"Orucluqdur bala günah deyilmi?!" -Azərsu bayramda Xırdalan sakinlərini susuz qoydu - Fotolar

"Orucluqdur bala günah deyilmi?!" -Azərsu bayramda Xırdalan sakinlərini susuz qoydu - FotolarXırdalan şəhərində su təchizatında problem yaranıb.

Abşeron rayonunun inzibati mərkəzi olan şəhərin bir qism sakinləri su üzünə həsrət qalıb.

BiG.AZ-ın xəbərinə görə, Sonxeber.az-a bu barədə sakinlər özü məlumat verib.

Şəhərin (red: kənd Xırdalan ərazisi) Əzizbəyov küçəsi, dalan 4-də yaşayan sakinlərinin sözlərinə görə, son bir ayda cəmi bir dəfə su verilib, o da 1-2 saat.

Şikayətçilərin sözlərinə görə, "Azərsu" ASC-nin nümayəndələri bir neçə gün öncə adıçəkilən ərazidə hadisə yerinə baxış keçirib və problemin həll olunacağını bildiriblər. Lakin, neçə gündür hələ də heç bir tədbir görülmür. Sakinlərdən Kərim kişi Sonxeber.az-a danışıb: " "Azərsu" ASC-nin mətbuat xidməti Anar müəllim də məsələdən xəbərdardır, amma təəssüf ki, məsələ öz həllini tapmır. "Azərsu"nun nümayəndələri gəldi, bizə dedilər ki, həll olunacaq. Gözləyirdik ki, heç olmasa Ramazan bayramı günü suyumuzu verərlər. Ay oğlum, axı yayın istisində susuz necə qalmaq olar. Burada yaşayan sakinlərin hamısının su çəni var. Əvvəllər burada su günaşırı verilirdi. Hamı çənini doldururdu. İndi o günaşırı suyu da görmürük. Son bir ayda su cəmi bir dəfə verilib. Belə yaşayışmı olar?! Orucluqdur bala, günah deyilmi. Qonşularla birləşib su maşını ilə su alıb çənlərimizi doldururuq. Amma oğlum bu nə qədər davam edə bilər? Hər dəfə su almağa pulmu var? Xahiş edurik, bizim su problemimizi həll etsinlər".

Məsələni gündəmdə saxlayacağıq :

Sakinlər maşınla su alarkən Fotolar:
"Orucluqdur bala günah deyilmi?!" -Azərsu bayramda Xırdalan sakinlərini susuz qoydu - Fotolar"Orucluqdur bala günah deyilmi?!" -Azərsu bayramda Xırdalan sakinlərini susuz qoydu - Fotolar"Orucluqdur bala günah deyilmi?!" -Azərsu bayramda Xırdalan sakinlərini susuz qoydu - Fotolar"Orucluqdur bala günah deyilmi?!" -Azərsu bayramda Xırdalan sakinlərini susuz qoydu - Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2485   Tarix: 25 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428