Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ

Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, iyunun 20-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında səhər bəzi dağlıq rayonlarda, axşam isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, iyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 23-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2834 Tarix: 20.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fermer
Fermer 20.06.2017
Gozellldi Wukur


 
tansu
tansu 19.06.2017
Yag eyy yagış...
Bos niki qara lenet kimi olacam bundan sonra.sen ölesen bütün sözlerivin cavabın vereceysen!!!ŞEREFSİZ

 
Fuan
Fuan 19.06.2017
Yagsin,ozu ile bu defe her sheyi yuyub,aparsin...


 
Cesika
Cesika 19.06.2017
Allahin isidi ne demek olar her gunune min Wukur
Biz boyuk xeyallari olan kicik insanlariq

 
Uzunsacliqiz
Uzunsacliqiz 19.06.2017
Gözümüz aydın