Aprel döyüşlərində yaralanan zabitimiz prezidentə müraciət etdi - FOTOLAR

Aprel döyüşlərində yaralanan zabitimiz prezidentə müraciət etdi - FOTOLARAprel döyüşlərində ermənilərə divan tutarkən ağır yaralanan zabitimiz ikici qrup əlil kapitan Məmmədov Hikmət Aydın oğlu moderator.az-a ünvanladığı məktubunda ölkə başçısı İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

Hörmətli Ali Baş Komandanım! Yazıb Sizə bildirmək istəyirəm ki, mən Məmmədov Hikmət Aydın oğlu 1985-ci il oktyabrın 5-də Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt şəhər 3 saylı orta məktəbini bitirmişəm. 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olmuşam. Oranı bitirdikdən sonra isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil oldum.

2008-ci ildə leytenant rütbəsi alaraq Təlim-tədris mərkəzində işə başladım. Bundan sonra isə Beyləqan və Ağcabədi rayonlarına zabit olaraq xidmət etdim. Hörmətli cənab prezident! Azərbaycan ordusunda xidmət etdiyim üçün həmişə qürur duymuşam və bu xidmətlərim komandanlıq tərəfindən həmişə yüksək qiymətləndirilib. Medallarla təltif edilmişəm. 2016-cı ildə dörd günlük aprel döyüşlərində tabeçiliyimdə olan şəxsi heyətimlə Füzuli istiqamətində gedən döyüşlər zamanı erməniləri itki verməyə məcbur edərək bir postu azad etdim. Aprelin 2-də isə özüm başımdan və qarın nahiyyəmdən ağır qəlpə yaraları aldım. Tibbi işçilərimizin müdaxiləsindən sonra əməliyyat olunaraq həyatım xilas edildi. Müdafiə Nazirliyimiz tərəfindən aprel döyüşlərində göstərdiyim xidmətlərimə görə "Fərqlənməyə görə" və "Vətən naminə" medalları ilə təltif edilərək ordu sıralarından sağlamlığımı itirdiyim üçün təxris olundum. Bu arada Müdafiə Nazirliyimizin mənə göstərdiyi diqqət və qayğıya görə başda Siz olmaqla hamıya minnətdarlıq edirəm. Çox razıyam. Hörmətli cənab prezident! Bu gün Sizə müraciət etməkdə məqsədim ailəmlə birlikdə kirayələrdə yaşamaq problemimdir. Mən ailəliyəm, 3 yaşlı oğlum və həyat yoldaşımla Sumqayıt şəhərində kirayədə yaşayıram. Aldığım təqaüdün çox hissəsini hər ay kirayə haqqı verirəm. Sizdən xahişim odur ki, mənə mənzil verilməsi üçün Sumqayıt şəhər rəhbərliyinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Hörmətlə; İkinci qrup Qarabağ əlili, Müharibə veteranı kapitan Məmmədov Hikmət Aydın oğlu

Aprel döyüşlərində yaralanan zabitimiz prezidentə müraciət etdi - FOTOLARAprel döyüşlərində yaralanan zabitimiz prezidentə müraciət etdi - FOTOLARAprel döyüşlərində yaralanan zabitimiz prezidentə müraciət etdi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2301   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114