İdarəçilik forması dəyişən universitetlərdə təhsil haqqı artacaqmı?

İdarəçilik forması dəyişən universitetlərdə təhsil haqqı artacaqmı?Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə publik hüquqi şəxs status verildi. Sərəncama əsasən, hər iki təhsil müəssisəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Bununla da, universitetlər müstəqil idarəçilik sisteminə keçəcək.

BiG.AZ-ın virtualaz.org-a istinadən xəbərinə görə, publik hüquqi şəxs sistemi Azərbaycan təhsilində yenidir.

Ali təhsil müəssisələri indiyədək sovetlər dönəmindən qalan idarəçilik prinsipi ilə idarə olunub. Universitetlərin gəlirləri dövlət büdcəsindən ayrılan vəsait və tələbələrin təhsil haqqından formalaşıb. Publik hüquqi şəxs sisteminə keçiddən sonra dövlət büdcəsindən maliyyələşmə dayandırılacaq. Qeyd edək ki, ötən il Tələbə Qəbulu Dövlət Komissiyasının əvəzində publik hüquqi şəxs statuslu Dövlət İmtahan Mərkəzi (DİM) yaradıldı. DİM-in idarəetmə sistemində yeniliklər dövlət imtahanlarının ödənişli sistemə keçməsi ilə başladı. İndi maraq doğurur, universitetlərin publik hüquqi şəxsə çevrilməsi nəyi dəyişəcək? Təhsil haqları artacaqmı? Tələbə qəbulu planında dəyişiklik olacaqmı?

Təhsil Nazirliyi təhsil haqlarının artması və tələbə qəbul planının azalacağı ilə bağlı yaranmış narahatlığa əsas görmür. Amma nazirlik olacaq dəyişikliklə bağlı ictimaiyyətə açıqlama verməyə tələsmir.
"Yaxın günlərdə açıqlama veriləcək. Tələbə qəbulu planında dəyişiklik olacağını güman etmirik", - nazirlikdən virtualaz.org saytının sorğusuna verilən cavabda deyilir.

Universitetlərdən də idarəçilik və xidmət sistemində hansı dəyişikliklər olacağını söyləməkdə çətinlik çəkiblər.

Təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, hazırda fəaliyyət göstərən 54 dövlət universiteti büdcədən maliyyələşir, həm də idarəçilik baxımından asılı vəziyyətdədir. "Universitetlər maliyyələşmə mexanizminin tətbiqi üçün tabe olduqları orqana sorğu göndərir, yəni müstəqil qərar verə bilmirlər. Publik hüquqi şəxs olduqda isə idarəetmə sistemi dəyişəcək, xərclərə nəzarət edə biləcəklər. Universitetlərin publik hüquqi şəxsə çevrilməsi idarəetmədən tutmuş, maliyyələşməyə qədər müsbət dəyişikliklərə səbəb olacaq", - K.Əsədov açıqlamasında söyləyib.

Universitetlər qrant müqavilələrində iştirak edə biləcək, hansısa beynəlxalq qurumla əməkdaşlıq üçün yuxarı qurumlardan razılıq gözləməyəcəklər. "Universitetlərin təhsil haqlarından əlavə digər gəlirləri də olacaq. Yəni əlavə gəlir sahələri yarada biləcəklər. "Təhsil haqqında" qanunun 22-ci maddəsində edilən dəyişikliklərə əsasən, hazırlıq qrupları yaradılacaq, qruplardan gələn gəlirləri öz ehtiyaclarına ödəyə biləcəklər. Tərcümə xidmətləri göstərə biləcəklər, jurnallar nəşr edəcəklər", - ekspert əlavə edib.

K.Əsədovun sözlərinə görə, dünya reytinq sıralamasında yüksək yerləri tutan universitetlərin heç biri dövlət büdcəsindən maliyyələşmir:

"Publik hüquqi şəxs statusu qəbul planına və təhsil haqlarına təsir edə bilər. "Təhsil haqqında" qanuna edilən dəyişiklik də buna əsas verir. Qanunda göstərilir ki, artıq ali məktəblərə qəbul planını universitetlər özləri müəyyən edə biləcəklər. Hətta təhsil formalarını da özləri müəyyənləşdirəcəklər".

Ekspert inanır ki, universitetlər artıq maliyyə əldə etmək üçün keyfiyyətli təhsil verməyə çalışacaqlar. "Dövlət müəssisələrindən fərqli olaraq, publik hüquqi şəxslər göstərdiyi xidmətlərə və əldə etdiyi gəlirlərə görə hesabat verməlidir. Şəffaflıq təmin edildiyindən, təhsil haqlarının ciddi artacağını güman etmirəm", - ekspert qeyd edib.

Publik hüquqi şəxs dövlətin siyasətini həyata keçirən qurumdur. Mövcud qanunvericiliyə görə, dövlət heç bir halda kommersiya fəaliyyəti göstərə, gəlir əldə edə bilməz. Lakin publik hüquqi şəxs həm dövlət büdcəsindən asılı olmayan qurumdur, həm də birbaşa dövlətin siyasətini həyata keçirən qurumdur.

K.Əsədov hesab edir ki, gələcəkdə digər universitetlərin də, publik hüquqi şəxsə çevrilməsi gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 911   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 420
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

20:30 10
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

17:29 180
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 325
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

15:49 119
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

17:32 110
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 333
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

12:14 83
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 747