İstirahət mərkəzlərindəki QİYMƏTLƏR ARTDI - SİYAHI

İstirahət mərkəzlərindəki QİYMƏTLƏR ARTDI - SİYAHIArtıq bir neçə ildir ki, yerli turizmdə xeyli canlanma müşahidə olunur. İş yorğunluğu və şəhərin səs –küyündən qaçmaq istəyən paytaxt sakinləri istirahət günlərində ölkənin müxtəlif bölgələrinə səfərlər planlaşdırır. Bunun ölkə turizminin inkişafında müsbət tərəfləri olsa da, görünən odur ki, təsiri qiymətlərdən yan keçmir. Belə ki, bir-iki il əvvəlki otel qiymətlərinə nəzər saldıqda aradakı fərqi açıq şəkildə görmək olar.

Otel və istirahət mərkəzlərinin ötən illərdə və bu il təklif etdiyi qiymətlərə nəzər saldıq. Kənd evlərində qiymətlər uyğun olsa da, otellərin təklif etdiyi rəqəmlər xeyli yüksəlib.

Xızıda yerləşən Altıağac "Cənnət Bağı" istirahət mərkəzində ötən il 2 nəfər üçün səhər yeməyi daxil 1 otaqlı nömrələr 55-80 AZN-ə, 2 otaqlı nömrələri isə 100 AZN-ə tapmaq olurdusa, hazırda ən aşağı qiymət 80 manatdan başlayır. Lyuks otaqların qiyməti isə 170-240 AZN arasında dəyişir.

Analoji hal Qubada yerləşən "Bərpa SPA Mərkəzi"ndə də müşahidə olunur. Artıq 2 nəfərlik 1 otaqların qiyməti 60 yox, 80 AZN-dən başlayır.
Booking.com-da reputasiyası güclü otellərimizdən biri olan "El Resort" Qaxda fəaliyyət göstərir. Artıq otel 2 nəfərlik 1 otaq qiymətini 158 manata təklif edir. Ötən illərdə isə bu qiymət 90-110 manat arasında dəyişirdi.

Nabranda "Ober-lux" istirahət və əyləncə mərkəzində əvvəl 3 dəfə yemək daxil 1 gecəlik xidmətdən 55 AZN-ə yararlanmaq olurdusa, hazırda həmin məbləğə yalnız səhər yeməyi daxil edilir.

Hazırda ən çox üz tutulan otellərdən biri Qafqaz Tufandag Mountain Resort otelinə 24 saat ərzində 39 rezervasiya olunub. Onun nəticəsidir ki, yay ayları üçün Qəbələdə fəaliyyət göstərən bir çox oteldə yer tapmaq qeyri-mümkündür. Boş otaqlar üçün qiymətlər 120-160 manat arasında dəyişir.

Bundan başqa, şəhərdə 300- 450 manat arasındakı qiymətlərə bir gecəlik villalar da təklif olunur.

Müxtəlif bölgələrdə bir gecəlik qiymətlər isə bu cür dəyişir:

Naftalan sanatoriyası: 30 manat
Şəki Cənnət bağı: 50 manat
Quba istirahət mərkəzi: 20-40 manat

Şəki-Qax kəndlərində ev kirayələyən zaman adambaşına düşən məbləğ: 10-15 manat
İsmayıllı rayonunun müxtəlif kəndlərində 5-10 nəfərlik evlər verilir ki, qiymət 60-100 manat arası dəyişir. Lahıc qəsəbəsində isə ailələrin qala biləcəyi evlər 30-40 manat arasında dəyişir.
Altıağacda günlük qiyməti 25 manata 5 nəfərlik həyət evləri təklif edilir. Bu zaman adambaşına düşən məbləğ cəmi 5 manat olur.

mənbə: qafqazinfo


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2794   Tarix: 21 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428