3 milyon manatını geri istəyən Tağı Əhmədov məhkəmədə GİZLİNLƏRİN ÜSTÜNÜ AÇDI - FOTOLAR

3 milyon manatını geri istəyən Tağı Əhmədov məhkəmədə GİZLİNLƏRİN ÜSTÜNÜ AÇDI - FOTOLARSabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edlr.

Dünən məhkəmədə zərərçəkmiş qismində "Bakı Metropoliteni"nin keçmiş rəhbəri Tağı Əhmədovun ifadəsini olduğu kimi dərc etmişdik. Bu gün prosesin davamı barədə reportajı diqqətinizə çatdırırıq.

Tağı Əhmədovun oğlu pulu Akif Çovdarova verməsindən danışdı

Virtualaz.org xəbər verir ki, şahid qismində zərərçəkmiş Tağı Əhmədovun oğlu Ruslan Əhmədov ifadə verdi. Şahid bildirdi ki, Xarici İşlər Nazirliyinin tarix arxiv idarəsində birinci katib vəzifəsində işləyir.

3 milyon manatını geri istəyən Tağı Əhmədov məhkəmədə GİZLİNLƏRİN ÜSTÜNÜ AÇDI - FOTOLARR.Əhmədov ifadəsində qeyd etdi ki, atası ona zəng edərək, 3 milyon manat pulu Ordu İdman Klubunun yaxınlığında Akif Çovdarova verməyin lazım olduğunu deyib. "Səhər əmim oğlu ilə birlikdə Fəxri Xiyabanın yaxınlığında OİK tərəfdə bizi gözləyən qara rəngli 986 nömrəli "Land Rover" maşınına yaxınlaşdım. Akif Çovdarov ön tərəfdə sürücünün yanında əyləşmişdi. Sürücüsünün başında papaq olduğundan, onun üzünü dəqiq görə bilmədim. Yaxınlaşıb Akif Çovdarov olduğunu dəqiqləşdirdim, içərisində pul olan çantanı sürücüyə verdim. O da maşının yük yerini açaraq, pulları ora qoydu", - şahid bildirib.

"Siz nazirlikdə işləyirsiniz. Atanız Tağı Əhmədov deyəndə ki, Nizami rayonunda hakim işləyən qardaşınız Raufun başına torba keçirib MTN-ə aparacaqlar, buna inandınız? Azərbaycanda hakimin başına torba keçirib dövlət orqanına aparmaq mümkündür?" – vəkil Kamandar Nəsibov şahidə sualla müraciət etdi. "Mən demirəm ki, kimsə onu domkratla aparacaq, sözdür deyilib, mən də əməl etmişəm", - Ruslan Əhmədov bildirdi.

Kamandar Nəsibovun "Atanızın verdiyi 3 milyon manat pulun mənbəyi barədə nə deyə bilərsiniz?" sualı səslənən kimi dövlət ittihamçıları və zərərçəkmişin vəkili yerbəyerdən etirazlarını bildirdilər və sualın çıxarılmasını istədilər. "Niyə? Oğludur, bəlkə bilir ki, başqa mənbələrdən gəlib pul?" – vəkil sualını əsaslandırdı. Hakim Elbəy Allahverdiyev sualın çıxarılmasını bildirdi və şahidə vəkil tərəfə baxmamağı, yalnız məhkəmə heyətinə tərəf baxmağı tapşırdı.

"Nə problem varsa, məhkəmə kollegiyası bu sualdan yaman qaçır", - vəkil Sadiq Rəsulovun replikası diqqətdən qaçmadı.

Şahid Əli Əhmədov bildirdi ki, zərərçəkmiş Tağı Əhmədovun qardaşı oğludur. Onun sözlərinə görə, zərərçəkmişin iddia etdiyi kimi, Akif Çovdarova 3 milyon manat pulun verildiyi gün OİK-in yaxınlığında təqsirləndirilən şəxslə görüşə əmisi oğlu Ruslan Əhmədovla birlikdə gedib. Əli Əhmədov özündən əvvəlki şahidin sözlərini, demək olar ki, təkrar etdi.

Qapalı iclasda söhbət nədən getdi?

Bundan sonra qapalı iclas rejimində ləğv edilmiş MTN əməkdaşı Tural Rzayev şahid qismində ifadə verdi.

Tural Rzayev qeyd etdi ki, həmin dövrdə Bakı Metropoliteni bilavasitə onun kurasiyasında olsa da, "Koroğlu" stansiyası ətrafında baş verənlərlə bağlı əməliyyatdan nazirliyin rəhbərliyinin göstərişi ilə uzaqlaşdırılıb. Onun sözlərinə görə, buna səbəb MTN əməkdaşının metro rəhbərliyi ilə yaxın münasibətləri olub.

Şahid təqsirləndirilən Orxan Osmanovun sualına cavab verərək təsdiqləyib ki, vaxtilə "Bakı Metropoliteni"ndə istifadə edilmək üçün Rusiyadan gətirilən avadanlıqların gömrükdən gizli yollarla keçirilməsi ilə bağlı əməliyyat olub və həmin avadanlıəqlar sərhəddə saxlanılaraq sənədləşdirilib.

Təqsirləndirilən Orxan Osmanov daha bir sualla şahidə müraciət edib: "Xatırlayırsınızsa, metropolitenə yeni rəhbərlik təyin edildikdən sonra keçmiş rəhbərlik Moskva Metropoliteninin rəhbərliyinə zəng edərək, Bakıdan sifariş olunan avadanlıqların verilməməsini xahiş etmişdi. Bunu təsdiqləyirsiniz?" Şahid bu suala "Bəli" cavabını verib.

Şahid Tağı Əhmədovun iddialarını təkzib etdi

Şahid Rəsul Rəsulov bildirdi ki, baxılan epizodda bəhs olunan hadisələrin cərəyan etdiyi vaxt MTN-də işləyib. Dövlət ittihamçısının sualına cavab verən Rəsul Rəsulov qeyd edib ki, Tağı Əhmədov ona SMS yazsa da, bunu ciddi qəbul etməyib və bildirib ki, bu məsələnin ona aidiyyatı yoxdur. Daha sonra şahid Tağı Əhmədov tərəfindən 3 milyon manatın Akif Çovdarova verilməsi epizodunun da ona heç bir aidiyyatının olmamasını vurğulayıb.

Vəkillərin suallarını cavablandırarkən R.Rəsulov metropolitendə keçirilmiş əməliyyatda şəxsən iştirak etmədiyini deyib.

Bundan sonra vəkil Kamandar Nəsibovla şahid Rəsul Rəsulov arasında dialoq baş tutub.

3 milyon manatını geri istəyən Tağı Əhmədov məhkəmədə GİZLİNLƏRİN ÜSTÜNÜ AÇDI - FOTOLARVəkil Kamandar Nəsibov

Vəkil: Tağı Əhmədov iddia edir ki, siz ona zəng edərək, Akif Çovdarovun 3 milyon manat gətirilməsini tələb etdiyini, əks halda, oğlunun başına torba keçirərək MTN-ə aparılacağını demisiniz. Siz Tağı Əhmədova belə bir söz demisiniz?

Şahid: Xeyr.

Vəkil: Ümumiyyətlə, həmin vaxt Tağı Əhmədovla bağlı nə baş verirdi?

Şahid: Narahatlığı vardı. Bu da yəqin ki, həmin vaxt aparılan tədbirlə bağlı idi. Başqa elə bir şey hiss etmədim.

Vəkil: Həmin narahatlığın mənimsənilmiş pullarla bağlı olması ehtimalı var idi?

Şahid: Mən məsələnin daxilini bilmirəm, amma tədbir aparılırdı.

Vəkil: İddia olunur ki, pulun verilməsi də sizin bilavasitə iştirakınızla baş verib.

Şahid: Xeyr, elə şey olmayıb.

Rüfət Bağırov: "İstintaqa verdiyim ifadə təhrif edilib"

Şahid Rüfət Bağırov ifadəsində bildirdi ki, istintaqa verdiyi ifadəni təsdiq etmir və orada onun sözlərinin bəziləri təhrif edilib. Şahid hadisələrin baş verdiyi vaxt MTN-də əməliyyat müvəkkili vəzifəsində çalışdığını sözlərinə əlavə edib.

"Nazirliyə iki vətəndaş gəlmişdi, onlarla oturmuşdum. Sonradan onları yuxarı qaldırdım və naharda yenə onlarla birlikdə gözləmə zalında oturdum. İstintaqda məndən döyülmə ilə bağlı soruşuldu. Qeyd etdim ki, mənim yanımda belə bir şey baş verməyib və ümumiyyətlə, praktikamda belə halla üzləşməmişəm", - şahid bildirib.

Təqsirləndirilən Orxan Osmanovun vəkili Elxan Quliyev çıxış edərək bildirdi ki, şahidin istintaqa verdiyi ifadələrin təhrif edilməsi nəticəsində onun müdafiə etdiyi şəxsə ağır ittihamlar irəli sürülüb. Onun prokurorluq orqanlarına dəfələrlə müraciətinə baxmayaraq, müdafiə etdiyi Orxan Osmanovla zərərçəkmişlərin və şahid Rüfət Bağırovun üzləşdirilməsi aparılmayıb. Bu səbəbdən də, vəkil sözügedən zərərçəkmişlərin və Rüfət Bağırovun məhkəməyə bir daha çağırılmasını və burada çarpaz dindirilmə yolu ilə ifadələrin dəqiqləşdirilməsini məhkəmə heyətindən istədi.

Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov növbəti məhkəmə iclasının iyulun 3-də keçiriləcəyini elan etdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1750   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 134
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 165
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 138
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 462
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 395
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 386
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 124
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 202
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 128