Gözdəymə və ondan necə qorunmaq haqqında

Gözdəymə və ondan necə qorunmaq haqqında

Gözdəymə adətən paxıllıqdan və ya bədnəzərdən meydana gəlir. Uca Allah öz Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) həsəd aparanın şərindən Ona pənah aparmasını əmr edir.

Uca Allah buyurur: “…və həsəd aparan zaman paxılın şərindən!” (əl-Fələq, 5).

Zikr.az bildirir ki, həmçinin, insanın özü-özünə, övladına, malına da gözü dəyə bilər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Gözdəymə haqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi”. (əl-Buxari, Muslim).

Gözdəymədən və başqa şərlərdən qorunmaq üçün hər namazdan sonra “Ayətul-Kursi – (əl-Bəqərə, 255)”, “əl-İxlas”, “əl-Fələq” və “ən-Nəs” surələrini oxumaq lazımdır. Səhər sübh namazından sonra və məğrib namazından yarım saat əvvəl hərəsini üç dəfə oxumaq lazımdır. Həmçinin, özündə və başqa insanlarda xoşuna gələn bir şey gördükdə “Bərakəllahu fihi” deyərək ona Uca Allahdan bərəkət diləmək lazımdır. Həmçinin, “MəşəAllah” demək. Peyğəmbərimiz (salləllahu aleyhi va səllam) demişdir: “Biriniz qardaşında, yaxud özündə, ya­xud da malında xoşuna gələn bir şey görsə, onun üçün bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!” (İbn Məcəh, 3509).

Gözdəymənin təsirləri barədə rəvayət olunur ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Allahın Rəsulu (salləllahu aleyhi va səllam) bədnəzərdən qorunmaq üçün mənə ruqya (Qurandan və Sünnədən bədnəzərə qarşı oxunacaq hissələr) oxumağı deyərdi”. (əl-Buxari, Muslim).
f Paylaş
Bölmə: İslam Oxunub: 2162 Tarix: 25.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 04.08.2017
Allah komeyimiz olsun
#14


 
Anaveten
Anaveten 25.07.2017
İhlas Fəlak Nas oxuyub üfürmək ən gözəl bəd nəzər duasıdır


 
Omer_Xeyyam
Omer_Xeyyam 25.07.2017
Bir gün Küdüs'ə təyin olunan bir jurnalist,ağlama divarının yanından gəlib keçərkən,bir musəvinin hər gün divarın önündə diz çöküb dua etdiyini görmüşdür.Jurnalist həftələrcə eyni mənzərəni görüncə dayanamamış,bu adamla söhbət etmək istəmiş yaxınlaşıb demişdir:
-Sizi hər gün dua edərkən görürəm.
Adam cavablamış:Bəli səhərlər gəlib dünya barışı və qardaşlıq üçün dua edirəm.Günortalar gəlib yer üzündəki acıların ortadan qalxması və bütün insanların rifaha çatmasını dua edirəm...
-jurnalist: nə qədər zamandır davam edir allaha olan bu dualar?
Tam 20 ildir.
-jurnalist: Bəs bunca il sonra necə bir duyğu var içinizdə?
Divara danışırmışam kimi bir duyğu var...


 
A_F_I_N_A
A_F_I_N_A 25.07.2017
Ateistin üç sualı və qocanın ibrətamiz cavabları.

Uzun müddət xaricdə təhsil alan gənc vətəninə ateist olaraq dönür. Üç sualına cavab tapa bilməyən gənc bir qoca ilə rastlaşır və ondan soruşur :
- Qoca, mənim üç sualıma cavab verə bilərsənmi?
Qoca :
- İnşallah cavab verə bilərəm.
- Bu suallara alimlər belə, cavab tapa bilmir, sən necə cavab verəcəksən?
- Allahın izniylə hər şey mümkündür.
Gənc :
- Birinci sualım : Allah var? Varsa, niyə görünmür?
İkinci sualım : Qismət nədir?
Üçüncü sualım : Əgər şeytan oddan yaranıbsa, niyə cəhənnəmdə yanır? Od da odu yandırar?
Qoca yerdən saxsı qabı götürür və oğlanın başına çırpır.
Gənc : - Niyə hirsləndin?
Qoca : - Hirslənmədim. Bu sənin birinci sualının cavabı idi.
Gənc : - Necə yəni?
Qoca : - Saxsı başına dəyəndə nə hiss etdin? Ağrıtdı?
Gənc : - Bərk ağrıtdı.
Qoca : - Onda mənə ağrını göstər.
Gənc : - Necə göstərim? Axı görünmür...
Qoca : - Allah da varlığını hiss etdirir, amma görünmür.. Bu ilk sualına cavabım. İkincisi, dünən başında saxsı qıracağımı yuxunda gördün? Ya da kimsə dedi?
Gənc : - Yox.
Qoca : - Bax, bu da qismətdir. və Sonuncu sualına cavabım: İnsan torpaqdan yaradılıb, elə deyilmi?
Gənc : - Doğrudur.
Qoca : - Saxsı da torpaqdan idi...



 
Azadsozlu
Azadsozlu 25.07.2017
Agilsiz insanlardan nece qorunmaq lazimdi bes? )


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər