Azərbaycanlı məşhur boğulmasından danışdı: " Məni xilasedicilər sudan çıxardılar"

Azərbaycanlı məşhur boğulmasından danışdı: " Məni xilasedicilər sudan çıxardılar"

“Dənizə səhər tezdən - saat 7-də gəlir, 11-ə kimi üzürəm. Həmin vaxt adam az olur. Bu, ulduzluq deyil. Sadəcə, bir az çəkinirəm”.

BiG.AZ xəbər verir ki, bu sözləri meyxanaçı Namqi Qaraçuxurlu “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

İfaçı dənizə qarşı fobiyası olduğunu etiraf edib:

“Sudan bir az qorxmuşam. Bir dəfə qayığı çevirdilər, düşdüm suya, boğulurdum. Bir neçə dəfə cəhd göstərdim, gördüm alınmır, qollarımı buraxdım. Məni xilasedicilər sudan çıxardılar. Ondan sonra dənizdən qorxdum. İndi-indi yenidən dənizə alışıram”.

N.Qaraçuxurlu son günlər görünüşündə dəyişiklik edib, saqqal saxlamasının səbəbini açıqlayıb:

“Güzgüyə baxıb, eyni simanı görməkdən yoruldum. İstədim bir az dəyişiklik edim”.

Azərbaycanlı məşhur boğulmasından danışdı: " Məni xilasedicilər sudan çıxardılar"

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1979 Tarix: 13.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Omer_Xeyyam
Omer_Xeyyam 14.07.2017
Dəniz kənarında böyümüşəm,üzməyi bacarmaq suyun üzündə qalmaq həqiqətən çox önəmlidir.


 
NNV
NNV 13.07.2017
Mənimdə fobiyam var.adi suyu üzümə vuranda nəfəsim kəsilən kimi olur
Anaveten
Anaveten 13.07.2017
mənim də dənizə çox böyük fobiyam var.heç vaxt getmirəm.dəniz qırağında tək qalsam ürəyim partlayar