"Qardaşımı pulsuz işləməyə məcburi apardılar" - Bərdədə fəhlənin ölümü ilə bağlı şok məlumat

"Qardaşımı pulsuz işləməyə məcburi apardılar" - Bərdədə fəhlənin ölümü ilə bağlı şok məlumatKeçən ayın 14-də faciəvi şəkildə dünyasını dəyişən traktorçu İlqar Məmmədovun qardaşı Qoşqar Məmmədov femida.az -a müraciət edib. Onun müraciətinə səbəb keçən ay faciəvi şəkildə dünyasını dəyişən qardaşının ölümünün araşdırılmaması və günahkar şəxslərin məsuliyyətdən kənarda qalmasıdır.

Qoşqar Məmmədov müraciətində iddia edib ki, qardaşı rayon icra hakimiyyəti işçilərinin göstərişi ilə yaşıllaşdırma idarəsinin ərazisində təhlükəli yerdə işləməyə məcbur edilib.

"Qardaşım Tərtər rayonunda yaşayır. Amma özü Bərdə rayonunda gübrə zavodunda traktorçu işləyirdi. Yaşadığı kənddə qaz olmadığı üçün çıxarılmış ağacların kötüyündən odun kimi istifadə etmək üçün gətirirmiş. Həmin vaxt Bərdə Rayon Yaşıllaşdırma İdarəsinin işçiləri onu yolda saxlayıblar. Qardaşıma hədə-qorxu gəliblər ki, onu polisə aparacaqlar. Onun qarşısına şərt qoyublar ki, bir günlük pulsuz işləsin, yoxsa, polisə aparacaqlar. Qardaşım da ona razılaşıb. Polisə getməmək üçün bir günlük yaşıllaşdırma idarəsi üçün pulsuz işləməyə razı olub."

Qoşqar Məmmədov bildirib ki, qardaşı vəzifəli şəxslərin tapşırığı ilə ağacı kəsmək istəyərkən elektrik cərəyanı vurmasından dünyasını dəyişib. Amma onun ölümündən 5 saat sonra yaxınlarına məlumat verilib.

"Qardaşımı məcburi yüksək gərginlikli elektrik naqillərinin keçdiyi ərazidə yerləşən ağaca çıxarıblar. Həmin vaxt ətrafda olanlar da deyib ki, səni "tok" vuracaq. Bu da deyib ki, ağacları kəsməsə, onu tutacaqları ilə hədələyirlər. Hadisə baş verən zaman orada bir çoban da olub. Qardaşım ağacı kəsən zaman çoban ip bağlanmış ağacı saxlaya bilməyib, ağac naqillərin üzərinə aşdığı üçün onu "tok" vurub, öldürüb. Biz hadisədən 5 saat sonra məlumat tutduq. Xəstəxanaya gedəndə gördük ki, qardaşımı artıq yarıblar. Bu günə qədər qardaşımın ölümündə günahı olan şəxslər məsuliyyətə cəlb olunmayıb. Hətta faktlar, şahidlər də gizlədilir."

Qoşqar Məmmədov iddia edir ki, qardaşının ölümündə fakt kimi hesab oluna biləcək telefon zəngləri gizlədilir və araşdırılmır.

" Hadisə baş verən zaman qardaşıma zəng gəlib. Telefonda danışan icra hakimiyyətinin işçilərindən biri olub. Ona deyib ki, ağacı hələ kəsməmisən? Qardaşım da deyib ki, elə indicə ağacı kəsir. Bu danışıqdan 5 dəqiqə sonra faciəvi şəkildə ölüb. Bunu ətrafda olan şahidlər bizə deyib."

Şikayətçi daha sonra qeyd edib ki, hadisə ilə bağlı mətbuata qəsdən səhv informasiya verilib.

"Qardaşım heç vaxt elektrik işləməyib. Xəzər TV-də verilən xəbərlərdə dedilər ki, guya elektrik işləyən zaman ehtiyatsızlıqdan həlak olub. Amma qardaşım orada məcburi şəkildə ağacı kəsmək üçün çıxarılıb. O, elektrik işləməyib."

Xatırladaq ki, dünyasını dəyişən şəxsi 3 övladı var. Oğlu hazırda cəbhə xəttində xidmət edir.

Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətinin başcısının köməkçisi Anar Hətəmovla əlaqə saxladıq. O məsələnin onlara aidiyyatı olmadığını və suala qulaq asmaq istəmədiyini deyərək, dəstəyi asdı.

Vətəndaşın iddiaları ilə bağlı Bərdə Rayon Prokurorunun böyük köməkçisi Babək Paşayevlə əlaqə saxladıq. Onun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1 maddəsi ilə bağlı cinayət işi açılıb. O həmçinin istintaq getdiyi üçün əlavə məlumat verə bilmədiyini də bildirdi.

Babək Paşayev həmçinin vəzifəli şəxslər tərəfindən onlara qarşı təyziq edilməsi iddialarını da rədd etdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1516   Tarix: 13 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204