Zemfira həbsdə olan əri üçün ağladı: "Sənsiz həyatın mənası yoxdur..."

Zemfira həbsdə olan əri üçün ağladı: "Sənsiz həyatın mənası yoxdur..."

Müğənni Zenfira İbrahimova həbs edilən idmançı əri Anar Heydərovdan yazıb.

BiG.AZ xəbər verir ki, sənətçi bildirib ki, o, sabah azadlığa buraxılacaq:

“Son bir gün qaldı, İnşallah. Çox darıxmışam. Anar, mənim üçün həqiqətən də sənsiz həyatın mənası yoxdur”.

Qeyd edək ki, A.Heydərov iyunun 25-də, saat 19:40 radələrində 10 B 216 dövlət nömrə nişanlı motosikleti ilə Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla” işarəsi verməsinə məhəl qoymayaraq, hərəkəti davam etdirib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra biliblər. Onun sürücülük vəsiqəsində motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də, etibarnamənin olmadığı üzə çıxıb. Anar Heydərovun barəsində toplanmış materiallar Xəzər rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə qərarı ilə A.Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.

Zemfira həbsdə olan əri üçün ağladı: "Sənsiz həyatın mənası yoxdur..."

Zemfira həbsdə olan əri üçün ağladı: "Sənsiz həyatın mənası yoxdur..."

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4440 Tarix: 14.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
mylovesevil
mylovesevil 14.07.2017
Az hokkabazlig elesinler hamisi pul kefidi gorurler qoy gorsunler ele imkanlilar bele olsalar yaxsidi


 
NNV
NNV 14.07.2017
Əcəb edib tutublar.özü cəhənnəmə yaxşıki kiməsə xəsarət dəymiyib.
sunly_
sunly_ 14.07.2017
Məndə motosikl istədim:)
Həmşə ağıllı:)