Şeyxin qudası: "30 dəfədən çox Həcc ziyarətinə getmişəm"

Şeyxin qudası: "30 dəfədən çox Həcc ziyarətinə getmişəm"

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə növbəti dəfə Həcc ziyarətinə gedəcək.

Bu barədə ölkə.az-a Qalib Salahzadə özü məlumat verib.

Q.Salahzadə indiyədək reallaşdırdığı Həcc ziyarəti saylarını dəqiq bilmədiyini söyləyib:

“Mən Həcc ziyarətində çox olmuşam. Dəqiq sayını bilmirəm, ancaq 30 dəfədən çox Həccə getmişəm. İki dəfə də Kəbə Evinin içərisində olmuşam. Bu qədər Həcc ziyarətində olmaq hər adama nəsib olmur. Allaha yaxın olduğum üçün bunlar reallaşır”.

Xatırladaq ki, bu ilin sentyabrından etibarən Azərbaycanda Həcc ziyarətinə səfərlər başlayacaq.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 873 Tarix: 17.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
fatime84
fatime84 18.07.2017
siz hecc ziyaretine yox alvere gedmisiniz men eminem ki orda hecc ziyareti boyu kecirilen butun emellerin hec birinde iwtirak etmiyib hazira nazir ( veya deputat)


 
Cesika
Cesika 17.07.2017
30defe getme 3defe get 30 kasib aileni sevindir bow bow reklam edirler ozlerini
Edebli edebinden susur edebsizde deyir ,men susdurdum

 
IamAzeri
IamAzeri 17.07.2017
Azadsozlu tamamile sizinle raziyam! ozynyde reklam eleyir
Azadsozlu
Azadsozlu 17.07.2017
Netice? ora xerclediyiniz pullari kasiblara kimsesiz ushaqlara xerclemek daha meqsede uygun deyilmi? Men bildiyim en ucuz hecc ziyareti 2000manata basha gelir tebii ki sohbet adi adamlardan gedir bele xadimlerin yeqinki 5000-1000 arasi olar Buda hec az mebleg deyil Ehtiyyaci olanlara xerclemek bu pulu nece gozel olardi.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər