Toğrul bütün iddialara cavab verdi - "Şəhid olmağa hazıram!"

Toğrul bütün iddialara cavab verdi - "Şəhid olmağa hazıram!"Türkmənistan Güləş millisinə keçəcəyi deyilən London-2012 Yay Olimpiya Oyunlarının qalibi Azərbaycan güləşçisi Toğrul Əsgərov haqqında yayılan məlumatlarla bağlı geniş açıqlama yayıb.

"Qafqazinfo" Toğrulun həmin açıqlamasını təqdim edir:

"Bir həftədir Türkmənistan millisinə keçməyimlə bağlı müzakirələr gedir. Zədəmlə bağlı Azərbaycanda olmadığım üçün vətənə dönəndən sonra fikir bildirəcəyimi söyləmişdim. Artıq vətəndəyəm.

Mənə dəstək verən, inanan hər kəsə təşəkkürümü bildirirəm. Bununla yanaşı məsələnin nədən ibarət olduğunu bilmədən, araşdırmadan şayiələrə inanıb özümə qarşı tənqidi münasibətə çox üzüldüm.

Mən Bakıdan Türkmənistan millisinə dəvət olunmağıma görə getməmişdim. Qonşu ölkəyə dəvət olunan şəxsi məşqçim Elman Əsgərov olub. Məşqçimlə birgə Aşqabada getmişəm. Orda məni gördükdə millilərinə dəvət ediblər. Mən bu dəvətə müsbət cavab verməmişəm. Bir daha deyirəm, mən Bakıda olanda deyil, dəvət yerində olub.

Son 5-6 ildə Koreya, Türkiyə, digər ölkələrdən maddi baxımdan çox sərfəli təkliflərim olub. Azərbaycanı tərk etmək istəsəydim çoxdan gedərdim. Hər zaman doğma vətənimi üstün tutmuşam. Bu addımım xalqıma olan sevgiylə yanaşı dövlətimizin, prezidentimiz İlham Əliyevin idmana, şəxsən bizə, mənə olan qayğısı, münasibətinin nəticəsidir. Nazirlik, Milli Olimpiya Komitəsi, federasiya, "Neftçi" cəmiyyəti də öz köməyini əsirgəməyib. Bunun qarşılığında Avropa, dünya, olimpiya çempionluqlarını qazanaraq bayrağımızı qaldırmışıq, himnimizi səsləndirərək xalqımızı, dövlətimizi sevindirmişik.

Milyonlarla pul qazandığımızı deyirlər.

Mən Azərbaycan övladı olaraq döşəyə xalqımı, bayrağımı, himnimi düşünüb çıxıram. Pulla uğur qazanılmır. Şəxsi məşqçimlə yanaşı digər əməyi keçənlərin, gecə-gündüz məşqlərdəki əziyyətimiz sayəsində çempionluqlar əldə olunur. Pulu düşünərək dünya səviyyəli idmançı olmaq mümkün deyil. Uğurlarımızın qarşılığı dövlətimiz tərəfindən ödənilirsə biz ancaq təşəkkür edə bilərik.

Heç yerdə dünya səviyyəli lider idmançıların pulunu saymırlar. Xalqın, dövlətin başını uca etdiklərinə görə onlarla fəxr edirlər.

Çempion olmaqla yanaşı davranışımla, böyük-kiçik yeri bilməyimlə başqalarına nümunə olmağa çalışıram. Gənc olmağıma baxmayaraq bilirəm ki, yüz minlərlə insanlarımız bizdən örnək götürür. Biz idmançılar gənclərimizə hərtərəfli nümunə olmalıyıq.

Hindistanda zədə almağımla bağlı söhbətlər dolaşır. Biz özbaşına deyilik. Hindistandakı yarışa federasiyamızın rəsmi icazəsi ilə qatılmışam.

Peşəkar idmançı həyatı çox ağırdır. Zədələr daimi olur. Karyeram ərzində dəfələrlə ağır əməliyyatlardan çıxmışam. Bunun ağrısını biz çəkirik. Demək olar 2014-cü ildən ciddi zədələrlə yarışlara çıxmağa məcbur oluram. Bunu federasiya, məşqçi, həkimlər, güləşçi dostlarım, komanda yoldaşlarım yaxşı bilir. Bəzi yarışlarda istədiyim nəticələri qazanmamağım ciddi zədələrimin olmasına görədir.

Fikirlər dolaşır ki, əməliyyatımın xərcini özüm çəkməliyəm. Biz idmançılar çəkdiyimiz əziyyətləri onsuz da maddi, mənəvi, psixoloji, hərtərəfli çəkirik. Dünya səviyyəli idmançıların yüksək nəticələr qazanmaları üçün məşq, yarışlardan başqa heç bir problemi, qayğısı olmamalıdır. Bu, bütün idman növlərinə aiddir. Yüz milyonlarla dollar qazanan idmançıların əməliyyat, müalicə, bərpasının xərcini klub, federasiya ödəyir. Bu qanunla bağlanmış müqavilələrdə də öz əksini tapır. Bura yaşayış, qidalanma, vitaminizasiya, həkim nəzarəti, digər tələb olunan şəraitlər də daxildir. Peşəkar idmançının bir qayğısı olmalıdır, nəticə göstərmək, çempion olmaq!

25 yaşındayam. Karyeramın sonuna hələ çox var. İstəyim, arzum bundan sonra minimum iki olimpiadada medallar qazanaraq xalqımı yenidən sevindirməkdi. Bu nəticələri yenidən qazanmaq üçün ilk növbədə sağlam idmançı olmalısan.

Mən legioner deyiləm, azərbaycanlı balasıyam!

Bu gün Toğrul Əsgərovun niyə Avropa, Amerikanın aparıcı klinikalarında deyil, məcburiyyətdən Türkiyədə müayinə olunur məsələsi müzakirə olunmalıdır. Hər gün olimpiya çempionları yetişmir. Bizim ilk olaraq xalqımızdan mənəvi, psixoloji dəstəyə ehtiyacımız var. Növbəti olimpiya çempionluqlarını qazanmaq üçünsə peşəkar idmançıya tələb olunan şəraitin yaradılması mütləqdir. Bu, hansısa idmançının kaprizləri deyil, dünyada qəbul olunmuş qaydalardır.
Şəxsi məşqçim Elman Əsgərovun Türkmənistan millisinə dəvət olunması qürurvericidir. Məşqçilərin başqa ölkələrdə çalışması normaldır. İstəyimsə məşqçimin doğma vətənimdə məni növbəti Avropa, dünya çempionatları, olimpiya oyunlarına hazırlaması olar.

Bütün Azərbaycan, xalqım bilsin, problemlərimin olmasına baxmayaraq maddi tərəfdən qat-qat yüksək çox ciddi təkliflərim olub, bu gün də var. Bunlara baxmayaraq doğma vətənimdən başqa heç bir ölkəni təmsil etmək istəmirəm və heç vaxt belə fikirdə olmamışam.

Belə fikirdə olmağımda şəxsi məşqçim də hər zaman yanımda olub.

İnanıram ki, Azərbaycanda da mənə dəyər verdikləri kimi yenə istəyirlər.

Azərbaycan bayrağını ucaltdığıma görə qürur duyuram!

Günü bu gün Ali Baş Komandanımız səfərbərlik əmri versə güləşdiyim döşəyi Gəncədən görünən Murovdağın qarlı səngərinə dəyişib olimpiya çempionu kimi Azərbaycan uğrunda şəhidlik zirvəsinə ucalmağa hazıram!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2876   Tarix: 08 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954