Xəzər dənizindən yeyilən milyonlar və büdcədən gizlədilən pullar – Qüdrət Qurbanovun GİZLİ DOSYESİ

Xəzər dənizindən yeyilən milyonlar və büdcədən gizlədilən pullar – Qüdrət Qurbanovun GİZLİ DOSYESİBu günümüzə qədər Azərbaycanda bir çox məmurların biznes şəbəkələri ilə bağlı mətbuatda ciddi informasiyalar yayımlanıb.

Bu məmurlar arasında "Bakı Lift İdarəsi" kimi gözə görünməyən, amma araşdırıldığı zaman ciddi qanun pozuntularının ortaya çıxdığı idarələri misal kimi göstərmək olar. Öz qızının 400 minlik toyu ilə gündəmə gələn sözügedən idarənin rəhbəri Qüdrət Şükürovun ailə biznesi və sərvəti bir anın içərisində mətbuatda faş edilərək hər kəsin təəccübünə səbəb oldu. Sən demə, bu kiçik idarənin içərisində milyonluq maxinasiyalar, dövlət əmlakının mənimsənilməsinə aid yüzlərlə fakt var imiş. Ancaq araşdırmalar göstərir ki, bu hadisələrdən öncə Qüdrət Şükürov barəsində müxtəlif mətbuat orqanlarında mədhiyyələr, təriflər yazılıb. Onun öz işinin peşəkarı olduğu və əvəzolunmaz bir məmur olduğu qeyd edilib. Zaman kiçik bir hadisə ilə hər şeyi ortaya çıxartdı.

Araşdırma son günlər mətbuatda adı daha çox mədhiyyələrlə keçən məmurlardan biri də Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəhbəri Qüdrət Qurbanovla bağlıdır. Apardığımız araşdırma zamanı müxtəlif agentliklərdə və saytlarda Qüdrət Qurbanovun qurumun "əvəzolunmaz kapitanı" kimi təqdim edilməsi haqqında kifayət qədər məlumat gözə dəydi. Bu nümunə keçmiş SSRİ-dəki kimi "şəxsiyyəti təriflə və öz ranqını hakimiyyətdə qoru" prinsipini yadımıza salır.

Xəzər dənizindən yeyilən milyonlar və büdcədən gizlədilən pullar – Qüdrət Qurbanovun GİZLİ DOSYESİAdministrasiya daxilindəki mənbənin sözlərinə görə, bir ara mətbuatda milyonluq yeyintiləri və biznes şəbəkəsi haqqında yayılan xəbərlərdən narahat olan Qüdrət Qurbanov "qırmızı düymə"yə basmaq qərarına gəlib. O, stiuasiyadan çıxmaq üçün mətbuatda söz sahibi şəxslərə öz media işlərini həvalə edərək haqqında mədhiyyələr yazdırmağa başlayıb.

Buna səbəb həm də Xəzər Dəniz Gəmiçiliyin keçmiş rəhəbəri Aydın Bəşirovun milyonluq yeyintiləri və bu yeyintilərin davamlı şəkildə mətbuatda işıqlandırılmasından sonra "vurulması"ndan doğan qorxu olub. Sonuncu ilə eyni taleyi gələcəkdə bölüşmək istəməyən Q.Qurbanov medianın imkanlarından yararlanmağa üstünlük verib. Bu iş üçün həm də administrasiyanın "ardda.gov.az" saytının imkanları artırılıb və burada "şəffavlığın imitasiyası" yaradılıb.

Belə ki, saytda yerləşdirilən gəmilərin təmiri və bu təmirlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin heç biri haqqında bircə məlumat belə yoxdur. Saytın manşetində yalnız gəmilərin adları və alındığı zavodların adları qeyd edilib. Gəmilərin təchizatının yenilənməsi və bu istiqamətdə xərclənən vəsaitlərin hansı kriteriyalara görə verilməsi ilə bağlı izə rast gəlmək mümkünsüzdür.

Bundan başqa administrasiyanın əsas gəlir mənbələrindən biri hesab olunan sertifikatların verilməsi haqqında bölmədə sertifikat verilən gəmi agentlikləri ilə bağlı məlumatlar qeyd olunsa da, sertifikatı ləğv edilmiş gəmi agentliklərinin adı yoxdur. Hansı səbəbdən bu məlumatların gizlədilməsi cavabsız qalan suallardan biridir.
Xəzər dənizindən yeyilən milyonlar və büdcədən gizlədilən pullar – Qüdrət Qurbanovun GİZLİ DOSYESİAdministrasiyanın əsas xərclərindən birini təşkil edən yanacaq təchizatı ilə bağlı da məlumatlarda kasadlıq gözə dəyir. Saytda yalnız podrartçı iki şirkət "Azpetrol. LTD" MMC və "Monolit-D LTD" MMC-nin adı qeyd olunub. Bu şirkətlərdən hansı səbəbə yanacağın alınması və ümumilikdə il ərzində administrasiyanın nə qədər yanacaq təchizatına xərc çəkməsi ilə bağlı məlumatlara rast gəlmək mümkün deyil.

Araşdırma nəticəsində yuxarıda qeyd etdiyimiz kimi, saytda başdan-ayağa "şəffavlığın imitasiyası"nı görmək mümkündür. Burada əldə tutula biləcək və informasiya şəffavlığını təmin edəcək önəmli heç bir məlumat yoxdur.

Qüdrət Qurbanovun administrasiyadakı fəaliyyətinin görünən və görünməyən tərəfləri ilə Hesablama Palatası məşğul olsun, biz keçək araşdırmamızın cavabsız qalan suallarına.

Post-neft dövrününbaşlanması ilə bağlı dövlət başçısının çıxışlarından sonra dövlətin öz əlavə yüklərindən azad olması və yeni gəlir mənbələri üçün "start" düyməsinə basması ARDDA-dan görünür hələki yan keçir. Maraqlıdır, hava və quru nəqliyyat növləri kimi su nəqliyyatının da dünyada əsas gəlir gətirən sahə olduğunu nəzərə alsaq niyə Azərbaycanda bu sahə hələ də inkişafdan qalıb və qısırlaşdırılıb? Və ya büdcəyə əsas gəlir gətirə biləcək dəniz ticarəti haqqında biz niyə ciddi uğurlardan danışa bilmirik? Niyə Azərbaycanda hansısa bir xarici investor bu sahəyə yatırım ayırmaq istəmir? Baxmayaraq ki, burada Xəzər dənizi kimi üstü də, altı da qızıl olan böyük bir sərvətdən danışılır.

Bütün bu suallar post-neft dönəmində Qüdrət Qurbanova veriləcək əsas suallar siyahısındadır.
Xəzər dənizindən yeyilən milyonlar və büdcədən gizlədilən pullar – Qüdrət Qurbanovun GİZLİ DOSYESİmənbə: azxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2004   Tarix: 21 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304