Azərbaycanlılar üçün darıxan ermənilərdən İNANILMAZ SÖZLƏR - İrəvandan REPORTAJ

Azərbaycanlılar üçün darıxan ermənilərdən İNANILMAZ SÖZLƏR - İrəvandan REPORTAJ

Rusiyanın “Şimal həqiqəti” (Pravda Severa) qəzetinin əməkdaşı Aleksey Morozov Ermənistana səfər edərək, bu ölkədən reportaj hazırlayıb.

Reportajda diqqət çəkən məqam ermənilərin Dağlıq Qarabağ münaqişəsindən yorulduqları və azərbaycanlılarla keçmişdə olan yaxşı münasibətlər üçün darıxdığı haqda dedikləridir.

A.Morozovu Gümrüdən İrəvana aparan Vano adlı qoca erməni yoxsulluqdan şikayətlənir.

“Biz yoxsul yaşayırıq, iş yoxdur, əhalinin çoxu çörək dalınca Rusiyaya gedir. Bütün günah Dağlıq Qarabağ münaqişəsindədir. Bu münaqişəyə çoxlu pul gedir və bizim uşaqlarımız müharibədə məhv olurlar. Mən SSRİ vaxtı hərbi xidməti Azərbaycanda keçmişəm. Onlar çox qonaqpərvər və sevimlidirlər. Bizə daim süfrələrini açıblar. Bizim keçmişdə çox yaxşı münasibətlərimiz var idi. Kim bilərdi ki, belə olacaq”, - deyə o, Qarabağın işğalından sonra başlanan hərbi qarşıdurmadan təəssüflənir.

Müəllif Ermənistanda əhalinin acınacaqlı vəziyyətdə yaşadığını yazır.

Onun sözlərinə görə, İrəvanın bəzi küçələri müasir və rəngarəng görünür, lakin şəhər ətrafına, eləcə də respublikanın digər bölgələrinə getdikcə boz və yoxsul həyat qarşımıza çıxır: “Sevan (Göyçə) gölünə baş çəkəndən sonra sürücü məni kiçik bir şəhərciyə gətirdi. Yol boyu cır-cındır geyimli insanlar, xəfif küləyin təsirindən uçacaq qədər tör-töküntü olan daxmalar, acınacaqlı həyat qarşımıza çıxdı. Xalq şikayət edir və keçmişi xatırlayırlar. Onlar SSRİ-də yaşadıqları gözəl günlərə qayıtmaq istəyirlər və qəti şəkildə müharibənin əleyhinədirlər”.

A.Morozov qeyd edir ki, Ermənistanda kişilər ailələrini saxlamaq üçün hər cür işə əl atırlar.

“Taksi sürücüsü, ayaqqabı təmizləmək, pinəçi və s. Ailədə yaşamaq üçün qadınlar da işləməyə məcburdur. Burada kazinolar, restoranlar, klublar da var. Lakin oraya yalnız varlılar gedir, onların da sayı çox azdır. Hər kəs varlıları adı ilə tanıyır”, - deyə o vurğulayıb.

mənbə: publika.az
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1751 Tarix: 19.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Aaazeri
Aaazeri 20.06.2017
Alcaqlardan ele yazmisiz az qaldix elimize yayliq alib agliyaq. Mezmuna bax Azerbaycan ye;vropiski yawiyir, ermeni alacaqlarida dilenir nc nc. Eww el cekinde girenniynizden bawqa uydurma xeberniz yoxduki atardiz internete


 
Aida_ali
Aida_ali 19.06.2017
Onlar Azerbaycanla mehribanciligi ve xos guzerani yalniz yuxuda gore bilerler.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər