YAP-dan Prezidentliyə namizədliklə bağlı — AÇIQLAMA

YAP-dan Prezidentliyə namizədliklə bağlı — AÇIQLAMA"Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinə YAP-ın namizədinin kim olacağına partiyanın keçiriləcək Qurultayında qərar veriləcək".

BiG.AZ xəbər verir ki, bu barədə olke.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov məlumat verib.

S.Novruzov bildirib ki, prezidentliyə namizədliklə bağlı qərarı YAP-ın rəhbər orqanı olan Qurultay müəyyən edir.

Onun sözlərinə görə, hazırda YAP-da Qurultaya hazırlıq işləri həyata keçirilir:

"Qurultayın dəqiq tarixi barədə hələlik məlumatımız yoxdur. Çünki Qurultayın vaxtını YAP-ın Siyasi Şurası müəyyən edəcək. Bizim işimiz isə buna hazırlıq işlərini görməkdir".

Deputat qeyd edib ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə bir il öncədən hazırlıq işləri görür:

"Hələ ki, seçkilərə bir ildən çox vaxt qalır. Ancaq biz artıq seçkilərə hazırlıq işlərinə başlamışıq. Bütün şəhər və rayon təşkilatlarında YAP-ın hesabat seçki yığıncaqları, konfranslar keçirilir. Artıq YAP-ın 50-dən çox təşkilatında bu cür yığıncaqlar keçirilib, 30-a qədər təşkilatda isə keçiriləcək. Bu cür yığıncaqlar keçirilən zaman müəyyən yerlərdə dəyişikliklər edilir və partiya fəaliyyətinə nəzər salınır, gündəlikdə dayanan məsələlər müzakirə olunur və baxılır. Daha sonra isə konfrans nümayəndələri tərəfindən yeni heyət seçilir. Bütün bu tədbirlərin hamısı seçkilərə hazırlıq prosesi çərçivəsində həyata keçirilir. Partiyamız bütün bu prosesləri öz daxilində yekunlaşdırdıqdan sonra ümumi proseslərə uyğun fəaliyyətini davam etdirəcək. Yəni, biz planlı şəkildə seçkilərə hazırlıq işlərini görürük".

S.Novruzov xatırladıb ki, bu ilin fevral ayında YAP-ın İdarə Heyəti müvafiq qərarı qəbul edib.

"Həmin qərara uyğun olaraq tədbirlər proqramı tərtib edilib və partiya öz fəaliyyətini davam etdirir"-deyə partiya rəsmisi fikrini tamamlayıb.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1052   Tarix: 28 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589