Hamburger sifariş etdi - Xəstəxanalıq oldu

Hamburger sifariş etdi - Xəstəxanalıq oldu
Serbiyalı modelyer İvana Sertin keçmiş əri, iş adamı Yurdal Sertin başına iş gəlib.

BiG.AZ axşam.az-a istinadən məlumat verir ki, Yurdal Bodrumda baş tutan partilərdən birinə qatılıb. Bu vaxt o, hamburger sifariş verib.

Üzərində eşşək arısının olduğunu görməyən iş adamı hamburgeri dişləyib və bu zaman arı onun dilindən sancıb.

Eşşək arısının sancması bəzən ölümə səbəb olduğu üçün partidə hər kəs şoka düşüb.

Təcili yardım gələnə kimi Sertin dilinə buz qoyulub. Daha sonra təcili yardım ilk tibbi köməyi göstərib, onu xəstəxanaya aparıb.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1568 Tarix: 16.07.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_MATiLLA_
_MATiLLA_ 17.07.2017
bir bax gor ne yeyirsende


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər