Bakıda fəhlə faciəvi şəkildə öldü: Görün meyiti nə hala düşüb...

Bakıda fəhlə faciəvi şəkildə öldü: Görün meyiti nə hala düşüb...

İyulun 17-də fəhlə tikintisi başa çatmış binada təmir işləri ilə məşğul olarkən hündürlükdən yıxılaraq ölüb. Hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 204 ünvanda (2 nömrəli Bakı Baza Tibb Kolleci ilə üzbəüz) baş verib.

Hadisə şahidləri virtualaz.org-a bildiriblər ki, çoxsaylı xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından xəbəri təsdiqləyiblər. “Təxminən 40 yaşlı kişi hündürlükdən yığılaraq dünyasını dəyişib. Təcili yardım onun hadisə yerində dünyasını dəyişdiyini müəyyənləşdirib”, – stansiyadan söyləyiblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişi Xidmətindən isə onlara qəza ilə bağlı məlumat verilmədiyini bildiriblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1470 Tarix: 17.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Nikulya446
Nikulya446 17.07.2017
Allah rehmet elesin. Yazig adamin ureyi lap agradi.Allah sebr versin ailesine


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər