
Bəhreyn hökuməti koalisiya tərkibindəki Qətər hərbi qüvvələrinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, Bəhreyn rəsmilərinin açıqlamasına görə, amerikalı generalın əmri altında olan qətərli hərbçilər ölkəni tərk etməlidirlər: "Hələ ki, qətərli əsgərlər hərbi bazadadır. Lakin 2 gün ərzində onların ölkəni tərk edəcəkləri gözlənilir”.
Qeyd edək ki, 2014-cü ildən bəri terrorizmlə mübarizə çərçivəsində qətərli hərbçilər ABŞ-ın başçılıq etdiyi koalisiya ilə birgə Bəhreyndə xidmət keçir.
Şikayətiniz varsa Whatsapp: 050 5165251
Bölmə: Xəbərlər Oxunub: 7262 Tarix: 18.06.2017