Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı artıb

Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı artıbÖtən il Azərbaycanda qan dövranı sisteminin xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb.

Ötən il Azərbaycanda 56648 nəfər (2015-ci ildə 54697 nəfər) dünyasını dəyişib. Ölənlərin 29924 nəfəri kişi, 26724 nəfəri qadın olub.

Ölüm hallarının səbəbləri arasında ilk yeri qan dövranı sistemi xəstəlikləri tutur.

2015-ci ildə ölkə üzrə ən çox ölümün qeydə alındığı qan dövranı sisteminin xəstəliklərindən 32825 nəfər dünyasını dəyişdiyi halda, 2016-cı ildə bu xəstəlikdən ölüm hallarının sayı 34093 nəfər olub. 2016-cı ildə qan dövranı sisteminin xəstəliklərindən dünyasını dəyişənlərin 17089 nəfəri qadın, 17004 nəfəri kişi olub.

Ölümün səbəbləri sırasında 2-c yeri tutan yenitörəmələrdən 2015-ci ildə 7278, 2016-cı ildə 8252 nəfər dünyasını dəyişib. Ötən il yenitörəmələrdən dünyasını dəyişənlərin 4632 nəfəri kişi, 3620 nəfəri qadın olub.

Ötən il eyni zamanda, endokrin sistemi xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntularından, sidik-cinsiyyət sisteminin xəstəliklərindən, tənəffüs sistemi xəstəliklərindən, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüm halları çoxalıb.

2016-cı ildə Azərbaycanda endokrin sistemi xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntularından 1433 (2015-ci ildə 1264) nəfər, sidik-cinsiyyət sisteminin xəstəliklərindən 1266 (2015-ci ildə 1136) nəfər, tənəffüs sistemi xəstəliklərindən 1815 (2015-ci ildə 1712) nəfər, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 2731 (2015-ci ildə 2646) nəfər ölüb. (Trend)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2573   Tarix: 25 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

24.04.2024 379
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 661
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 99
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 716
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 272
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 224
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 160
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 674
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 1459