"Bir balamı 4 il itirmək qorxusu ilə yaşadım" - İflic olan Könülün ACINACAQLI HƏYATI

"Bir balamı 4 il itirmək qorxusu ilə yaşadım" - İflic olan Könülün ACINACAQLI HƏYATIXəbər verdiyimiz ki, uzun müddətdir onurğa iflicindən əziyyət çəkən xalq artisti Könül Xasıyeva ilə bağlı xeyriyyə tədbiri keçirilib.

BiG.AZ xəbər verir ki, "Loqos" psixologiya və nitq mərkəzinin binasında baş tutan. tədbirdə xanəndə bu xastəliyə necə yoluxduğunu danışıb:

"Mən musiqi olanda ancaq musiqiyə köklənirəm. Yoxsa belə fikirlərim dolaşır. 2003-ci il ərəfəsində baş vermiş zəlzələ mənim həyatımda dönüş yaratdı. Pillə-pillə mən bu xəstəlikləri, problemləri yaşamışam. Amma istəməmişəm bu barədə kiminsə xəbəri olsun. Çünki, hər bir kəsin özünə görə problemləri var. 2001-2003-cü illərə kimi mənim kiçik qardaşım Namiq qucağında məni çəkilişlərə aparırdı. Bunu heç kim bilmirdi. 2009-cu ildə mənim nitqim tutulmuşdu. 15 gün danışa bilmədim. 2013-cü ildə yanvar ayının axırından aprel ayınına kimi bütün bədənim iflic oldu. 3 ay müalicə keçdim".

Özünü güclü qadın hesab edən Könül tək övladı Kazımın da xəstəliyindən da söz açıb:

"Şəxsi həyatımda olan problemlərdən də kiminsə bilməsini istəməmişəm. Həmin ərəfələrdə mən dayanmadan silsilə konsertlər vermişəm. Muğam ifaçısı olaraq ilk olaraq Tofiq Bəhramov adına stadionda mən konsert vermişəm. Uzun müddətdir ki, asma xəstəliyindən də əziyyət çəkirəm. Elə konsert zamanı səhnədə mən bir anlıq boğuldum. Mənim səhhətim həmişə belə olub. 2007-ci il doğulmuş evdə bir nökərimiz (övladı) var. 9 yaşı var. 2013-cü ildən hiss etdim ki, uşaqda narahatçılıq var. 4 il tək övladımı hər an itirmək qorxusu ilə yaşamışam. Mən gec ailə həyatı qurmuşam. Övaladım ilə aramda 40 yaş fərqimiz var. Mən ona həmişə "nəvəm" deyə müraciət edirəm. Bütün bu hadisələr baxmayaraq mən yenə həyatıma davam edirdim.

Ölümdən qorxmayan sənətçi bəzi jurnalistlərin barəsində yazılan səhv xəbərlərdən də danışıb:

"Güclü stress həmişə mənimlə olub. Mən ölümdən qorxmuram, ölümün gözünə dik baxan adamam. 17 il ərzində elə bir gün olmayıb ki, mənim qapıma təcili yardım maşını gəlməsin. Tibb bacısız mən heç bir yerə getmirəm. Xəstəliyimin üzə çıxmasının digər səbəbi isə bəzi jurnalistlərdə görürəm. Onların səhv yazıları çox olub. Barəmdə dəri xərçəngi yazdılar, dünyasını dəyişdilər yazdılar. Hətta mənim telefonuma baş sağlığı yazanlarda oldu. Üzülmürəm, çünki mən yaşayıram".

Sərvər Mehtiyev

FOTO: Rövşən Əsədov

"Bir balamı 4 il itirmək qorxusu ilə yaşadım" - İflic olan Könülün ACINACAQLI HƏYATI"Bir balamı 4 il itirmək qorxusu ilə yaşadım" - İflic olan Könülün ACINACAQLI HƏYATI"Bir balamı 4 il itirmək qorxusu ilə yaşadım" - İflic olan Könülün ACINACAQLI HƏYATI"Bir balamı 4 il itirmək qorxusu ilə yaşadım" - İflic olan Könülün ACINACAQLI HƏYATI"Bir balamı 4 il itirmək qorxusu ilə yaşadım" - İflic olan Könülün ACINACAQLI HƏYATI"Bir balamı 4 il itirmək qorxusu ilə yaşadım" - İflic olan Könülün ACINACAQLI HƏYATI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4413   Tarix: 22 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690