"Dostu ilə məni qeyri-təbii yolla zorladı..."- Azərbaycanlı məmurun BİABIRÇILIĞI/VİDEO

"Dostu ilə məni qeyri-təbii yolla zorladı..."- Azərbaycanlı məmurun BİABIRÇILIĞI/VİDEOBakıda yaşayan müəllimə, ikinci qrup əlil criminal.az saytına yüksək vəzifəli polis zabiti ilə bağlı şok video müraciət göndərib. Bir uşaq anası olan V.D-ova hazırda İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini işləyən, pokovnik-leytenant Pərviz İsmayılov və onun adaşı olan dostu tərəfindən zorlandığını iddia edir.

V.A-ova açıqlamasında bildirdi ki, P.İsmayılovla 2007-ci ildən tanışdır və başına gətirilən hadisəyə kimi dost münasibətləri olub: "Həyat yoldaşım rəhmətə gedəndən sonra Yevlax şəhərində köçmüşdüm. Həmin şəhərdə özümə ev axtaran zaman bir nəfərlə tanış oldum. O, mənə təklif etdi ki, onun evində pulsuz qalım. Həmin şəxsin evində 6 ay yaşadım. Bir gün zəng gəldi, həmin Pərviz idi. Dedi ki, sizin nömrə filankəsin telefonunda var və həmin adamı həbs etmişik. Sonra 3 nəfər Yevlaxa gəldi, bildirdilər ki, evi mənə verən şəxs guya narkobarondu. Halbuki həmin adam vinzavod direktorunun oğlu idi. Elə o vaxtdan Pərvizlə tanış oldum və məni şantaj etməyə başladı. Dedi ki, səni də tutacaqdım, guya məndən xoşu gəldiyinə görə tutumayıb. Həmin vaxt Pərviz Göçayda əməliyyatçı idi. Məni 3 il təhdid içərisində saxladı. Sonra mən Bakıya köçdüm".

Şikayətçi daha sonra başına gətirilən hadisənin necə baş verməsini danışdı: "2010-cu ilin aprel-may ayları idi. Pərviz zəng etdi ki Bakıdayam, yeni təyinat almışam, qonaqlıq verirəm, istəyirəm stolumun başında sən oturasan. Yasamalda "Quzu kababı" kafesində qonaqlıq verdi, içki təklif etsə də, imtina etdim. Sonra hamı dağıldı, Pərviz, mən və dostu qaldıq. Ordan çıxdıq, Pərviz məni çay evinə apardı, qalyan sifariş etdi. Mənə də iki dəfə tustu aldırdı. Başım hərləndi, müqavimətim qırıldı. Gözüm görürdü, qulağım eşidirdi, amma taqətim yox idi. Pərviz mənim belimdə qucaqlayaraq bir domikə apardı. Sonra dostu Pərviz gəldi ora gəldi. Həmin domikdə məni təbii və qeyri-təbii yolla zorladılar. Komaya düşmüşəm, dilim qatlanıb. Bunlardan hansısa qışqırdı ki, ölür. Sonra ayıldım ki, hamamda başıma soyuq su tökürdülər. Qızım zəng edib, telefonum açılıb bağlanıblar. Səsimi eşidiblər. Sonra telefonuma zəng edən tanışıma deyiblər ki, guya içmişəm, məni ayltmağa çalışırlar.

Sonra məni silahla təhdid etməyə başladılar, hələ də alnımda tapancanın çapığı var. Hədələdi ki, burda olanları kiməsə müraciət etsəm öldürərik. Sonra o biri Pərviz də təhdid etməyə başladı. O vaxt qızımın 13 yaşı vardı, qorxumdan susmalı oldum. Onlar məni təhdid etməsəydilər belə müraciət etmək fikrim yox idi. Çünki hamı məni günahlandıracaqdı. Onlar səhər saat 6-da məni maşına qoyub evimə aparanda tanışım görüb. Tanımışımı kənara itələyiblər ki, bu düzgün adam deyil, məndən uzaq olsun. Əgər mən normal adam deyildimsə, Pərviz niyə dost kimi DİN əməkdaşlarına təqdim edirdin? Həmin günün sabahı Pərviz mənə zəng edib dostu ilə həkimə getmək üçün 400 manat göndərdi. İllər keçdi, heç o adamı axtarmırdım. Məndə psixoloji travma get-gedə böyüdü. Qərar verdim ki, bu adamı tapıb cəzalandıracam. Məlum oldu ki, Pərviz İsmayıllıda rəis müavinidi. İş otağına getdim, mənə 50 min manat təklif etdi. Karyerasını məhv etməməyimə görə yalvardı. Bildirdi ki, mənə vurduğu maddi və mənvi ziyanı ödəyəcək.

Hətta arada əsəbləşib dedi ki, raport yazıb polisdən çıxaram, sonra səni və balanı məhv edərəm. Söhbəti yekunlaşdırdıq, ora getdiyim maşının pulunu da verib məni yola saldı. 2016-cı dekabrın 16-da mənə zəng etdi ki, "Oazis"in yanında bir nəfər məni gözləyirlər. Getdim, Camal adlı oğlan idi. 2000 dolar verdilər. Pulu gondərəndən sonra bir müddət sonra səsi gəlmədi. Mart ayına qədər gözlədim, səsi çıxmadı yenə. Daha sonra isə Tofiq adlı vəkili ilə mənə iki min dollar göndərdi. Vəkil mənə kağız yazdırıb imzalatdı ki, xəsarətləriməə görə 2000 dollar aldım. Sonra Tofiqlə 1500 dollar göndərdi, və eyni qaydada kağıza yazdırıb imzalatdırdı. Bu il aprelin 4-də düşündüm ki pulları xərcləməmişdim, qaytarmaq istədim. Mayın 1-də Pərviz mənə Nərimanovda parkda görüş təyin etdi. Çayxanaya girdik, oturan kimin Pərviz 6 min dollar çıxardıb stolun üstünə qoydu. çayxanaya girəndə də orda başqa stolda iki nəfər şübhəli şəxs vardı. Gördüm ki, onlar məni telefonla çəkir. Hiss etdim ki, Pərviz məni tutduracaq, əməliyyat hazırlayıblar. Bilirdim pulu götürməsəm də tutacalar. Pulu götürdüm, 4 nəfər məni maşına mindirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdi".

V.A-ova deyir ki, idarədə çantasında çəkilişlə pulları çıxardılar: "Pərvizlə bağlı bütün çəkiliş və CD-ləri götürdülərdi. Protokol gətirdilər ki, guya şantaj yolu ilə istədiyim 50 min dollardan 6 mini alarkən yaxalanmışam. İmzalamaqdan imtina etdim. İki gün məni idarədə saxladılar. Orda olanda Kəbleyi deyilən bir adam dedi ki get balanı saxla, pərvizlə işin olmasın. İstintaqın rəisi İsmayıl Əliyevin yanına apardılar məni. O, mənə xəbərdarlıq etdi ki, burda olanları heç kim bilməsin. Zorlanmağımla bağlı ekspertizanın rəyi gəldi. Zorlanma zamanı aldığım xəsarətin izi təsdiqini tapdı. Bandotdeldən çıxandan sonra DİN və Baş Prokurorluğa şikayət etdim".

Rəis müavini P.İsmayılova açıqlamasında bildirdi ki, həmin qadının səsləndiriyi fikirlər özünümüdafiədir: "O düşünür ki, mənə ləkə yaxmaq və ya şantaj etməklə güzəştə gediləcək. Onun danışdıqları yalandır. Onun barəsində 182.2.2, 182.2.4 maddələri ilə cinayət işi var. O tək məni yox, başqa bir həkimi də şantaj edib 12 min manat alıb. Telefonda mənə dedi ki, bir kardioloq var, getdim kardioqarama etdirməyə, tamah saldı. Gedib həmin həkimi tapdım. Cinayət işində var. 5500 dollar məndən alıb. Bununla kifayətlənməyib, yenidən 50 min dollar istəyir. Bunların hamısının səs yazıları məndə var. Mənə deyi ki, pul verməlisən, yoxsa karyeranın üzərindən xətt çəkməli olacaqsan".

Rəis müavini qadının zorlanması ilə bağlı bütün fikirləri rədd etdi: "O kimdir ki mən onu zorlayım. Bu şər-böhtandır. Onu 2007-də tanımışam. Onun yaşadığı narkomanı tutmuşam. O adamı da elə bu qadının əli ilə tutumuaşm. Mənə deyir ki, sən o adamı tutub məni çörəksiz qoydun. Məndən mayın 1-də 6 min dollar alıb. Külli miqdardı. Abır-həyamı qorumaq üçün verdim pulu ona. O, şantajçıdı. Eşidib rəis müaviniyəm, ona görə belə edir".

DİN-in Baş mütəşəkkil Cİnayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin müstəntiqi Ramil Əliyev criminal.az-a qısaca bildirdi ki, həmin xanım barəsəində hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi başlanıb. İstintaq bitəndən sonra məhkəməyə göndəriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8716   Tarix: 25 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 178
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

24.04.2024 548
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 162
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1185
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

24.04.2024 378
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24.04.2024 175
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 280