Xalqa benzinin bahalaşmasından daha PİS XƏBƏR – Dizel də...

Xalqa benzinin bahalaşmasından daha PİS XƏBƏR – Dizel də...Büdcədən kəsr artıqca məhsulların qiymətində bahalaşma müşahidə edilir. Dövlət kəsrləri vətəndaşların hesabına aradan qaldırmağa çalışır. Neft dövrünün bitməsi hər cür bahalaşmanı labüd edir.

Ölkədə qiymətlər onsuz da günü-gündən artır. Belə bir vaxtda Tarif Şurası benzinin qiymətini 70 qəpikdən 90 qəpiyədək artırdı. Hazırda dizelin litri isə 60 qəpikdir.

Yükdaşımalarda daha çox dizeldən istifadə edilən nəqliyyatlardan istifadə edilir? Ola bilərmi ki, məhsulların qiyməti benzinlə bərabər qalxmasın?

Bununla bağlı a24.az iqtisadçı ekspert Samir Əliyevdən açıqlama alıb. Ekspert bildirdi ki, dizelin qiymətinin artması istisna edilmir. "Benzinlə dizelin qiyməti arasında əvəllər uzun müddət fərq olub. Bu fərq dizellə maşın işlədənlərin sayını daha da artırdı. Hətta 2000-ci illərin əvvəllərində dizellə işləyən maşınların sayı birdən-birə artdı. Hökumət də dizellə benzinin qiyməti arasındakı fərqi azaltdı. İndi yenidən benzinin qiyməti qaldırıldı. Ucuz taksi xidməti göstərənlərdə və yükdaşımalarda bu özünün göstərəcək. Amma bu o demək deyil ki, dizellə işləyən maşınların xərci də azalacaq. Burda zəncirvari proses gedir. Qiymətin bir tərəfdən qalxması, digər sahələrə də ciddi təsir edir. Mühərriki dizellə işləyən avtomobillərin başqa xərcləri artır. Bu da qiymətlərə də təsir edir. Dizelin qiymətinin artacağını istisna etmirəm".

Bizdə hər şey əksinədir

Ekspert qeyd etdi ki, hazırda Azərbaycanda onsuz da inflyasiya səviyyəsi yüksəkdir, iki rəqəmlidir. "Devalvasiyanın təsirindən qiymətlər qalxıb. Qiymət artımını iqtisadi mexanizmlərdən istifadə edərək müəyyən qədər uzadırlar. Belə bir məqamda yenidən benzinin qiymətinin qalxması qiymət artımını daha da alovlandıracaq. Manatın məzənnəsi sabit qalıb. Sabah manat ucuzlaşsa, yenidən qiymətlərin artmasını görə biləcəyik. Hər bir halda düşünürəm qiymət artımı olmamalıdır. Böhran dövründə hökumət əsasən sahibkarlığın inkişaf etdirilməsi üçün kreditlərin faizini aşağı salır, daşınmanı ucuzlaşdırır. Bizim dövlətdə isə əksinə edilir. Kredit bahalaşır, ümumiyyətlə almaq olmur. Bu sahibkarlığın inkişafına zərbə vurur. Xüsusilə qeyri-neft sahələrinin inkişaf etdirilməsini birbaşa ləngidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4456   Tarix: 15 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 476
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 635
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 178
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 205
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 174
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 126
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876