Kral Salmanın oğlu Putini hədələdi: "Üç günə məhv edərik"

Kral Salmanın oğlu Putini hədələdi: "Üç günə məhv edərik"Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanında kral Salmanın varisi elan edilən 31 yaşlı şahzadə, müdafiə naziri Məhəmməd bin Salman Əl-Səud Rusiyaya qarşı çox sərt mövqedən çıxış etməyə başlayıb.

BiG.AZ virtualaz.org-a istinadən xəbər xəbər verir ki, iyunun 23-də mətbuat üçün rəsmi bəyanatında şahzadə Məhəmməd Rusiyanı və prezident Putini Səudiyyə Ərəbistanı üçün "başlıca təhdid" adlandırıb. "Hesab edirəm ki, Suriyada başı əzilməli olan bir çox terrorçu qruplar var. Lakin əsas təhdid ruslardır. Ruslar terrorçuluğu Yaxın Şərqdə yaymağa çalışır. Başa düşmək çətin deyil ki, bu terrorçular Rusiyanın onlara dəstək verdiyini və Azad Suriya Ordusunu bombaladığını görəndə necə ruhlanırlar"-gənc varis bildirib.

Davakar varis sonrakı açıqlamalarında bir qədər də irəl gedib, Suriyadakı Rusiya qüvvələrini "üç günə məhv edə biləcəklərini" deyib. "Səudiyyə Ərəbistanı Rusiyaya qarşı yumşaq metodlardan istifadə etmək niyyətində deyil. Biz Putinə ultimatum göndərəcəyik. Əgər Rusiya nizamsız bombardmanları davam etdirəcəksə biz onların qüvvələrinin qarşısını almaq üçün tədbir görməli olacağıq. Rusiya yadda saxlamalıdır ki, bizim hərbi imkanlarımız Suriyadakı Rusiya qüvvələrini üç gün ərzində məhv etməyə kifayətdir"-şahzadə hədələyib.

Kralın varisinin bu hədəsinin nə dərəcədə ciddi olduğu başqa məsələdir. Doğrudur, Səudiyyə Ərəbistanı dünyanın ən iri silah idxalçısı olaraq qalır və ordusunu ən müasir silahlarla silahlandırıb. Lakin bu silahların döyüşdə tətbiqinə gəldikdə vəziyyət fərqlidir. Səudiyyə Ərəbistanı iki ildən çoxdur ki, Yəməndə husi qiyamçılarına qarşı bütün hərbi arsenalını işə salsa da əhəmiyyətli hərbi uğurlara nail ola bilməyib. Bu baxımdan şahzadənin Suriyadakı Rusiya qüvvələrini "üç günə məhv etmək" hədəsi qeyri-ciddi qarşılanır. Bununla belə onun sərt ritorikası Ər-Riyadın Suriya məsələsinə görə Rusiyaya qarşı necə qəzəbli olduğunu göstərir. Və belə deməyə əsas verir ki, səudlar Suriyada Bəşər Əsədə qarşı çıxan qüvvələrə dəstəyi daha da artırmaq niyyətindədir.

Rusiya isə əlbətdə ki, kral Salmanın varisinin təhdidindən çəkinib Suriyanı tərk etmək niyyətində deyil. İsrailin "Mossad"a yaxın "Debka" saytının yazdığına görə Rusiya Suriyanın cənub-şərqində yeni hərbi bazanın tikintisinə başlayıb. İsrail Müdafiə Nazirliyindəki mənbələrin bildirdiyinə görə baza Suriyanın Bir əl-Kasab rayonunda, Qolan təpələrinin və İsrailin 96 kilometrliyində yerləşəcək. Rusiya bazasını Suriya müxalif qüvvələrinə təlim keçən Amerika və İordaniya hərbçilərinin bazasından 185 km məsafə ayıracaq.

Rusiyanın bu bazanı tikməkdə məqsədi Suriyanın cənubundan şərqinə aparan strateji yol qovşaqları üzərində nəzarətdir. Bu, Bəşər Əsədin mövqelərini xeyli gücləndirmiş olacaq. Bildirilir ki, yeni hərbi bazanın tikintisi İordaniyanın paytaxtı Əmmanda Rusiya ilə ABŞ arasında məxfi danışıqların getdiyi bir vaxtda baş verir. Bu danışıqlarda Suriyadakı məsuliyyət zonalarının bölüşdürülməsi barədə müzakirələr gedir. ABŞ Rusiyanın İranın dəstəklədiyi qüvvələrin Suriyada yeni ərazilər ələ keçirməsinə dəstək verməsindən narahatdır.

Bu arada ABŞ administrasiyası xəbərdarlıq edib ki, Suriya rejimi yeni kimyəvi silah hücumuna hazırlaşır. Prezident Trampın mətbuat katibi Şon Spayser Ağ Evdə jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar Bəşər Əsəd rejiminin yeni kimyəvi silah hücumu həyata keçirmək üçün hazırlıqlar apardığını qeydə alıb. "Əgər Əsəd qadın və uşaqların da ölümünə yol açan daha bir kütləvi qətliama əl atarsa buna görə yüksək qiymət ödəməli olacaq"-Spayser xəbərdarlıq edib.

Xatırladaq ki, bu il aprelin 4-də Suriya Rejiminin Xan-Şeyxun qəsəbəsinə kimyəvi silah zərbəsindən sonra ABŞ Əsəd qüvvələrinin aviabazasına "Tomoqavk" zərbələri endirmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2768   Tarix: 27 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137