"Dövlət qulluqçuları yenidən imtahan verəcək" - Məleykə Abbaszadə

"Dövlət qulluqçuları yenidən imtahan verəcək" - Məleykə Abbaszadə
“Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bəzi məqamlara aydınlıq gətirib.

BiG.AZ xəbər verir ki, çıxışı zamanı Məleykə Abbaszadə Dövlət qulluğunda işləyən şəxs hər 5 ildən bir attestasiya imtahanı verəcəyini açıqlayıb:

"Dövlət qulluğunda işləyən şəxs hər 5 ildən bir attestasiya imtahanı verəcək. Əgər şəxs həmin vəzifəyə yenidən təsdiqlənmək üçün imtahan verə bilməsə, bu barədə onun işlədiyi təşkilata məlumat veriləcək. Şəxs sertifikat aldığı vəzifədən daha yüksək vəzifə üzrə işləmək istəyirsə, onda belə şəxslər mütləq yenidən imtahan verərək müsahibə mərhələsindən də keçməlidir. Vakant yer yaranıbsa, mütləq elan olunmalıdır.

“Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir” fikri doğru deyil. Vakansiyaların elan olunması icra orqanlarının rəhbərlərinin ixtiyarındadır”.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1405 Tarix: 19.06.2017


Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər