Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri yalan çıxıb

Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri yalan çıxıb
Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri yalan çıxıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İsveçrənin “The Local” nəşrinin təsisçisi Ceyms Sevec bildirib.

“Saytımızda belə bir xəbər yayımlanmayıb. Araşdırmalarımız xəbərin “The Local"-a oxşar saxta saytda yerləşdirildiyini üzə çıxarıb”, C.Sevec qeyd edib.

Bu gün Reuters agentliyi “The Local”-a istinadən xəbər verib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviya FİFA-ya məktub göndərərək DÇ-2022-ni Qətərdə keçirməməyə çağırıb. “Terrorçuların bazası olan Qətər azarkeşlərin təhlükəsizliyini təmin edə bilməz”, məktubda vurğulanıb.

Öz növbəsində, FİFA-dan bildiriblər ki, qurumun ünvanına bu məzmunda məktub daxil olmayıb.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 329 Tarix: 16.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər