2 Sumqayıt sakininin evindən İŞİD terror təşkilatının bayrağı aşkar edilib - FOTO

2 Sumqayıt sakininin evindən İŞİD terror təşkilatının bayrağı aşkar edilib - FOTOBakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatını dəstəkləməkdə ittiham olunan Sumqayıt şəhər sakinləri - 29 yaşlı Aydın Gülməmmədov və 25 yaşlı Əmrah İmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

İttihama görə, təqsirləndirilən şəxslər Fuad Rüstəmov və Ağamirzə Quliyevlə cinayət əlaqəsinə girərək İŞİD-ə dəstək nümayiş etdiriblər. Ötən il oktyabr ayının 26-da Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dini ləqəbi "Ömər" olan Ağamirzə Quliyevin sərnişini olduğu "Bakı-İstanbul" avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb. Avtobusda olan A.Quliyevə Dövlət Təhlükəsizlik Xidmətinə getmək təklif olunub. Avtobusdan düşən A.Quliyev üzərindəki əl qumbarasını çıxararaq partlatmağa cəhd etdikdə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib.

Həmçinin, dəstənin digər üzvü Fuad Rüstəmov 27 oktyabr 2016-cı ildə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərib. Ətrafdakıların həyat və sağlamlığının qorunması üçün F.Rüstəmov xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. F.Rüstəmovun yaşadığı evə keçirilmiş baxış zamanı Beynəlxalq Millətlər Təşkilatı tərəfindən terrorçu təşkilat kimi tanınmış İŞİD terror təşkilatının bayrağı aşkar edilib.

Keçirilmiş əməliyyat-texniki tədbirləri nəticəsində müəyyən edilib ki, İŞİD terror təşkilatının üzvü Şamil Fərzəliyev Faud Rüstəmovla "WhatsApp" proqramı ilə əlaqə saxlayaraq, Azərbaycan ərazisində terrorçuluq aktları törətmək niyyətində olduğunu bildirib. Ş.Fərzəliyev F.Rüstəmova dini radikal mövqedə olan, məhkumluq həyatı yaşamamış və dindar kimi hüquq-mühafizə orqanlarının diqqətinə düşməmiş 6 nəfərdən ibarət qrupu bir araya toplayaraq aralarında əmir seçilməsinin zəruriliyini qeyd edib. F.Rüstəmovun əlində avtomat silah, digərlərinin üzünün örtülü olmaqla İŞİD terror təşkilatına biət etmələri, bu prosesin videogörüntüyə alınaraq ona göndərilməsini tapşırıb. Bundan sonra onların Azərbaycanda "İŞİD-in bir qolu" kimi qəbul olunacaqlarına dair "İŞİD rəhbərliyi" tərəfindən qərar veriləcəyini bildirib.

"Fuad bizə İŞİD barədə məlumat verirdi"

Təqsirləndirilən Aydın Gülməmmədov ifadəsində iki ildir İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət etdiyini, dini ləqəbi "Ömər" olan Ağamirzə, Fuad, Emin, Zaur və Əmrah adlı şəxlərlə tanış olduğunu, onlarla birlikdə namaz qılaraq ibadət etdiyini, dini mövzularda söhbətlər apardıqlarını, Fuad Rüstəmovun bu söhbətlərdə daha fəal olduğunu göstərib: "Görüş zamanı hər dəfə birimiz müxtəlif dini ayinlər oxuyaraq müzakirələr aparırdıq. Fuad mütəmadi olaraq Suriya-İraq ərazisində olan İŞİD barədə bizə məlumatlar verir, İŞİD-də Şamil adlı dostunun olduğunu, onunla "Facebook" sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığını deyirdi".

"İŞİD-in Qafqazdakı qolu ola biləcəyimizi deyirdi"

Ötən ilin oktyabr ayının 15-də dəstə üzvləri növbəti dəfə Sumqayıtda yerləşən çayxanalardan birinə yığışıblar. Fuad Rüstəmov onlara Şamillə danışdığını, İŞİD-ə biət etməklə terrorçu təşkilatın Qafqazdakı qolu ola biləcəklərini, İŞİD-in bütün tapşırıqlarını yerinə yetirəcəklərini bildirib. Həmçinin, Fuad videoçəkiliş aparmaqla İŞİD-ə sədaqət andı içməyi təklif edib. Həmin videoçəkilişi Suriyada olan dostu Şamilə göndərəcəyini deyib. Şamil isə öz növbəsində videoçəkilişi İŞİD rəhbərlərindən birinə göstərdikdən sonra onların terror qruplaşmasına qəbul olunacağını bildirib.

Oktyabrın 25-də dəstə üzvləri İŞİD-ə biət andı içmək məqsədilə Əmrah İmanovun yaşadığı mənzilə yollanıblar. Əvvəlcə dəstəmaz alıb İşa namazı qılıblar. Sonra isə çəkilişə hazırlaşıblar. Ə.İmanov bir ədəd qara mayka gətirib, maykanı iki hissəyə bölərək üzlərini bağlamaq üçün maska düzəldiblər: "Əmrah telefonunu mənə verdi, çəkməyə başladım. Çəkiliş zamanı Zaur ərəb və rus dillərində danışırdı. Bu dillərin heç birini bilmədiyim üçün nə dediklərini anlamırdım. Amma arabir rus dilində danışanda başa düşdüm ki, Zaur İŞİD-ə tabe olacaqlarından danışır. Zaurun çıxışı təxminən iki dəqiqə çəkdi. Hamımız birlikdə çəkilişə baxdıq. Əmrah "Bluetooth" vasitəsilə videonu Zaura köçürdü. Fuadla Zaur mənə videonun heç kimin əlinə düşməməsi barədə tapşırıq verdilər. İstifadəmdə olan mobil telefonu satmalı olduğum üçün telefonun yaddaşından hər şeyi, o cümlədən həmin videonu da sildim".

"Ləzgi" marketə basqın planı

A.Gülməmmədov həbs olunmamışdan 15 gün əvvəl Sumqayıt şəhərində yerləşən "ləzgi" marketə silahlı basqın planı barədə də danışıb: "Zaur bizi yığıb hamının maddi çətinliyi olduğunu, marketə hücum edib pulları ələ keçirməyi təklif etdi, razılaşdıq. Zaur deyirdi ki, market bağlandıqdan sonra gündəlik yığılan pulları orada işləyən qadın evinə aparır. Plana görə, Fuad qadına basqın etməli, yanında kimsə olarsa Zaurla Ağamirzə köməyə gəlməli idilər. Mən isə çöldə dayanaraq basqın zamanı təhlükə olarsa qrup üzvlərinə xəbər verməli idim. Basqın zamanı kimin hansı silahdan istifadə edəcəyindən məlumatım olmayıb".

"Biət etməyin nə olduğunu anlamırdım"

Təqsirləndirilən Əmrah İmanov ifadəsində həbs olunmamışdan təxminən üç-dörd ay əvvəl "Ömər" ləqəbli Ağamirzə Quliyev onu İslam dininə dəvət etdiyini, "Ömər"in dəvəti ilə namaz qılmağa başladığını göstərib: "Fuad, Aydın, Emin və Zaur adlı şəxsləri "Ömər"in vasitəsilə tanımışam. "Ömər" idmanla məşğul olurdu, fiziki cəhətdən çox güclü idi. Aydın isə ətir alveri ilə məşğul idi. Digər şəxslərin harada işlədiklərini bilmirəm. Tez-tez çayxanaya yığışıb dini mövzuda söhbətlər aparırdıq. "Ömər" təklikdə mənə dedi ki, Zaur, Fuad, Aydınla birgə biət etmək qərarına gəliblər. Mənə də biətdə iştirak etməyi təklif etdi. Əvvəl biət etməyin nə olduğunu anlamadım. "Ömər" biət etməyin and içmək olduğunu izah etdikdən sonra razılaşdım".

"Din və Allah yolunda and içəcəyimizi düşünürdüm"

Ə.İmanov ifadəsində göstərib ki, "Ömər" həmin andı din və Allah yolunda içəcəklərini, bu barədə videoçəkiliş edərək Suriyada yaşayan dostu Şamilə göndərəcəyini bildirib. And içmənin sırf dinlə bağlı olduğunu düşünərək "Ömər"lə razılaşıb: "Ertəsi gün "Ömər"ə zəng vurduqda zəng çatmadı. Sonradan məlum oldu ki, ayağı əzilib deyə biətdə iştirak edə bilməyəcək".

Axşam saatlarında dəstə üzvləri növbəti dəfə çayxaya yığışıblar. Fuad biət etmək üçün münasib yer lazım olduğunu deyib. Bir qədər müzakirə apardıqdan sonra Ə.İmanovun yaşadığı evə yollanıblar. Aydın, Emin və Fuad rus və ərəb dillərini bilmədikləri üçün biətdəki mətni Zaur oxumağa razılaşıb. Birlikdə namaz qıldıqdan sonra çəkilişə başlayıblar: "Aydın çəkilişi özünün aparmaq istədiyini dedi. Onun telefonu zəif olduğu üçün öz telefonumu Aydına verdim. Videoçəkilişdə Zaur rus və ərəb dillərində çıxış etdiyi üçün heç nə anlamadım. Aydın videonu öz telefonuna köçürdü və mənim telefonumdan sildi. İşlərimlə əlaqədar olaraq ertəsi gün Lənkərana getdim. Videonun aqibətindən xəbərim olmadı".

Təqsirləndirilən şəxslər məhkəmədə onlara elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

Məhkəmə prosesi davam edir.
2 Sumqayıt sakininin evindən İŞİD terror təşkilatının bayrağı aşkar edilib - FOTO2 Sumqayıt sakininin evindən İŞİD terror təşkilatının bayrağı aşkar edilib - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2493   Tarix: 15 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

22:01 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

20:45 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

21:30 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262