Toğrulu Azərbaycandan kim küsdürdü? – İnanılmaz səbəblər

Toğrulu Azərbaycandan kim küsdürdü? – İnanılmaz səbəblərXəbər verdiyimiz kimi, sərbəst güləş üzrə millimizin üzvü, olimpiya çempionu Toğrul Əsgərov Azərbaycan yığmasından imtina edib və Türkmənistan yığmasının heyətində çıxış edəcək. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, T.Əsgərovun getməsinin əsas səbəblərindən biri Azərbaycan Güləş Federasiyası ilə arasında olan problemlərdir. Bildirilir ki, 9 ay yaxındır boyun fəqərəsindən əməliyyat edilməli olan Toğrula federasiya tərəfindən "pulumuz yoxdur" cavabı verilib. Olimpiya çempionunun yaxın ətrafında gəzən məlumatlara görə isə idmançı ətrafında dopinq məsələsinin ortaya atılması və bu məsələdə onun üstünə çox gedilməsi də Əsgərovun getmək qərarını qətiləşdirib. Güləşçi bu barədə federasiya rəhbərliyinə belə məlumat verməyib.
Ancaq qaydalara əsasən, yerli qurumun icazəsi olmadan o, 2 il ərzində başqa ölkə adı ilə çıxış edə bilməz. Yaxın zamanda AGF rəsmilərinin onunla danışıqlara başlayacağı gözlənilir.

Hazırda müalicə üçün Türkiyədə olan Toğrul Əsgərovun AGF-də yaşadığı problemlər bununla da bitmir. İddiaya görə, sərbəst güləş üzrə milli komandamızın olimpiya oyunlarında nəticə verən bütün üzvləri, eləcə də Toğrul Əsgərov federasiyanın vəd etdiyi mükafatı hələ də ala bilməyib.

Bu azmış kimi, Azərbaycan Güləş Federasiyası 1 ilə yaxındır ki, yığmanın üzvlərinin maaşını ödəmir. Qeyd edilir ki, hətta gənc idmançıların formaları alınmır, xaricdə təlim məşqlərə getməsi üçün maliyyə buraxılmır. Millinin heyətinə qatılan gənc güləşçilər yarışa çıxarkən bir-birilərindən forma alaraq güləşirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4433   Tarix: 30 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 400
.

Azərbaycanın batut gimnastikası tarixində bir ilk

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə əldə etdiyi ilk lisenziyadır. Beləliklə, gimnastika yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin say

25.03.2024 439
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14.04.2024 230
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 274
.

"Spartak" Qurban Qurbanovla maraqlanır?

Futbol agenti Ramil Adıgözəlov "Leqalbet" ilə söhbətində Moskva "Spartak"ının "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandığını bildirib. "Qurban Qurbanov əla mövsüm keçirdi. Düşünürəm ki, bir çox klublar ona diqqət yetirir. "Latsio"dan, Türkiyə çempionatında

25.03.2024 544
.

Dani Alveş azadlıqda: İlk görüntüləri yayıldı - FOTO/VİDEO

Futbol üzrə olimpiya çempionu Dani Alveş apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. Məlumata görə, braziliyalı girov ödəmək üçün 1 milyon avro toplaya bilib. Onun hesabları dondurulub. Alveş girov ödəməsi ilə yanaşı, iki pasportunu (Braziliya və İspaniya pasportlarını) təhvil verib

25.03.2024 653
.

Gürcüstan millisi tarix yazdı - Video

Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissənin ardınca penaltilər seriyası oynanılıb. Gürcüsta

27.03.2024 611
.

"Qarabağ"ın futbolçusu hakimi söydüyü üçün cəzalandırıldı

UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb. "Report"un əldə etdiyi məlumata görə, buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda "Braqa"ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi söyməs

26.03.2024 521
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 845