Azərbaycanda kişi düşmənləri olan qadınlar kimlərdir?

Azərbaycanda kişi düşmənləri olan qadınlar kimlərdir?Feminizm və feministlər bu gün çox müzakirə edilən mövzulardandır, insanlar onların məqsədlərini və istəklərini birmənalı qarşılamırlar.

Bunun bir səbəbi feminizmin ifrat dərəcədə istiqamət dəyişdirməsidirsə, digər səbəbi də özünü feminist adlandıran bəzi qadınların sözün əsl mənasında "kişi düşməni"nə çevrilmələridir.

Maraqlıdır ki, dünyadan fərqli olaraq Azərbaycanda feministlər bir qədər fərqli düşüncəyə malikdirlər. Araşdırma yazımızı Facebook sosial şəbəkəsində keçirdiyimiz bir sorğu ilə başlamaq qərarına gəldik.
Sorğunu keçirməkdə məqsədimiz bizim toplumda feminizm anlayışının necə qəbul edilməsini öyrənmək idi. Sorğumuzda iştirak edən 32 nəfərdən 17-si feminizmin hüquq bərabərliyi uğrunda mübarizə olduğunu dedi, 15 nəfər isə feministlərin kişi düşmənləri olmasını qeyd etdi.

Feminizm nədir, necə yaranıb?
Feminizm sözü həm latınca "femina", yəni "qadın" sözündən, həm də "Femida" sözündən qaynaqlanır, qədim yunan mifologiyasına görə, Zevsin ikinci arvadı olan ilahənin adı Femida olub. Qeyd edək ki, feminizm XVIII əsrdə əvvəlcə Şimali Amerikada, sonralar isə müstəqillik uğrunda mübarizə illərində, 1789-1799-cu illərdə "Böyük Fransız inqilabı" zamanı Fransada yaranan qadın hərəkatı olub. Həmin illərdə feminizm hərəkatına qoşulan qadınlar ilk növbədə haqq-ədalətin bərqərar olması üçün və qadın haqlarının heç bir halda pozulmaması naminə fərqli qadın təşkilatlarında birləşməyə başladılar.

Amma maraqlıdır ki, o vaxtlar bu hərəkatın adı "feminizm" deyildi. Çılğın və qorxmaz fransız qadın yazıçısı Olimpiya de Qucun "Qadınların hüquq deklarasiyası"ndan sonra ona haqq verən və yazıçının ətrafında birləşən qadınlara "feministlər" deməyə başladılar. Çünki yazıçı yazısında qadının da "feme", yəni insan olduğunu deyirdi.

Lakin maraqlı olan bir şey də var, bütün bu sadaladıqlarımız feminizmin yalnız görünən tərəfidir. Tarixi mənbələrdə yazılır ki, kişi cinsindən olan fərdlərdə ikinci dərəcəli qadın cinsiyyəti orqanlarının inkişaf etməsi prosesi feminizasiya adlanır. Eyni zamanda feministliyi təkcə insanda deyil, eyni zamanda quşlarda və heyvanlarda da müşahidə etmək olar. Bizim yazımızla bir o qədər əlaqəsi olmasa da, qeyd etməliyik ki, feminizasiyanın əksi də var, o "maskulinizasiya" adlanır. Maskulinizasiya qadın cinsindən olan fərdlərdə ikinci dərəcəli kişi cinsiyyət orqanlarının inkişafı prosesidir.

Feminizmin bir problem olaraq tarixən həll edilməmiş qalması son dövrlərdə ona yardımçı sahələrin də yaranmasına səbəb oldu. Gender proqramı bu baxımdan ən çox uğur qazanandır. Bu proqram feminizmin dayaqlarını, özülünü araşdırmağa və həlli istiqamətində müəyyən nailiyyətlər əldə etməyə stimul verdi.

Feministlər psixi problemləri olanlardır?
Əgər kimsə feminizmin mahiyyətini sizə tam olaraq anlatmaq fikrinə düşsə, inanmayın, çünki bu hərəkat sözün bütün anlamlarında qarışıq bir durumdur, feministləri bəzən bioloji və psixi pozğunluqları olan kəslər də adlandırırlar.
Eşitmiş olarsınız, el arasında kişisayağı hərəkət edən, bir az kişi kimi geyinən qadınlara "Erkək Fatma" deyirlər. Bu sözü bəzən feministlərə də aid edirlər. Bəzi feministlər var ki, onlar qadına aid olan heç bir qaydaya əməl etmirlər və özlərinə bunu təhqir hesab edirlər.

Məsələn, Vüsalə adlı bir feministlə söhbətimiz zamanı o, çox maraqlı sözlər dedi. Əvvəla, bizə özünü "Vüsal" kimi təqdim etdi, "ə" hərfini adından ixtisar etmişdi. Bildirdi ki, feminizmlə 4 ildir maraqlanır: "Heç bir halda qadını alçaltmağa, hüquqlarını tapdamağa izn verilməsini dəstəkləmirəm. Amma mən qadının kişinin köləsi olmasını da istəmirəm. Qadının ərə getməsi, uşaq doğması da köləlikdir və mən bunu istəmirəm".

Feminizmin mahiyyətini o qədər dərindən anlamırdı, ona görə də müsahibimiz potensial "kişi düşməni" idi. Amma bu "düşmənçilik" onun gözlərini o qədər tutmuşdu ki, özünün də zamanla zahirən bir kişiyə çevrilməsinin fərqində deyildi.

Feministlər düşünürlər ki, toplumun kişi və qadına münasibətdə tətbiq etdiyi rasional nəzarət sxemi bir-birindən fərqlənir, kişilərə birincilik tanınır, qadın mənəviyyatı təmin olunmamış qalır. Elə bu səbəbdən də feminizmin məqsədi qadın mənəviyyatının "susmaq sferasından" birdəfəlik çıxarılması və kişi ilə eyni cərgədə, eyni statusda qərarlaşmasıdır.

Sosioloq: "İndi feminizm fərdin psixologiyasına uyğunlaşdırılır"
Bir az öncə qeyd etdiyimiz kimi, feminizm o qədər qəliz və həll olunmamış mövzudur ki, onun öz daxilində bir neçə qola ayrılması da bunu təsdiq edir. Feminizmin bu qollarından olan "anarxofeminizm", "konservativ feminizm", "humanist feminizm" az tanınıb. Amma bəzi qismi isə bu gün dünyada, eləcə də Azərbaycanda kifayət qədər geniş arenada müzakirə olunandır - "burjua feminizmi", "radikal feminizm", "liberal feminizm", "qara feminizm" də bu qismə aid edilir.

Sosioloqlar adətən belə hərəkatların öz daxilində bir neçə qola ayrılmasını da problemli olması ilə əlaqələndirirlər. Çünki hərəkatın qəlizliyi onun bir aspektdən həll edilməsinin mümkün olmamasından xəbər verir ki, bunun da altından hərəkatı bir neçə qola bölməklə çıxırlar. (Amma yenə də feminizm anlayışını tam olaraq çözə bilmirlər).

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, feminizm də zamanla dəyişikliyə uğrayan hərəkatlardan biridir:
"Bir çox hərəkat, yarandıqdan sonra zamanla ərtafına toplaşanların təsiri ilə dəyişikliyə məruz qalır. Çox maraqlıdır ki, feminizm müxtəlif ölkələrdə müxtəlif formalarda yayılmaqdadır. İnsanlar hərəkatın yaranma səbəbini və mahiyyətini bilmədən onu öz məqsədləri üçün istifadə edirlər. Tez-tez aksiyalar olur, qadınların üstünlüyünü sübut etmək məqsədi ilə. Qadınların sıxışdırılması, hüquqlarının alınması bir çox cəmiyyətlər üçün spesifik xüsusiyyətdir.

Necə deyərlər, təsirə əks təsir lazımdır, bu qadağalara cavab olaraq, sadəcə, qadınların kişilərlə eyni cərgədə durması və eyni hüquqa sahib olduğunu müdafiə etmək üçün feminizm yaradılıb. Təəssüf ki, indi zamanından və məkanından asılı olaraq bu mahiyyət dəyişdirilir. Bir çox qadın şəxsi acığını çıxmaq üçün feminizmi indiki vəziyyətə sürükləyib".

Feminizm hərəkatının Avropada daha geniş yayıldığını deyən sosioloq bildirir ki, bu hərəkatı insanlar öz psixologiyalarına və dünyagörüşlərinə uyğunlaşdırıblar:
"İnsanları mahiyyət maraqlandırmır, hərə öz içindəkiləri tökmək üçün vasitə axtarır. Feminizmin bu qədər məşhur olması da buna imkan verir. Eyni zamanda, Avropada yaranmış bir hərəkatın Azərbaycanda da eyni nəticəyə səbəb olacağı fikri də yanlışdır.
Onların cəmiyyətində normal qəbul edilən bir hərəkət bizə qeyri-normal gələ bilər. Onların toplumunda yığıcı, bərpaedici bir hərəkat bizdə dağıdıcı effekt verə bilər. Nəinki "feminizm", heç hər gün "demokratiya" deyə qışqıran insanların özü də axıra qədər bilmirlər ki, demokratiya nə deməkdir. İnsan öz doğrularını demokratik hesab edir. Feminizm də belə".

Feministlər nə deyirlər?
Azərbaycanda feminist deyildikdə nə və kimlər nəzərdə tutulur? Maraqlıdır ki, bizim feministlər sadəcə bərabərlik istəyənlərdir. Qadın və kişi hüquqlarının bərabərliyinə çalışanlar özlərini feminist adlandırırlar. Feminist Günay deyir ki, feminizm qrup olaraq kişilərdə və qadınlarda münasibətlərin sorğulanması, qadınların daha üstün huquqa sahib olmasıdır.
Feminist Bənövşəyə görə isə feministlər kişiləri alçaltmadan öz hüquqlarını tələb edən qadınlardır: "Amma təəssüf ki, bizdə feminist qadınlara normal baxmırlar, elə hesab edirlər ki, biz özbaşımıza davranmaq istəyirik. Hələ bəziləri feminizmin sonunun əxlaqsızlıq olduğunu deyirlər. Mən razılaşmıram".

Həmkarım Günay Muradlı isə mediada feminist kimi tanınan jurnalistlərdəndir, avropalı feministlərin bir dəvəti ilə onlarla görüşə də qatılmışdı. Maraqlıdır ki, bir az öncə qeyd etdiyimiz kimi, feminizmin məkanlara görə dəyişikliyə uğramasını o da təsdiqlədi:

"Avropa üçün bu anlayış böyük çəkiyə malikdir, böyük feminist təşkilatları, hətta siyasi partiyaları da var. Avropada feministlər o anlayışı həyat tərzinə çeviriblər, onlar düşündükləri kimi yaşayırlar. Amma bizdə durum fərqlidir, həyatını feminizmə həsr edib, o cür yaşayan bir nəfər tanımıram.
Avropa feministlərinin isə həyat tərzləri bir az fərqlidir, maddi şeylərdən, əsasən də puldan uzaq, hippilər kimi həyat sürürlər. Demək olar ki, zibillikdə yaşayırlar. Onlar üçün ərə getmək, uşaq doğmaq anlayışı yoxdur. Hətta biləndə ki, mən ailəliyəm və uşaqlarım var, mənə münasibətləri kəskin dəyişdi".

Feminist jurnalist deyir ki, bizim ölkədə küçədə savaşan cütlüyün davasında qadının tərəfində duranda da adama feminist deyirlər: "Feminizmdən, qadın haqlarından danışan bütün qadınlara birmənalı olaraq pis münasibət yaranır, təkcə kişilər yox, elə həmcinslərimiz də bizə qarşı cəbhə açırlar.
Əgər konkret olaraq "feminizm nədir?" deyə sual ünvanlasanız, cavabım belə olar: "Mənim üçün feminizm birmənalı olaraq qadın haqlarının qorunması yolunda hər cür əziyyətə qatlaşmaq deməkdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6555   Tarix: 15 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724