"Türkiyənin sərhəddə divar tikməsi ermənilərin işğalçı siyasətinin rəmzi olacaq" - AÇIQLAMA

"Türkiyənin sərhəddə divar tikməsi ermənilərin işğalçı siyasətinin rəmzi olacaq" - AÇIQLAMATürkiyə hökuməti Suriya ilə sərhəddə təhlükəsizlik divarının tikintisini yekunlaşdırdıqdan sonra, belə bir layihənin Ermənistan və İran sərhədlərində də gerçəkləşdirmək niyyətindədir.

BiG.AZ xəbər verir ki, Ermənistanla sərhəddə üç metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ardahan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq.

Qeyd olunur ki, divarla yanaşı sərhəddə işıqlandırma sistemi, müşahidə kameraları və sensorlar quraşdırılacaq.

Bildirilir ki, Türkiyə bu addımı terrorçuluqla mübarizə çərçivəsində atır.

"Türkiyənin sərhəddə divar tikməsi ermənilərin işğalçı siyasətinin rəmzi olacaq" - AÇIQLAMAMəsələ ilə bağlı BiG.AZ a danışan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Türkiyənin Rusiyanın Ermənistanda hərbi fəaliyyətindən narahat olduğunu bildirib: "Türkiyə Suriya münaqişəsi başlayandan sonra ölkə ərazisinə terrorçuların keçidini əngəlləmək üçün divar səddi çəkməyə başladı. Bu divar səddi Türkiyənin təhlükəsizliyi baxımından ciddi önəm sayılsa da, regionda ümumi təhlükəsizliyin nə qədər ciddi bir təhdid altında olduğunun göstəricisidir. İranla da belə bir divarın çıkilməsi həyata keçirilir, çünki, İrandan da terrorçu qrupların sızma ehtimalı yüksəkdir. Türkiyənin Ermənistanla diplomatik və iqtisadi əlaqələri yoxdur. Zamanla rəsmi Yerevannın PKK terror təşkilatına verdiyi dəstək qeyd edilir. Türkiyənin bu ölkə ilə sərhəddə divar çəkməsi hazırda real olmasa da, bu regionda davam edən proseslərdən asılı olaraq gerçəkləşə bilər. Ermənistanla sərhəddə rus əsgərləri dayanıb, görünür Ankara Rusiyanın bu ölkədə hərbi fəaliyyətindən narahatdır. Türkiyə məhz Ermənistanın işğalçı siyasətinə görə 1993-cü ildən bu ölkə ilə sərhədləri bağlayıb. Bu sərhəddi beton divarla edəcəksə, görünür, Ermənistan kimi bir ölkə ilə gələcək perspektivlər görünmür. Belə divarın Rusiya ilə münasibətlərdə ciddi təsiri olmayacaq. Çünki, bu Türkiyənin daxili işidir".

Həmçinin politoloq Türkiyənin Ermənistanla sərhəddə divar tikməsinin Qarabağ münaqişəsinə təsirindən də söz açıb. O qeyd edib ki, Türkiyənin belə bir qərara gəlməsi Ermənistanın regionda güvənsiz bir dövlət olduğunu bir daha sərgiləyib: "Qarabağ münaqişəsinin nizamlanmasına gəldikdə isə, Ermənistan dərk etməlidir ki, bu divar məhz onların işğalçı siyasətinin rəmzi olacaq, bir dövlət kimi güvənsiz kimi regionda ümumi təhlükəsizliyə riskli bir ölkə statusunu daşıyacaq. Hesab edirəm ki, Ermənistan bir neçə rayonu boşaldarsa, sərhəddə bu divar çəkilməyədə bilər".
Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2362   Tarix: 28 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 710
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 128
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 83
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 68
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 341
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 132
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 462
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 284
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 356