Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT

Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT

Son dövrün yeni qida trendi olan suşi artıq dünyanın dörd bir yanına yol tapıb. Suşiyə qarşı insanlar arasında münasibət birmənalı deyil. Kimisi onu yeməkdən zövq alır, kimisi də çiy balıq adı eşidən kimi "iyrənc" olduğunu deyib imtina edir.

BiG.AZ bildirir ki, suşi sevənlər arasında saxta qurmanlar da var. Onlar bu qidanı sevməsələr də, cəmiyyət içində özlərini əsl suşi aşiqi kimi göstərirlər. Həmin şəxlər hesab edirlər ki, bu yolla özlərini yüksək zümrəyə daha yaxın hiss edə bilərlər.

Əslində isə suşi bir mədəniyyətdir. Bu qidanın hazırlanmasında istifadə olunan dəniz yosunlarından tutmuş, yanında qoyulan acı vasabisinədək bütün ərzaqlar bir-birini tamamlayır. Hətta onu çöplə düzgün yemək qaydası öyrədən onlayn dərsliklər də var.

Yaponlar hesab edir ki, suşini hazırlayan mütləq kişi olmalıdır. Çünki tibb sübut edib ki, qadın bədəninin hərarəti kişiyə nisbətən daha yüksək olur və bu amil də suşinin ləzzətinə təsir edir. Lakin unutmaq olmaz ki, suşi yapon yeməyidir və nə qədər sevsək də, normanı aşmaq olmaz.

Çox zaman tərkibinə qatılan çiy balıq əti müxtəlif parazitlərdən əlavə sağlamlığımız üçün təhlükəli olan bakteriyaların daşıyıcısıdır. Rus alimlərin tədqiqatına əsasən ən zərərli dəniz canlıları, mikroorqanizmlər Yapon, Filippin və Cənubi Çin dənizlərində yaşayırlar. Yapon mətbəxini bəzəyən dəniz məhsulları isə əsasən həmin dənizlərin canlılarıdır. Ən qorxulusu isə odur ki, suşidən zəhərlənməni ilkin dövrdə təyin etmək olmur. (publika.az)
f Paylaş
Bölmə: Sağlam ol Oxunub: 3241 Tarix: 29.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Delibal
Delibal 29.06.2017
Fuuu men irgenirem bu yemekden


 
Ad_c
Ad_c 29.06.2017
Dadli olur cox yemiwem .