Azərbaycan Qarabağ münaqişəsinin həllini Rusiya ilə münasibətlərdə axtarmalıdır - AÇIQLAMA

Azərbaycan Qarabağ münaqişəsinin həllini Rusiya ilə münasibətlərdə axtarmalıdır - AÇIQLAMATorpaqlarımızın azad edilməsində qarşımızı kəsən faktorun adı nədir?

Bu sual ətrafında BiG.AZ-a danışan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Siyasi Bürosunun üzvü, partiyanın ideoloji katibi Elşən Manafov Azərbaycanın qarşısında ciddi güclərin olduğunu, Azərbaycanın doğru zamanı gözləməli olduğunu bildirdi:

"Qarabağ münaqişəsinin bu şəkildə saxlanılması tərəflərə sərf edir. Keçən ilin aprel hadisələrində biz demokratiya davası aparan qərbin dəstəyini də görmədik. Hərçənd ki, Gürcüstanın, Ukraynanın, Moldovanın ərazi suverenliyi ilə bağlı bəlli münasibət sərgiləyirlər. Trampın hakimiyyətə gəlməsindən sonra tərəflər arasında münaqişə daha kəskin mərhələyə qədəm qoyub. Hesab edirəm ki, Trampın Rusiya ilə münasibətlərinin kəskinləşməsi Azərbaycanın Qarabağda manevr etmə imkanlarını artıracaq. Hətta Birləşmiş Ştatlar, ATƏT-in Minsk qrupu, Avropa Birliyi Azərbaycanın öz ərazilərində anti-terror əməliyyatları keçirtməsi hüququnu belə dolayısı ilə tanımırlar. BMT-nin qəbul etdiyi qətnamə yerinə yetirilmir. Bu da münaqişənin sülh yolu ilə həllini gündəmə gətirir".

Elşən Manafov Azərbaycanın müttəfiqi olan Türkiyənin də yürütdüyü siyasətin Qarabağ münaqişəsinə birbaşa təsiri olduğunu bildirib:

"Biz Qarabağ münaqişəsinin həlli üçün Türkiyənin də mövcud vəziyyətdə yürütdüyü siyasətini də diqqətdə saxlamalıyıq. Türkiyə Rusiya münasibətlərində son dönəmlər yaxınlıq müşahidə edilir. Bu bir növ "Düşmənimin düşməni mənim dostumdur" prinsipi daşısa da biz bu münasibətləri diqqətdə saxlamalıyıq. Güc dövlətlərinin Qarabağ məsələsində bizə tərəf çıxmaması və bizə qarşı loyal münasibət göstərməsi o demək deyil ki, Azərbaycanın yürütdüyü siyasətdə yalnışlıq var, xeyr. Bu birbaşa olaraq xristiyan həmrəyliyi, xristiyan təəssübkeşliyi faktorudur. Bunun bariz nümunəsi kimi biz Türkiyənin Avropa birliyinə qbul edilməməsini göstərə bilərik. Aşkar şəkildə xristiyan həmrəyliyi özünü göstərir. Avropa birliyinə daxil olmaq üçün Türkiyə bütün tələblərə cavab versə belə qəbul edilmir".

Həmçinin Elşən Manafov Ermənistanın Qarabağ münaqişəsində Ermənistan faktorunun olmadığını, Azərbaycanın münaqişənin həllini birbaşa olaraq Rusiya ilə münasibətlərdə axtarmalı olduğunu qeyd edib: "Bütün faktorları nəzərə alaraq biz balanslaşdırılmış siyasət yürüdürük. Zaman demək olar ki, bizim xeyirimizə işləyir. Azərbaycan bu müddətdə iqtisadi-siyasi islahatlar edə bilər, ordusunu daha da gücləndirə bilər. Həmçinin Rusiya ilə qarşılıqlı iqtisadi-siyasi əlaqələrin gücləndirilməsi Qarabağ münaqişəsinin həllinə müsbət təkan verə bilər. Çünki artıq Avropa ölkələri də Rusiyanın ölkədə güc dövləti olması ilə barışır, onu qəbul edirlər. Ermənistan faktoru Qarabağ münaqişəsində demək olar ki, rol oynamır".

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2200   Tarix: 22 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

10:12 258
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

16:43 264
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

14:31 401
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

11:58 98
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

13:55 285
.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 1118
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1714
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

22:15 1
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

21:15 0