Qəbul imtahanı verən şagirdlərə 10 önəmli - EKSPERT MƏSLƏHƏTİ

Qəbul imtahanı verən şagirdlərə 10 önəmli - EKSPERT MƏSLƏHƏTİBəzən şagirdlər ali təhsil ocaqlarına imtahan verərkən həyəcanlanır, stress yaşayır, bu isə onların sualları cavablayarkən yalnışlığa yol verməsi ilə nəticələnir.
BiG.AZ xəbər verir ki, təhsil eksperti Kamran Əsədov şagirdlərə ali təhsil ocaqlarına qəbul imtahanı verərkən on önəmli məsləhətini verib: "Əziz dostlar, imtahanlarda bəzi yazılmayan qanunlar vardır ki, bunları bilmək önəmlidir. Dəyərli abituriyentlər, bu məsləhətlər daha uğurlu nəticə əldə etməyinizə kömək olar".

1. Vaxt və dəqiqlik arasındakı balansı qoruyun
Testləri çox sürətli həll edib, lazımsız, xırda səhvlər etməyiniz heç də yaxşı olmaz. Digər tərəfdən, həddindən artıq diqqətli olub, hər sual üçün də uzun zaman sərf etməyin. Testi düzgün həll etdiyinizə inanırsınızsa, ona yüngülvari göz gəzdirməyiniz yetərlidir.

2. Sualı çox diqqətlə oxuyun
Abituriyentləri ən çox çaşdıran hallardan biri sualı düzgün və ya sonunadək oxumamaq olur. Məsələn, sualın sonundakı inkar şəkilçilərini və ya "yoxdur", "olmaz", "deyildir" kimi sözləri nəzərdən qaçırmaqla sualda istənilən şeyin tam əksini axtarırlar ki, bu da sonda səhv cavab tapmaqla nəticələnir.
3. Bir suala həddən artıq çox vaxt sərf etməyin
Testin belə bir qaydası var ki, eyni fənnin suallarının çətinliyi müxtəlif, amma verəcəyi bal eyni olur. Buna görə də çətin bir sual üzərində 10 dəqiqə fikirləşməkdənsə, ondan daha asan olan 3 sualı həll etmək sizə 10 dəqiqədə 3 dəfə çox bal qazandıracaq.

4. Saatla "oynamayın"
İmtahan vaxtı yanınızda mütləq saat olsun, amma siz hər 2 dəqiqədən bir saata baxmayın. Bu, sizin fikrinizi bir yerə cəmləməyinizə mane olacaq. Vaxtı düzgün nizamlayın və zamana nəzarət etmək üçün müəyyən fasilələrlə saata baxın.

5. Cavabalara diqqət edin, yalnışları tez silin
Test suallarının cavablarına baxanda dəqiq görürük ki, bəzi cavab variantları sualın cavabı ola bilməz . Belə cavab variantlarının üstündən dərhal xətt çəkin. Bu, psixoloji olaraq sizə kömək edəcək. Çünki elə olduqda, sualın 5 deyil, məsələn, 2 cavab variantı olacaq ki, bu da sizə seçim etməkdə daha rahat olacaq.

6. Ardıcıl 4 sualın cavabı "A"-dırsa, onları yenidən gözdən keçirin
Bəzən test suallarının cavablarının 2-si və ya 3-ü ardıcıl olaraq eyni variant olur. Bu, normaldır. Amma əgər 4 və ya 5 ardıcıl sualın cavabının eyni variant olduğunu görsəniz, o suallara yenidən göz gəzdirin. Onlardan hansınınsa səhv cavab olduğunu görəcəksiniz. Çünki 4 və daha artıq ardıcıl sualın cavabının eyni variant olması çox nadir hallarda olur.

7. Cavab kartını doldurarkən buna diqqət edin!
Abituriyentlərin cavab kartını doldurduqları zaman üzləşdikləri ən ciddi problemlərdən biri də budur: abituriyentlər doğru cavabları uyğun xanada işarələyib, ortada bilmədiyi bir sualı boş qoyurlar. Növbəti sualın cavabını işarələyərkən isə, o cavabı səhvən əvvəlki boş qoyduğu sualın xanasında işarələyirlər. Vay o haldan ki, bunu tez görməyəsiniz. Bir də baxarsınız ki, 15-20 sualın hər birini bir xana sürüşdürməklə işarələmisiniz. Bu da avtomatik olaraq, həmin 15-20 sualın yanlış cavab olması deməkdir. Bu da imtahan nəticəsinə çox pis təsir edə bilər.

8. Sualları qruplaşdırın
Sual kitabçasında həll etdiyiniz testləri müəyyən bir simvolla işarələyin. Belə olduqda növbəti dəfə həmin səhifəyə baxarkən artıq hansı sualın həll edildiyini, hansının isə hələ qaldığını rahat görəcəksiniz. İşarə olaraq, məsələn həll etdiyiniz testin nömrəsini dairəyə alın; nömrənin qabağına ulduz (və ya sizin üçün rahat olan, öyrəşdiyiniz digər bir simvol) əlavə edin. Şübhəli qaldığınız sulları da başqa bir simvolla işarələyin. Belə olduqda onları qruplaşdırırsınız və bu, sizə rahatlıq yaradır.

9. İlk ehtimal çox zaman doğru olur
Təcrübə göstərir ki, əgər abituriyent sualın dəqiq cavabını bilmirsə və iki cavab variant arasında qalıbsa, ilk olaraq hansını daha doğru hesab edirsə, əksər hallarda elə o cavab doğru çıxır.

10. Çətin sual sizi depressiyaya salımasın
Hər bir abituriyentin həll edə bilmədiyi testlər vardır. Ona görə də bir və ya iki sualı həll edə bilmirsinizsə, dərhal həyəcanlanmayın, növbəti suallara keçin. İkincisi, unutmayın ki, ən çətin test də, ən asan test də eyni bal verir. Ona görə də çətin bir testə çox vaxt sərf etməyin, asanları həll edin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2298   Tarix: 13 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571