Batmış sovet rubluna görə nə ala biləcəyik?

Batmış sovet rubluna görə nə ala biləcəyik?1997-ci ildə Belqorod vilayətinin bir sakini Rusiya "Əmanət bankı"nı məhkəməyə verir və bankdan ona iki otaqlı mənzil almağa imkan verən vəsait tələb edir. Əyalət sakinin məntiqi aydın imiş - 1991-ci ildə SSRİ Əmanət Bankına qoyduğu vəsait ona belə bir mənzil almağa imkan verirmiş. Rayon məhkəməsi də bu məntiqin tərəfdarı çıxır və sakinin xeyrinə qərar verir, lakin yuxarı instansiyalar bu qərarı dəstəkləmir və ləğv edir. Lakin Belqorod sakini geri durmur və beləliklə, 2002-ci ilə qədər uzanan gərgin bir məhkəmə çəkişməsi başlayır - yuxarı instansiyalar rayon məhkəməsinin qərarını beş dəfə ləğv etməli olur. Sülh qərarına Belqorod vilayətinin rəhbərliyi nail olub - sakinə iki otaqlı ev verilir, o isə məhkəmə ərizəsini geri götürür. Amma sözügedən Belqorod sakini Rusiyanın əmanəti batmış 196 milyon sakinindən tək bəxti gətirəndir. Qalanları isə 1 sovet rublu qarşılığında 2-3 rus rublu, yəni 7-10 sent vəsait ala bilib ki, Rusiya ekspertləri sakinlərin aldadıldığını, sovet rublu qarşılığında həqiqi dəyərindən 15 dəfəyə qədər aşağı vəsait verildiyini düşünürlər. Amma əksər ekspertlər, o cümlədən Rusiya ekspertləri də bu məsələdə MDB üzrə ən ədalətli qərarı Azərbaycanın verəcəyini düşünürlər. Ekspertlərin bu cür düşünməsinə bir sıra deputatlar tərəfindən səsləndirilən fikirlər və Milli Məclisə təqdim edilən qanun layihələri əsas verib.

ANS PRESS xəbər verir ki, sonuncu belə layihə bu yaxınlarda Milli Məclisdə 2012-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadəyə rəsmi şəkildə millət vəkili Əli Məsimli tərəfindən təqdim edilib. Qanun layihəsinin müəllifi də elə Əli Məsimlinin özüdür. Millət vəkilinin sözlərinə görə, qanun layihəsi prezident İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında" 2005-ci il 26 oktyabr tarixli 1067 saylı sərəncamına uyğun surətdə hazırlanıb. Layihədə nəzərdə tutulan dəyişmə məzənnəsi MDB məkanı üzrə ən yüksəkdir.

"İndiyə kimi ən yüksək dəyişmə məzənnəsi Litvada olub, 1 sovet rublu qarşılığında 40 sent veriblər. Belarusda məzənnə 33 sent olub. Qazaxıstanda 150 sovet rublunun əvəzinə 1 dollar veriblər ki, bu, simvolik bir rəqəmdir. Bizim layihədə isə bir sovet rublunun əvəzində 63 sent verilməsi nəzərdə tutulur",- deyə Əli Məsimli vurğulayır.

Layihədə məbləğ artıqca indeksasiya məzənnəsinin azalması nəzərdə tutulur - əmanət qalığı 2000 rubla qədər olan əmanətçilərin əmanətlərinə hər rubla görə 0,50 manat, yəni 2000 sovet rubluna görə 1000 Azərbaycan manatı verilməsi təklif edilir. 2001-5000 rubl arasında olan əmanətlərə görə isə hər rubla görə 0,30 manat verilməsi nəzərdə tutulur. Bu zaman 2000 rubla qədər məbləğdə əvvəlki məzənnə saxlanacaq, 1 sovet rublu qarşılığında 0,30 manat məzənnəsi 2001-5000 rubl arasında olan əmanətlərə şamil ediləcək. Beləliklə, 2001-5000 rubl arasında olan əmanətlərə görə əmanətçi 1000 manat, üstəgəl 2000 rubldan artıq hər rubla görə 0,30 manat əldə edəcək. Bu variant qəbul edilərsə, 3000 rubl sovet əmanəti olan şəxs 1300 Azərbaycan manatı, 4000 rubl əmanəti olan şəxs 1600 manat, 5000 rubl əmanəti olan 1900 manat əldə edə bilər. Bu minvalla, millət vəkili Əli Məsimlinin təklif etdiyi varianta görə, 5001-10000 rubl arasında olan əmanətlərə 1900 manat, üstəgəl 5000 rubldan artıq hər rubla görə 0,25 manat, əmanət qalığı 10000 rubldan yuxarı olan əmanətlərə isə 3150 manat, üstəgəl 10000 rubldan artıq hər rubla görə 0,20 manat məbləğində təzminat təklif olunur.

Layihədə sovet dövrünə aid əmanətlərin indeksasiyasının üç mərhələdə aparılması və 6 ilə başa çatdırılması nəzərdə tutulur. Hər mərhələyə iki il ayrılıb. İlk növbədə daha yaşlı sakinlərin, həmçinin bu pullara daha çox ehtiyac duyan əmənatçilərin vəsaitləri indeksasiya ediləcək.

İki il çəkəcək birinci mərhələnin birinci ilində şəhid ailələrinin, müharibə əlillərinin, birinci qrup əlillərin və 1935-ci ilə qədər anadan olan əmanətçilərin vəsaitlərinin indeksasiya edilməsi nəzərdə tutulur. Birinci mərhələnin ikinci ilində isə Qarabağ müharibəsi iştirakçılarına, 1940-cı ilə qədər anadan olan əmanətçilərə təzminat ödənilməsi düşünülür.

İkinci mərhələnin birinci ilində 1945-ci ilə qədər anadan olanlara, ikinci ilində isə 1950-ci ilə qədər anadan olanlara və əvvəlki illər də daxil olmaqla onların varislərinə əmanətlərin qaytarılması nəzərdə tutulur. Üçüncü mərhələ də üç il çəkəcək və onun birinci ilində 1950-ci ildən sonra anadan olanların və onların varislərininin vəsaitləri qaytarılmalıdır. İndeksasiyanın son ilində isə müvafiq komissiyalar tərəfindən araşdırmalardan sonra əmanət kitabçası itmiş, əmanət kitabçası almamış və digər səbəblər üzündən qanunvericilikdə müəyyən olunmuş təzminatı ala bilməyən əmanətçilərə və onların varislərinə əmanətlərin qaytarılması nəzərdə tutulur.

Əli Məsimlinin fikrincə, itmiş əmanət kitabçalarına ayrıca bir ilin ayrılması vacibdir, çünki hər 10 əmanətçinin 2-nin əmanət kitabçası ilə bağlı problem ola bilər.

Azərbaycan parlamentinin praktikasında ilk dəfə olaraq qanun layihəsinin qəbul edilməsini asanlaşdırmaq üçün sənədlər paket şəklində təqdim edilib. "Sənədlər toplusuna qanun layihəsinin özü ilə yanaşı, onun şərhi də təqdim edilib. Şərhdə ayrı-ayrı maddələr izah edilir və qanunu gerçəkləşdirmə mexanizmi də izah edilib. Həmçinin bu qanunun qəbul ediləcəyi təqdirdə, Vergi Məcəlləsinə və "Dövlət borcu haqqında" qanuna düzəlişlər də topluya daxil edilib",- deyə Əli Məsimli bildirir.

Bir çoxları bütün bu rahatlıqları nəzərə alaraq qanun layihəsinin mart ayında qəbul ediləcəyini ehtimal edirlər. Lakin millət vəkili buna o qədər də ümid bağlamır. "2008-ci ildən bu yana əmanətlərlə bağlı qanun layihəsini artıq neçənci dəfədir ki, parlamentə təqdim edirəm və xeyri yoxdur, qəbul edilmir. Bu söhbətə yalnız hansısa seçkilər öncəsi qayıdılır, müzakirələr aparılır və sonra unudulur",- deyə Əli Məsimli vurğulayır.

Maliyyə naziri Samir Şərifov çıxışlarından birində bundan əvvəlki qanun layihəsi variantının əlverişsiz olduğunu bildirmişdi. "Qonşu ölkələrin təcrübəsi əmanətlərin bu yolla indeksasiyasının səmərəsiz olduğunu göstərir, çünki pulların qiymətdən düşməsinə səbəb ola bilər",- deyə nazir vurğulamışdı. Yəni nazir əhaliyə veriləcək pulların bazara təsir göstərərək, inflyasiyaya səbəb ola biləcəyindən ehtiyatlandıqlarını bildirmişdi.

Lakin Əli Məsimli bu cür iddialarla razılaşmır: "Bank hesablarının inventarizasiyasının nəticələrinə görə, 1 yanvar 1992-ci il vəziyyətinə Əmanət Bankında 2 milyona yaxın əmanətçinin 5,4 milyard rubl məbləğində əmanəti olub. Onun 40%-ə yaxını 2000 rubla qədər, 30%-ə qədəri 2001-5000 rubl, 20%-ə yaxını 5001-10000 rubl arasında, 10 faizdən artığı isə 10000 rubldan artıq olan əmanətlərdir. Həmin sxem üzrə cəmi əmanət qalığına görə 1,9 milyard manat (2,4 milyard dollar) ətrafında təzminat təklif edirik".

Lakin Əli Məsimlinin fikrincə, əmanət qalıqlarına görə təzminat verilərkən makroiqtisadi sabitliyə, eləcə də ölkənin maliyyə-bank sisteminin sağlamlığına xələl gətirməyən üsullardan istifadə edilə bilər: "Təzminat həm nağd pul şəklində, həm qiymətli kağızlarla verilə bilər, həm də depozit şəklində əmanətçinin bank hesabına oturdula bilər. Beləliklə, təzminat ödənilən müddətdə hər il orta hesabla dövriyyəyə əlavə olaraq 300 milyon manat (bəlkə də, daha az) əlavə pul vəsaiti daxil ola bilər. Həmin məbləğ Azərbaycanın sürətlə artmağa başlayan valyuta ehtiyatlarının illik artımının cəmi 1,7%-i qədərdir. Bu məbləğ əhalinin 2010-cu ildəki pul xərclərinin cəmi 1,5%-i, ölkənin pərakəndə əmtəə dövriyyəsinin 1,6%-i səviyyəsində, dövriyyədə olan pul kütləsinin 2%-dən aşağı olduğundan, ciddi inflyasiya mənbəyi ola bilməz",- deyə Əli Məsimli bildirir.

Qanun layihəsi çağdaş Azərbaycanın malik olduğu bir sıra sosial reallıqları da nəzərə alır. 1 yanvar 1992-ci il tarixdən 20 ilə yaxın müddət keçdiyinə görə bir sıra əmanətçilər artıq dünyasını dəyişib. Qanun layihəsinə görə, əmanətçinin varisləri həmin vəsaiti ala bilər: "Əmanətçi vəfat etdikdə, ona əmanət qalıqlarına görə hesablanmış təzminat müvafiq sənədlər təqdim edilməklə, qanunvericiliklə müəyyən edilmiş qayda və müddətdə əmanətçinin hüquqi varisinə verilir".

Qanun layihəsi Ermənistandan qaçqın düşmüş və SSRİ Əmanət Bankının Ermənistan bölməsində pulları batmış Azərbaycan vətəndaşlarını da unutmayıb. Sənəddə hazırda Azərbaycan vətəndaşı olan bu insanların Ermənistan tərəfindən qaytarılmayan əmanətlərinə görə bu qanunla müəyyən edilmiş xüsusi qaydalar üzrə təzminat ödənilməsi təklif olunur.

Göründüyü kimi, qanun layihəsində bütün qaranlıq məqamlara aydınlıq gətirilməyə çalışılıb. İndi məsuliyyət Milli Məclisin öhdəsindədir, parlament çox tezliklə bu məsələyə baxmalı və qərar verməlidir. Hər halda, prezident İlham Əliyevin 2005-ci il 26 oktyabr tarixli sərəncamında məsələnin iki ay müddətində həll edilməsi və mexanizminin müəyyən edilməsi buyurulur. Qanunverici orqanın icra hakimiyyətinə bu qədər etinasız yanaşması isə sadəcə siyasi etikasızlıqdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5726   Tarix: 19 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949