Güllələnən dünya çempionumuz: "Əlimdə silah..." - FOTO

Güllələnən dünya çempionumuz: "Əlimdə silah..." - FOTOBildiyiniz kimi, bu yaxınlarda Türkiyənin Kastamonu şəhərində silahlı qarşıdurma baş verib. Hadisədə yaralananlardan biri də azərbaycanlı kikboks üzrə dünya, Uşu sanda üzrə Avropa çempionu Eldar Əlizadə olub.
O Türkiyədə həm təhsil alıb, həm işləyib, həm də idmanını davam etdirir.
Tanınmış idmançımız BiG.AZ-a danışıb. E.Əlizadə reanimasiyadan çıxdıqdan sonrakı vəziyyəti və hadisənin baş vermə səbəbindən danışıb. O həmçinin bələdiyyə sədrinin adının hadisədə hallanmasına da münasibət bildirib.

- Eldar bəy, hazırda vəziyyətiniz necədir?
- Normal. Qolumdan müalicə hələ də alıram. Buna görə də məşqləri də bərpa etməmişəm. Qolumun sağalmasını gözləyirəm.

- Əslində hadisə necə baş verdi? Siz doğrudan da dava üçün görüşə getmişdiz? Mətbuatda bir çox fikirlər yazıldı.
-Hadisə qarşı tərəfin "facebook"da etdiyi paylaşımla başladı. Biz də sadəcə onlarla görüşə getdik ki, paylaşdırıqlarını silsinlər. Görüş zamanı onlar yanımdakı digər mühavizəçi ilə mübahisə etdilər. Bu əsnada qarşımızdakılar əlini silaha atdı. Təbii ki, ilk onlar atəş açdı. Bundan sonra da qarşılıqlı silahlı qarşıdurma baş verdi. İnsident zamanı mən bir güllə yarası aldım.

- Neçə gün xəstəxanada qaldınız?
- 3 gün qaldım.

- Yanınızda bələdiyyə sədrinin olduğu və onun da yaralandığı yazıldı.
- Xeyr, yazıldığı kimi deyil. Bələdiyyə sədri Tahsin Babaş hadisə baş verən məkanda olmayıb. Bildirim ki, mən Türkiyədə həm təhsil alıram, həm də yanımdakı adamla bələdiyyə sədrinin mühafizəçisi olaraq çalışıram.

- Qarşı tərəfdən də neçə nəfər yaralandı?
- 2 nəfər onlardan, 2 nəfər də bizdən yaralandı. Amma bələdiyyə sədri ilə heç bir əlaqəsi yoxdur.

- Sizin üstünüzdə də silah olub?
- Xeyr, məndə olmayıb. Amma yanımdakının silahı var idi.

- Bəs o şəxslər yenidən sizə problem yarda bilməzlər? Yoxsa həbs olunublar?
- Yox, problemi davam etdirə bilməzlər. Bizim onları bağışlamağımız üçün araya adamlar girir. Hələ həbs məsələsi də yoxdur. Çünki hələ araşdırma gedir, günahkarı axtarırlar.

- Bağışlasanız həbs problemindən azad oluna bilərlər?
- Dediyim kimi, hələ həbs yoxdur. Amma məhkəmə qarşısına mütləq çıxacaqlar. Sonradan problem yaşamamaq üçün... Bundan sonra bilinəcək nə qərar veriləcək.

Aygün İlqarqızı

Güllələnən dünya çempionumuz: "Əlimdə silah..." - FOTOGüllələnən dünya çempionumuz: "Əlimdə silah..." - FOTOGüllələnən dünya çempionumuz: "Əlimdə silah..." - FOTOGüllələnən dünya çempionumuz: "Əlimdə silah..." - FOTOGüllələnən dünya çempionumuz: "Əlimdə silah..." - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10013   Tarix: 22 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? - VİDEO

Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. "Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib

18.03.2024 413
.

İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb

Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xankəndinin qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını bildirib. Həmçinin vurğulayı

18.03.2024 245
.

Röya: "Mən Flora Kərimova ilə küsməmişdim ki, onunla barışım" – VİDEO

"Mən heç kimlə barışmamışam. Mənim Xalq artisti Flora Kərimova ilə münasibətim çox gözəl idi. Sadəcə medianın bundan xəbəri yox idi. 8 Mart – Beynəlxalq Qadınlar Günündə evinə gedib onun bayramını təbrik etdim". Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Balkanla gec

18.03.2024 338
.

Füzulidə dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü

Füzuli rayonunda 1984-cü il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində həyat yoldaşı Dilarəni (adlar şərti verilib - red.) qətlə yetirib. -un əldə etdiyi məlumata görə, Əfqan 23 sentyabr 2023-cü ildə axşam saatlarında arvadı Dilarə ilə mübahisə edib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifad

10:37 0
.

"Milyonçu" filmindəki kimi... - 1 milyonu uddu

Türkiyənin "Kim Milyoner Olmaq İster" yarışmasına qatılan gənc iştirakçı 1 milyon TL-lik mükafatı qazanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Belə ki, məşhur aktyor Kənan İmirzalıoğlunun təqdimatı ilə keçirilən "Kim Milyoner Olmaq İster"

18.03.2024 943
.

Azərbaycanda 5-dən çox uşağı olanların SAYI

Mövcud qanunvericiliyə uyğun olaraq beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. xəbərt verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, son beş ildə bu müavinətin məbləği 3,5 dəf

18.03.2024 453
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18.03.2024 358
.

"İstehlakçıların Maarifləndirməsinə Dəstək" İB 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin qalibi oldu

2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri elan olundu. xəbər verir ki, "İstehlakçıların Maarifləndirməsinə Dəstək" İctimai Birliyinin "Sağlam Qidalanma təlimləri" layihəsi qaliblər sırasındadır. Bizim layihəyə dəyər verən ekspertlərə, eləcə də Müşahid

18.03.2024 181
.

Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO

Bir neçə gün əvvəl Qobuda sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti açılanıb. -ın əldə etdiyi məlumata görə, Amar Əliyev ayağından aldığı xəsarətlə əlaqədar bir həftə xəstəxanada qalacaq. Qeyd edək ki, azyaşlının vəziyyətinin stabil olduğu bildirilib

18.03.2024 623