SOS! İtkin neftçinin həyat yoldaşının problemləri ÜRƏK DAĞLADI

SOS! İtkin neftçinin həyat yoldaşının problemləri ÜRƏK DAĞLADIBiG.AZ ənənəvi "SOSium" adlı rubrika ilə oxucuların dadına yetməyə çalışır.

Bir sözlə, "SOS" – deyib, imdad istəyən hər kəs BiG.AZ vasitəsilə problemini həll etmiş olur.

Öncə qeyd edək ki, bu kimi məsələlərlə bağlı [email protected] ünvanına yaza və ya (077) 712 56 66 nömrəsinə zəng vura bilərsiniz.

Bu dəfə problemi ilə BiG.AZ-a müraciət edən 2015-ci ilin dekabr ayında itkin düşmüş neftçinin ailəsidir.

İtkin neftçinin ailəsində çətin anlar yaşanır. Oğlunun doğum günündə itkin düşən Elşad Rəsulovun həyat yoldaşı bəzi məqamlara aydınlıq gətirib.

Bu barədə BiG.AZ saytına danışan Vüsalə Rəsulova onu bir nəfər qadının incitdiyini, bank işçilərinin hər gün onun evinə gəldiyini bildirib:

"Yoldaşım sağ ikən bir ailəvi münasibətimiz olan şəxs vardı. Ailəvi gediş-gəlişimiz vardı. Hətta ona güvənirdik deyə, bir neçə bankdan onun kredit götürməsi üçün zamin də durmuşduq. Sonra başımıza bu hadisə gəldi, yoldaşım oğlumun doğum günündə itkin düşdü. Bu ailə dostumuz artıq düşmənə çevrildi. Mən bir müddət sonra maraqlandım ki, sən demə bu ailə dostu sandığımız adamın anası həbsdə olub. Mən onlara nə qədər dedim ki, banka olan kreditlərinizi verin, amma yoldaşım itkin düşəndən sonra üstümüzə hücum etdilər. Mənə o qadın dedi ki, sizə dövlət o qədər kompensasiya verib, o puldan verin. İndi də banklar zamin olduğum üçün hər gün evimə gəlirlər. Çıxılmaz vəziyyətə düşmüşəm. Zəng gələndə artıq qorxuram ki, ya banklardır, ya da həmin qadın".

Vüsalə Rəsulova oğlunun bu il qəbul imitahanı verdiyini də açıqlayıb:

"Oğlum da hazırda imtahan ərəfəsindədir. Qəbul imtahanı verir. Qızım da oxuyur, dövlət qızımın təhsilhaqqını ödəyir. Amma çox nigaranam. Oğlum universitetə qəbul olunsa, onun ödənişini verə bilməyəcəyəm. Yoldaşı itkin düşən başqa ailələrlə də danışıram, onların da ancaq bir övladlarının təhsil haqqı ödənilir. Oğlum da qəbul olunsa, onun təhsil haqqını necə ödəyəcəyəm, bilmirəm".

İtkin düşən yoldaşı Elşad Rəsulov yenə onun yuxularına girir, ailəsindən nigarandır deyir:

"Elşad yenə yuxularıma girir. Hər dəfə o yuxuma girəndə nə isə bir qəribə hadisə baş verir. Elə bil bizi duyur, sanki başımıza nə gələcəyini qabaqcadan biliri. O gün də oğlum birinci qrupa qəbul imtahanı verdi. O, imtahana girməmişdən qabaq yuxuma girmişdi. Dedi ki, Vüsalə, tələsdirmə uşağı. Hər şey yaxşı olacaq. Elə oldu ki, birinci qrupa qəbul oluna bilmədi. İndi də beşinci qrupa imtahan verməyə hazırlaşır. Necə olacaq heç bilmirəm, yoldaşımın itkin düşməyi bizi çox üzdü".

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı itkin düşən ailələrin övladlarının təhsil haqqının ödənilməsi ilə bağlı yaşanan problemlərdən danışıb. O, sırf bu məsələ ilə bağlı hələ ki, təşkilata müraciət daxil olmadığını, daxil olacağı təqdirdə isə problemin həlli istiqamətində işlər görüləcəyini bildirib:

"Daxili əsasnaməyə əsasən neft şirkəti itkin düşənlərin və həlak olanların ailəsini himayəyə götürüb. Ailə üzvlərindən bir nəfər işlə təmin edilir, krediti olanların borcları bağlanılır, birdəfəlik kompensasiyalar ödənilir. Övladlarının təhsil haqqı məsələsi ilə bağlı hələ ki bizə şikayət daxil olmayıb. Bu barədə ən birinci neft şirkətinin özünə müaciət edilməli, oradan gələn cavab əsasında isə bizə müraciət edilməlidir ki, biz onların hüquqlarını qoruya bilək. Çox yaxşı olardı ki, həmin problemlə üzləşən ailələr neft şirkətinə müraciət ünvanlasınlar. Oradan gələn cavabla bir yerdə bizə ərizə ilə müraciət etsinlər. Bizim müdaxiləmizlə yaşanan problemlər tez bir müddətdə həllini tapa bilər".

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4134   Tarix: 21 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988