"Gəlin bizə, sizə sürprizim var dedi", evdən meyitini tapdılar - Ülvinin DƏHŞƏTLİ İNTİHARI FOTODA

"Gəlin bizə, sizə sürprizim var dedi", evdən meyitini tapdılar - Ülvinin DƏHŞƏTLİ İNTİHARI FOTODA

Bir həftə əvvəl Sumqayıtda məktəblinin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BiG.AZ xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2-ci mikrorayonda yaşayan 16 yaşlı Əhmədov Ülvi Vüqar oğlu özünü yaşadığı evdə asmamışdan əvvəl sinif yoldaşları ilə əlaqə saxlayıb.
Sumqayıtdakı internat tipli gimnaziyanın fars-ingilis dili təmayülünün 11-ci sinif şagirdi olan və bu il orta təhsili başa vurmalı olan Ülvi sinif yoldaşlarını yaşadığı evə dəvət edib. Ülvi Əhmədov sinif yoldaşlarına deyib ki, onlara sürpriz hazırlayır.

Bildirilir ki, məhz bu söhbətdən sonra məktəbli oğlan məktub yazıb və daha sonra özünü asaraq həyatına son qoyub. O, məktubunda "Son Zəng olmayacaq” sözlərini qeyd edib.

16 yaşlı oğlanın hansı səbəbdən belə bir plan hazırlaması, sinif yoldaşlarını çağırması və həyatına son qoyması hələlik tam aydınlaşmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

"Gəlin bizə, sizə sürprizim var dedi", evdən meyitini tapdılar - Ülvinin DƏHŞƏTLİ İNTİHARI FOTODA

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2182 Tarix: 19.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol