Bakıda şok olay: Onkologiya Mərkəzinə verilmiş avtomobildən taksi kimi istifadə edilir?

Bakıda şok olay: Onkologiya Mərkəzinə verilmiş avtomobildən taksi kimi istifadə edilir?Bakıda daha bir vətəndaş taksi xidmətinin özbaşınalığı ilə rastlaşıb.

Vətəndaş Mircəlal Məcidovun sözlərinə görə, London taksiləri kimi tanınan xidmətdən istifadə etdiyi zaman sürücünün özbaşnalığı ilə rastlaşıb. Onun sözlərinə görə, taksi sürücüsü sayğacı quraşdırmadan sərnişindən əlavə pul alıb.

"London taksisinin xidmətindən istifadə etdim. Taksiyə mindiyim zaman gördüm ki, sayğacı qoşmayıb. Səbəbini soruşduqda bildirdi ki, sayğac işləmir. Amma gedəcəyim ünvana məndən 5 manat alacağını bildirdi. Dediyim ünvana çatanda verdiyim 10 manat puldan mənə 2 manat qaytardı. Ona bu yolu 5 manata danışdığımızı və pulun qalığını qaytarmağı tələb edəndə, sürücü mənə, "sən, nə üzlü, adamsan", dedi. Mən iradımı bildirdikdən sonra o daha 1 manat qaydartdı. Kobud sürətdə maşından düşməyimi bildirdi. Daha sonra maşını sürüb, qaçdı. Həmin vaxt avtomobilin nömrəsini götürdüm. Həmin sürücü yol boyu digər taksilərlə söyüşlə danışırdı. Hətta bir sürücü ilə az qala əlbə-yaxa dava da edəcəkdi."

BiG.AZ xəbər verir ki, femida.az vətəndaşın müraciəti ilə bağlı həmin taksilərin fəaliyyət göstərdiyi "Bakı Taksi" MMC ilə əlaqə saxlayıb. MMC- dən verilən cavabda həmin nömrəli avtomobilin başqa şirkətə hədiyyə edildiyini bildirdilər:

"Sizin qeyd etdiyiniz 90 AT 063 dövlət nömrə nişanlı avtomobil balansımızda deyil. Biz onu başqa bir şirkətə hədiyyə etmişik. Bu maşınla bağlı tez-tez şikayət daxil olur. Başqa bir 90 AT 101 nömrəli avtomobildən də şikayət edirlər. Biz bir neçə maşını əlillər cəmiyyətinə, Onkoloji Mərkəzə və digər belə təşkilatlara hədiyyə vermişik. Onlar da görünür, bundan taksi kimi istifadə edir."

"Bakı Taksi" MMC-nin İstismar şöbəsindən verilən bu informasiya da özlüyündə sual doğurur. Əlillər Cəmiyyətinə, Onkoloji Mərkəzə verilmiş avtomobildən nə üçün taksi kimi istifadə olunur? Qanun buna icazə verirmi?

Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı münasibət bildirərkən deyib ki, burada bir neçə hüquq pozuntusu müşahidə edilir:

" Əvvəla onu deyim ki, mövcud qanunvericiliyə görə taksi fəaliyyəti ilə məşğul olan şirkətlər taksini sayğacla təmin etməlidir. Əgər, qüvvədə olan qanun tətbiq edilsə, sürücü taksini sayğacsız sürdüyü üçün 40 -50 manat aralığında cərimə edilməlidir. Bu İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsində nəzərdə tutulub.Əgər, bu qanun tətbiq olunsa, sizin qeyd etdiyiniz qanun pozuntuları da baş verməz."

Hüquqşünas həmçinin qeyd edib ki, faktla bağlı istehlakı hüquqlarının pozulduğuna görə vətəndaş məhkəmədə iddia qaldırıb, ona dəymiş mənəvi və maddi ziyanı tələb edə bilər.

Sözügedən sayt taksi sürücüsünün özbaşnalığı ilə Bakı Nəqliyyat Agentliyindən də münasibət öyrənib. Agentlikdən tezliklə məsələnin araşdırılacağını və sürücünün tapılacağını bildirdilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2953   Tarix: 17 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 344
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 202
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 968
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 882
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

17:48 168
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

17:11 149
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

20:26 0
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 187
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

15:35 150