü kimi söhbət yalnız hit mahnılardan gedir. Dediyim kimi, bunu çoxları başa düşmək istəmədi və verilişlərə qatılıb olmazın iradlar tutdular ünvanımıza. Səmimi sözümdür, bütün bu olanlar işimizə mənfi təsir göstərmədi. Əslində daha böyük layihəni ərsəyə gətirməkdən ötrü stimul mənbəyimizə çevrildi.

Xahiş məktubumuza qısa zamanda müsbət cavab verdikləri üçün Mədəniyyət və Turizm nazirliyinə təşəkkür edirik. Məlumunuz olsun ki, konsertimiz yanvarın 23-ü saat 20:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutacaq. Tədbirimizin vaxt dəyişikliyinə gəldikdə isə əsas səbəb mükafat alacaq nominant müğənnilərin Bakıda olmaması idi. Amma bütün vədlərimizi yerinə yetirəcəyik.

İnşallah, "MM production"un təşkilatçılığı ilə baş tutacaq təqdimat gecəsində "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın adını zirvələrdən səsləndirmiş Nigar Camal, Eldar Qasımov, Safura Əlizadə kimi ulduzlar səhnəyə çıxıb Avropada hitə çevrilmiş mahnılarını bir daha ifa edərək mükafata layiq görüləcəklər. Və onlarla yanaşı, Azərbaycan estradasının ən parlaq ulduzları, eləcədə hit mahnıları ərsəyə gətirmiş şair və bəstəkarlar diqqətdən kənarda qalmayacaqlar. Bunu söz olsun deyə demirəm, qala-konsertimiz öz möhtəşəmliyi ilə bütün mükafatlandırma mərasimlərindən seçiləcək", - Sədaqət belə dedi.

Gələn həftənin birinci gününə təsadüf edəcək "İlin Hit Mahnısı-2011" qala-konserti haqqında daha ətraflı məlumat əldə etmək istəyən oxucularımız (050) və (055) mobil operatorlarından 389 10 89 nömrələrinə zəng edə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2393   Tarix: 22 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875