Ramil Quliyev tarixi rekorda imza atdı (VİDEO)

Ramil Quliyev tarixi rekorda imza atdı (VİDEO)

Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev “Athletics Turkcell Super League” yarışında 100 metr məsafəni 9,97 saniyəyə qət edərək qızıl medala sahib çıxıb.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bununla da, o, tarixdə 100 metr məsafəni 10 saniyədən az müddətə qaçan ikinci ağdərili idmançı olub. Bu nəticəni əldə edən ilk ağdərili fransalı Kristofer Lemetr olmuşdu. O, 2010-cu ildə 100 metr məsafəni 9,98 saniyəyə qət edib, bir il sonra isə 9,92 saniyə ilə şəxsi rekordunu müəyyənləşdirib.

Qeyd edək ki, 27 yaşlı R.Quliyev Azərbaycan əsilli türk idmançısıdır. 2011-ci ildə vətəndaşlığını dəyişdikdən sonra onun bütün nəticələri Türkiyənin hesabına yazılır. Quliyev 60, 100, 200 və 300 metr məsafəyə qaçışda Azərbaycan və Türkiyədə rekordçusudur.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: İdman Oxunub: 1823 Tarix: 08.07.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər