Bakıda SOYĞUN: 7 evi taladılar - VİDEO

Bakıda SOYĞUN: 7 evi taladılar - VİDEOSabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Bakıxanov qəsəbəsində 7 fərdi yaşayış evində törədilən oğurluq cinayətinin üstü açılıb.

BiG.AZ ARB-yə istinadən xəbər verir ki, Astara rayon sakini əvvəllər məhkum olunmuş Amir Nəsirov, Cəlilabad rayon sakini Rəsayil Bəşirov, paytaxt sakinləri Qafur Quliyev və Elmar Nəzərov saxlanılıblar.

Dəstə üzvləri oğurluq etdikləri mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları götürüblər.

Amir Nəsirov – Saxlanılan şəxs: "Hərə bir tərəfə baxırdı. Kameranı qırıb, girirdik içəri. 4-5 dənəsində mən olmamışam içəridə, amma 2-3-ündə olmuşam. Evlərdən 500 manat çıxan olub, 700 çıxan olub, 1500 manat çıxan olub".

Rəsayil Bəşirov – Saxlanılan şəxs: "Amir, mən, Elmar bir də Qafur olurdu. "Şoççik"i söndürürdük, sonra yenidən yandırıb evə girirdik. "Reşotka"sı olan evin "reşotka"sını qırırdıq, pəncərədən girirdik içəri, pul ilə, qızıl zinət əşyası götürürdük. Bakıda 7 dənə girdiyimiz ev olub".

Sonuncu dəfə isə saxlanılan şəxslər Bakıxanov qəsəbəsindəki evlərdən birindən içərisində 1200 avro və 200 ABŞ dolları olan seyf və ümumi dəyəri 40000 (qırx min ) manat olan qızıl-zinət əşyaları oğurlayıblar. Onlar oğurluq yolla əldə etdikləri zinət əşyalarını paytaxtda yerləşən müxtəlif qızıl qəbulu məntəqələrinə satandan sonra əldə etdikləri pulu aralarında bölüblər.

Rəsayil Bəşirov – Saxlanılan şəxs: "Seyfi tapmışam, qızılı da tapmışıq. Amir Qafura zəng elədi ki, seyf tapmışıq. Qafur dedi ki, gətirin seximin yanına sökək. Aparmışıq işlədiyi yerin yanına, orada lomla onu söküb pul çıxarmışıq içindən".

Faktla bağlı araşdırmalar davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1141   Tarix: 21 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

12:03 287
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

20:40 0
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

19:45 141
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

13:10 239
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

20:50 0
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

12:27 532
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

15:43 209
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

20:30 12
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

15:10 356