Bu çimərliklərdə gürzələr var – ƏHALİYƏ XƏBƏRDARLIQ

Bu çimərliklərdə gürzələr var – ƏHALİYƏ XƏBƏRDARLIQQızmar yay aylarının başlaması ilə birlikdə ilan və həşərat sancmalarının sayı da artır.

BiG.AZ xəbər verir ki, report problemlə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İntitutunun kiçik elmi işçisi, herpetoloq Anar Cəfərovun fikir və məsləhətlərini öyrənib.

Anar Cəfərov bildirib ki, yay aylarında ilanlar özləri üçün sərin və kölgəli yerləri seçdiyindən, insanlar zirzəmilərdə, kölgəli yerlərdə ehtiyatlı olmalıdırlar: "Hardasa oturmazdan əvvəl həmin yerə baxış keçirsələr, yaxşı olar. Çünki temperatur yüksəldikcə sürünənlər daşların, əşyaların altında və s. yerlərdə daha çox olurlar. Bağ evlərində, çardaqların altında, su olan yerlərdə onlara daha çox rast gəlinir. Çimərliyə gedən insanlar da ehtiyatlı olmalıdırlar. Apardığım monitorinq nəticəsində müşahidə edirəm ki, çimərliklərin bəzilərinin yaxınlığında hətta zəhərli ilanlar, əqrəblər daha çoxdur. Bilgəh çimərliyi, Mərdəkan, Şüvəlan, Şıx çimərliyi ətrafında həm əqrəblərə, həm də gürzələrə rast gəlinir".

Herpetoloq bildirib ki, ilanların sayında artım olmasa da, aktivlik müşahidə olunur. Onun fikrincə, bu hal şəhərdə aparılan tikinti işləri və su hövzələrində dəyişkliyin baş verməsi ilə bağlıdır: "Çöllük ərazilərdə su mənbələri quruduğuna görə ilanların insanların yaşadığı ərazilərə intensiv axını daha çox baş verir.

İntensivliyin artması təhlükəni də artırır. Məsələn, şəhərin müxtəlif yerlərində tikinti işləri aparılır. İstər-istəməz vibrasiya artır və yaxınlıqda olan sürünənlərin daha sakit yerlərə çəkilməsi baş verir. Şəhər daxilində köhnə məhəllələr sökülür. "Sovetski"nin özündə bu cür hallara rast gəlinir. Söküntü olanda ilanlara intensiv rast gəlinirdi, mütəxəssis kimi məni çağırırdılar. Həyət evləri tikilir. Onların da təsiri var. Texnikanın işlədiyi və səs-küyün artdığı yerdə ilanlar daha dağınıq hərəkət edir və göz qabağına çıxırlar".

Abşeronda sarı və boz əqrəblərə rast gəlindiyini deyən A.Cəfərov bildirib ki, onların sancması insan həyatı üçün təhlükəli olmasa da, onlar zəhərlidir. Belə ki, bu cür sancmalar insanda 3-4 gün qızdırma verir. Herpetoloq ölkə ərazisində kifayət qədər çox olan vəhşi arıların da təhlükəli olduğunu, kütləvi sancmalarının ölümlə nəticələnə biləcəyini qeyd edib.

Dərmanlama tədbirlərini mütəxəssislər aparsa, yaxşıdır

A.Cəfərov deyib ki, ilanların yaşayış evlərinə gəlməsinin qarşısını almaq üçün evi, həyəti dərmanlamaq olar. Onun sözlərinə görə, ilan dərmanları nə insanlara, nə heyvanlara ziyan vurmur, sadəcə, spesfik iyinə görə onları uzaqlaşdırır: "Həşəratlara görə isə pestisidlərdən istifadə olunur. Buna görə də dərmanlama prosesini lisenziya almış xüsusi qurumların nəzarəti ilə həyata keçirmək məsləhətdir. Çünki özbaşına dərmanlama zamanı insan özü də zəhərlənə bilər".

Herpetoloq onu da bildirib ki, ilan sancanı iki saat müddətində ilk yardım məntəqəsinə, yaxud da yaxınlıqda toksikologiya mərkəzi varsa, həmin məkanlara aparmaq lazımdır: "Əgər yaxınlıqda yardım edəcək məntəqə yoxdursa, insanlar təcili tibbi yardıma müraciət edə bilərlər. Çünki onlarda çox vaxt ilana qarşı vaksin olur. Həşərat sancdıqda da təcili tibbi yardıma müraciət olunsa, yaxşı olar. Çünki insanların çoxu allergiyası olduğunu bilmir və həşərat sancdıqda güclü təngnəfəslik baş verir. Şiş, qızartı və bəzən səpkilər əmələ gəlir ki, bu da mənfi fəsadlara yol aça bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2806   Tarix: 19 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 677
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 356
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 287
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 568
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 286
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1783
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 156
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 116
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 376