Öndə komandirlər gedirdi...

Öndə komandirlər gedirdi...BiG.AZ "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

Ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusuna qələbə qazandıran bir amil də bu oldu

Bu gün Azərbaycanın Milli Ordusunun yaradılmasından nə az, nə çox, 99 il ötür. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması erməni-bolşevik birləşmələrini çox ciddi şəkildə narahat edirdi və bu, onların azərbaycanlılara qarşı yönəldilmiş müdaxilələrində, törətdikləri təxribatlarda açıq-aşkar özünü göstərməyə başladı. Azərbaycan xalqı tarixi zərurətdən irəli gələrək vətənini, torpağını qorumaq üçün öz ordusunu yaratmalı oldu.
Cəmi iki il ömür sürən Cümhuriyyətin süqut etməsi və Azərbaycanın zorla bolşevik Rusiyasına qatılması ilə ordu hissələri də tədricən ləğv edildi. Onun rəhbərləri param-parça oldular, generalları sürgünlərə məruz qaldılar...

Amma Azərbaycan xalqının mübarizliyinin, vətən sevgisinin qarşısını heç bir qüvvə ala bilməzdi. 71 illik əsarətdən sonra dövlət müstəqilliyimizin bərpası ilə həm də Azərbaycan Ordusunun qurulmasına başlanıldı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ən çox önəm verdiyi sahələrdən biri ordunun gücləndirilməsi oldu. Qısa zamanda dövlətin əsas atributlarından olan ordu quruculuğu prosesi geniş vüsət aldı və bu sahədə əsaslı dəyişikliklər baş verdi.

Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, ixtisaslı mütəxəssislərin orduya cəlb olunması və peşəkar hərbçilərin yetişdirilməsi son illər təmas xəttində baş verən hərbi əməliyyatlar zamanı özünü bir daha doğrultdu. Ötən ilin aprelində baş verən dördgünlük müharibə zamanı düşmənə sarsıdıcı zərbə endirən əsgər və zabitlərimizin adlarının elbəel, kəndbəkənd dolaşması, onların rəşadətindən hər bir azərbaycanlının qürurla danışması məhz bu illər ərzində çəkilən zəhmətin nəticəsi idi.

Nümunə olaraq bu gün ordumuzun timsalında aprel savaşında peşəkarlıq və çevikliyi ilə düşmənin canına vəlvələ salan, onlara sarsıdıcı zərbə endirən xüsusi təyinatlı zabitimiz, polkovnik-leytenant Murad Mirzəyevdən danışacağıq. O, müstəqil Azərbaycan Ordusunun yetişdirdiyi peşəkar hərbçi idi. Döyüşdə hər zaman öndə gedən komandir idi... Nə qədər qəribə görünsə də, aprel savaşından sonra hətta işğalçı Ermənistan dövlətinin nümayəndələri arasında da onun cəsarətindən danışanlar oldu. Sosial şəbəkələrdə, ayrı-ayrı rusdilli saytlarda bunun dəfələrlə şahidi olduq. Onlar Mübariz İbrahimovun cəsarəti haqqında yana-yana yazmışdılar.

Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində dünyaya göz açıb. Hələ yeniyetmə yaşlarında Muradda hərb peşəsinə böyük maraq yaranır. Valideynlərinin xeyir-duası ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. 1991-1994-cü illərdə liseydə oxuduğu zamanlar yenicə müstəqillik qazanan Azərbaycan dövlətinin, onun ərazi bütövlüyünü ciddi sınaqlarla üzləşdiyi bir zamana təsadüf edir. Özlərini dost kimi göstərib tarixən Azərbaycan xalqından sığınacaq, yaşamaq üçün torpaq, yurd istəyən ermənilər bu dəfə də qarşımıza süngü ilə çıxmışdılar. Havadarlarının dəstəyi ilə əzəli Azərbaycan torpaqlarında rayonlarımızı, kəndlərimizi yandırır, talan edir, böyük, uşaq, qoca demədən dinc əhaliyə divan tuturdular. Bu azmış kimi, ölkə daxilində də özbaşınalıq, xaos baş alıb gedirdi. Təbii ki, bütün bunlar Muradı bir azərbaycanlı gənc, eyni zamanda, hərbi liseydə oxuyan kursant kimi çax narahat edirdi. Bununla belə, şahidi olduğu tarixi gerçəklik onun hərbiyə olan marağını artırmış, düşmənə olan nifrətini hədsiz səviyyəyə çatdırmışdı. O zaman özünə söz vermişdi ki, peşəkar hərbçi olub düşməndən qisasını alacaq... Murad liseyi bitirdikdən sonra təhsilini Türkiyədə - ali hərbi məktəbdə davam etdirdi. 1998-ci ildə də oranı müvəffəqiyyətlə başa vurub Amerika Birləşmiş Ştatları, Rumıniya, İordaniya və başqa ölkələrdə hərbi təlimlərdə iştirak etdi, xüsusi kurs keçdi. Beləcə, peşəkar zabit kimi vətənə dönüb xidmətə başladı. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sayılıb seçilən komandirlərindən oldu. Murad başa düşürdü ki, Qarabağın nicatı güclü dövlətdə, güclü ordudadır və ancaq bunların hesabına ərazi bütövlüyümüzü təmin etmək mümkündür. Odur ki, o, xidmət etdiyi müddətdə peşəkar zabitlərin formalaşmasına da xüsusi səy göstərdi.
Nəhayət, 2016-cı ilin Azərbaycan xalqının tarixinə zəfər günləri kimi yazılmış məlum aprel ayı gəlib çatmışdı. Ermənilər bu dəfə də təxribata əl atmışdılar. Azərbaycan torpağında növbəti vəhşiliyi həyata keçirməyə cəhd edir, sərhədyanı kəndləri, dinc sakinləri, yaşayış evlərini ağır artilleriyadan atəşə tutmuşdular. Dərhal düşmən təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində cavab tədbirləri görüldü. Sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi müdafiə xətti yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olundu. Cəmi 4 gün davam edən müharibədə müasir Azərbaycan Ordusunun gücü, zabit və əsgərlərimizin şücaəti nəinki düşməni sarsıtdı, eyni zamanda, onun himayədarlarının da canına qorxu saldı. Bu zaman diqqət çəkən bir məqam da o oldu ki, Azərbaycan Ordusunda döyüşə öncə zabit heyəti atılırdı. Şahidlərin dediyinə görə, Murad Mirzəyevin rəhbərlik etdiyi xüsusi təyinatlı kəşfiyyat qruplarında bu strategiya daha aydın görünürdü. Onun dəstəsi əks-həmlə zamanı xüsusilə fərqlənirdi. Murad başçılıq etdiyi dəstə ilə böyük məsafə qət edərək düşmənin onlarla postunu zərərsizləşdirir və xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edirdilər. Əlbəttə ki, əvvəldən sona qədər dəstənin önündə Muradın getməsi, döyüşə birinci atılması digər zabit yoldaşları və əsgərlərdə böyük ruh yüksəkliyi yaradır və qələbə əzmini qətiləşdirdi. O, son nəfəsinə qədər döyüş meydanından geri çəkilmir və qəhrəmancasına şəhid olur.

Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaç təşkilatının vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verildi və bir gün sonra II Fəxri xiyabanda dəfn olundu. Muradın şücaəti ölkə başçısı tərəfindən yüksək qiymətləndirildi: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi. Xatirəsini əbədiləşdirmək məqsədi ilə Bakı şəhərində yaşadığı binaya barelyefi də vuruldu...

Bu ayın 14-də ölkə rəhbəri Cocuq Mərcanlıya səfəri zamanı aprel döyüşlərindən söz açmış, Azərbaycan Ordusunun qüdrətindən danışmışdır: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir və son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilibdir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir, lazım olan bütün ən müasir texnika, silah-sursat alınır, gətirilir, eyni zamanda, Azərbaycanda bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti gündən-günə artır, nizam-intizam yüksək səviyyədədir və bunun nəticəsidir ki, keçən ilin aprelində üç rayonun ərazisinin bir hissəsi işğalçılardan azad edildi, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu uğurlu əks-hücum əməliyyatı nəticəsində bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qurulur, köçkünlər öz elinə qayıdır..."

Qeyd edək ki, cənab İlham Əliyev Prezident seçildiyi ilk dövrdən ordu quruculuğunun inkişafını uğurla davam etdirib. Ölkənin müdafiə qüdrətinin artması, müasir tələblərə cavab verən ordunun yaranması üçün əlindən gələni əsirgəməyib. Artıq nəticə göz qabağındadır: bu gün Azərbaycan dövləti yüksək döyüş qabiliyyətinə və hərbi texniki təchizatına görə regionda və Cənubi Qafqazda ən güclü, ən çevik orduya malikdir. Əlbəttə, müasir, modern silahlardan istifadə, güclü nizam-intizam, peşəkarlıq səviyyəsinin və psixoloji hazırlığın yüksək olması Azərbaycan Ordusunu yenilməz edib. Ali Baş Komandanın bircə əmri kifayət edər ki, bu yenilməz ordu istənilən an işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad etsin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3243   Tarix: 26 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264