Bakıdan Sarkisyanı qorxuya salan MESAJ: Ermənistan ordusu belə MƏHV EDİLƏCƏK – VİDEO/FOTO

Bakıdan Sarkisyanı qorxuya salan MESAJ: Ermənistan ordusu belə MƏHV EDİLƏCƏK – VİDEO/FOTOAzərbaycan müdafiə naziri Zakir Həsənovun "RİA Novosti" agentliyinə müsahibəsində "Ermənistanın "İskəndər" raketlərini məhv etmək gücünə malik silahlarımız var" sözləri İrəvanda Serj Sarkisyan da daxil olmaqla siyasi çaxnaşmalara səbəb olub.

Publika.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan iyulun 13-də Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda hərbi hissədə olarkən "Kim "İskəndər"in gücünü bilmir, belə danışır, lakin bu raketi tanıyanlar onun faciəli gücünü də bilir", deyə bildirib.

Halbuki, Azərbaycanın müdafiə nazirinin "İskəndər"i məhv etmək gücünə sahibik" açıqlaması siyasi ritorika deyil. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ictimaiyyətə məlum olan ən azı iki raket sistemi Ermənistanın qürrələndiyi "İskəndər"i məhv etmək qabiliyyətinə sahibdir.

1. "Favorit" S-300PMU-2: Bu raket sistemi Rusiya istehalıdır və Azərbaycan ordusunun arsenalında var. S-300PMU-2 saniyədə 2,8 kilometr sürətlə 40 kilometr uzaqlıqdakı hədəfi məhv etmək gücünə sahibdir.

Bakıdan Sarkisyanı qorxuya salan MESAJ: Ermənistan ordusu belə MƏHV EDİLƏCƏK – VİDEO/FOTO2. "Barak 8": İsrail istehsalı olan zenit-raket kompleksinə Azərbaycan dilində "İldırım-8" də deyilir. Barak ivrit dilində ildırım deməkdir. "Barak-8"-in əsas özəlliyi onun mürəkkəb döyüş şəraitində 10 kilometr məsafədə bir neçə hədəfi eyni anda vurmasındadır. Bu hədəflər səsdən iti və səs sürətinə yaxın uçan qanadlı raketlər, hədsiz aşağıdan uçan ballistik və kvaziballistik raketlər, operativ-taktiki raketlər, təyyarələr, vertolyotlar, idarəolunan bombalar və digərlərindən ibarət ola bilər. Raket buraxılandan sonra inersiyal naviqasiya sistemindən istifadə edir, hədəfə yaxınlaşanda isə raketi hədəfə yönləndirən aktiv radilokasiya sistemi işə düşür. Döyüş başlığının ağırlığı 25 kiloqramdır. Raketi havada başqa hədəfə yönləndirmək və trayektoriyasını dəyişmək də mümkündür. İnternet mənbələrində göstərilir ki, "Barak-8" İsraildən başqa dünyanın cəmi 3-4 ölkəsinin silahlanmasında mövcuddur və belə ölkələrdən biri Azərbaycandır.

Serj Sarkisyanın Zakir Həsənovun açıqlamasında dərhal reaksiya verməsi və populist ritorikadan istifadə etməsi təsadüfi deyil. Çünki "aprel müharibəsi"ndə məğlub olan Ermənistan rejiminin erməni ictimaiyyəti qarşısında yeganə təsəllisi "İskəndər" raketləri idi. Aprel döyüşlərində Ermənistanı dəstəkləməyən Rusiya sonradan ermənilərin "könlünü almaq" üçün bu raketləri düşmən ölkəyə verdi. Hərçənd, Ermənistanın qürrələndiyi "İskəndər" raketlərinin Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına məxsus olduğu, İrəvanda keçirilən paradda raketləri rus zabitlərinin idarə etdiyi və erməni hərbi birləşmələrinin arsenalında əslində belə bir silahın olmadığı da məlumdur. Sadəcə olaraq, Rusiya "İskəndər"ləri İrəvana göndərməklə siyasi oyun oynayırdı.

Bakıdan Sarkisyanı qorxuya salan MESAJ: Ermənistan ordusu belə MƏHV EDİLƏCƏK – VİDEO/FOTO"Lragir" saytı Sarkisyanın bu açıqlamasına cavab olaraq, onun "aprel müharibəsi"indən sonra Berlində verdiyi "Ermənistan ordusu 1980-ci illərin silahları ilə döyüşürdü" açıqlamasını xatırladıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1836   Tarix: 15 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 505
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 710
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 1368
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 185
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 165
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 479
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

15:32 236
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

21:45 0
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 285