Aygün Bəylər həbsdə olan qardaşından danışdı: "Başından böyük qələt edir" - AÇIQLAMA

Aygün Bəylər həbsdə olan qardaşından danışdı: "Başından böyük qələt edir" - AÇIQLAMABiG.AZ xəbər verir ki, müğənniyə yaxın mənbənin PrimeTime.Az-a verdiyi məlumata görə, Əməkdar artist hazırda həbsdə olan qardaşı Abbas Hümmətovu cəzaçəkmə müəssəsində təknəfərlik kameraya köçürüb. Bunun üçün isə həftəlik 400 manat pul tələb olunub. Məbləği ödəyə bilməyən müğənni anasına müraciət edib. Anasından mənfi cavab alan A.Bəylər onu döyüb.

Müğənni iddialara belə cavab verib: "Qardaşımın cəzası ilə maraqlanan dövlət, aidiyyəti qurumlar var. Mənə niyə belə suallar verirsiniz? Mən öz başımı güclə dolandırıram. Qardaşımın cəzası var, getsin, cəzasını çəksin. Əvvəla, mənim kimi bacısı var idi, gərək birinci özümə deyərdi. Deməyibsə, bu, onun günahıdır. Heç bir bacı nə qardaşına, nə da bacısına cavabdehdir. Kimin ağlına nə gəlirsə, onu deyir. Xeyr, elə şey yoxdur. Kim də deyir, başından böyük qələt edir.

Məni həbs ediblər məgər? Nədən danışmalıyam? Qardaşım özü bilər. Bu barədə heç kimə hesabat verməyəcəm. Təbii ki, qardaşımın arxasınca getmək borcumdur. Yanına getməsəm də, yeməyini, çörəyini alıb göndərirəm".

İddialar arasında uzun zamandır narkotik vasitələrinin aludəçiliyində adı hallanan əməkdar artistin qazandığı bütün gəlirləri bu zərərli vərdişinə xərclədiyi də yer alıb. Məsələ ilə bağlı müğənni dəfələrlə mətbuata açıqlama verib. O, açıqlamalarında iddiaları təkzib edib.

Müğənniyə yaxın mənbə onu da qeyd edib ki, əməkdar artistin anası bir müddət öncə insult keçirib və yaddaşında problemlər yaranıb. Maraqlı olan digər məqam isə ailənin digər qızı haqdadır. Belə ki, müğənninin ailəli olan bacısı öz qaynından uşaq dünyaya gətirib və bundan da həyat yoldaşının xəbəri var.

Qeyd edək ki, Aygün Bəylərin qardaşı Abbas Hümmətov öz əmisi nəvəsi Elnur Hümmətovu öldürməkdə təqsirli bilinir. Elnur Hümmətov 2013-cü il iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və onun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub. E.Hümmətov həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov və müğənninin qardaşı Abbas Hümmətov tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2715   Tarix: 12 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444
.

"Keşlə"də vəziyyət GƏRGİNDİR:Baş məşqçi və futbolçu arasında QALMAQAL

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib. xəbər verir ki, hər iki şəxs "Report"a açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb. Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edə

21.09.2020 1308
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

21.09.2020 1812
.

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"

"Dağlıq Qarabağda erməni separatçılığı 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cava

24.07.2020 977
.

Həyat yoldaşı Samir Piriyevdən boşanır: "Səbəbkar özüdür"

Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü onun sevgilisi kimi təqdim edən qadın evinə hücum edərək ifaçının xanımı Anaraya xəsarət yetirib. Anara Piriyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil:. "Onu

23.07.2020 11000