Vaqif Əsədov jurnalistlərin binasından ev almaq istəyir? — Açıqlama

Vaqif Əsədov jurnalistlərin binasından ev almaq istəyir? — Açıqlama

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov jurnalistlər üçün tikilən binadan ev almaq üçün müraciət etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

BiG.AZ xəbər verir ki, DYP rəsmisi AzVision.az-a açıqlamasında jurnalistlərin binasından ev almaq niyyətində olmadığını deyib.

"Bu məlumatlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Kimlərsə məqsədli şəkildə belə yalan məlumatlar yaymaqla qalmaqal yaratmaq istəyirlər. Bununla da mənim fəaliyyətimə kölgə salmağa çalışırlar. Yenə də bildirirəm ki, jurnalistlərin binasından ev almaq üçün müraciət etməmişəm. Bu barədə düşünməmişəm" - V.Əsədov deyib.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 533 Tarix: 19.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol