ATV Murad Dadaşovu TƏKZİB ETDİ - "Ən bahalı "Maşın Şou" deyil..." (AÇIQLAMA)

ATV Murad Dadaşovu TƏKZİB ETDİ - "Ən bahalı "Maşın Şou" deyil..." (AÇIQLAMA)Son günlər "Maşın Şou" ətrafında baş verən qalmaqallar, aparılan müzakirələr səngimək bilmir. Həmçinin "Maşın Şou"nun yerli teleməkanın ən böyük və ən bahalı verilişi olması aparıcı Murad Dadaşov tərəfində də dönə-dönə vurğulanır. Bu isə müəyyən mənada mübahisələrə səbəb olur. Həqiətənmi "Maşın Şou" ölkənin ən bahalı TV layihəsidir?

Bu məsələ ilə bağlı ATV-nin ictimai-siyasi məsələlər və ictimaiyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov Unikal.org-a açıqlama verib. O bildirib ki, ATV kanalında yayımlanan "Maşın Şou" ətrafındakı ajiotaj onu da sevindirir və qürurlandırır:

"Çünki müasir standartlara uyğun, keyfiyyətli bir iş ortaya qoyulub. Murad Dadaşov və onun komandası hər zaman olduğu kimi bu dəfəki verilişdə də uğurlu performans göstərə bildi. Məni qürurlandıran həm də odur ki, şounun bu qədər uğurlu alınmasında onun məhz ATV də yayımlanması da böyük rol oynayır. Çünki "Maşın Şou" tarixində reytinq rekordunun qırılması məhz bu buraxılışda baş verdi. Heç kimə sir deyil ki, ATV ölkənin TV məkanında liderdir. Həmçinin, yayım keyfiyyəti baxımından da ATV fərqlənir. Bu isə mütamadi aparılan texniki təkmilləşdirmə tədbirləri vasitəsilə mümkün olub. Qeyd etdiyim vacib üstünlüklər isə "Maşın Şou" brendinin daha da keyfiyyətli yayımına və daha böyük auditoriya üçün cəlbediciliyinə səbəb olub. Amma bunu mütləq vurğulamalıyam ki, yerli teleməkanda bu vaxta qədər ən miqyaslı və bahalı layihə "Ford Boyard" verlişi olub. O verliş də məhz ATV kanalında yayımlanıb. Bir məqamı diqqətinizə çatdırım ki, "Ford Boyard"ın icraçı prodüsseri məhz ATV-nim vitse-prezidenti Rauf Dadaşov idi".

T.İbrahimov xatırladıb ki, "Ford Boyard" televiziya müsabiqəsində yerli televiziya, şou-biznes və idman nümayyəndələri iştirak edirdilər: "Çəkilişlər Fransanın La- Roşel adasında, sırf "Ford Boyard" müsabiqəsi üçün nəzərdə tutulmuş nəhəng studia-məkanda həyata keçirilib. Həmin o məkan olduqca iri məbləğə icarəyə götürülmüşdü və ən müasir texniki avadanlıqlarla çəkilişlər aparılmışdı. Qeyd edim ki, dünyanın əksər TV kanalları da məhz həmin məkanda eyni şərtlərlə "Ford Boyard"ı özləri üçün çəkirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9571   Tarix: 15 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1706
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 1964
.

Hadise yeni rekorda imza atıb

Müğənni Hadise yeni rekorda imza atıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Üç böyük brendlə 1 illik müqavilə imzalayan Hadise 300 milyon lire qazanıb. Sentyabr sonuna qədər isə 95 konsert verməyə razılaşıb

22.04.2024 869
.

23 illik həyat yoldaşı ilə ilk dəfə görüntüləndi - Fotolar

Türkiyəli müğənni İzzət Yıldızhan ilk dəfə həyat yoldaşı Ajda Yıldızhanla obyektivlərə tuş gəlib. Axşam.az xəbər verir ki, cütlük məclislərdən birinə birgə qatılıblar. 23 ildir evli olan ikili ilk dəfə birgə görüntülənib. Qeyd edək ki, 61 yaşlı İzzət 3 dəfə ailə qurub. Onun müxtəlif qadınlardan ümumilikd

22.04.2024 847
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

10:30 125
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 430
.

Aysun övladının cinsiyyətini açıqladı - VİDEO

Müğənni Aysun İsmayılova övladının cinsiyyətini açıqlayıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında video yayımlayıb. Aysun qız övladının olacağını bildirib. Həmin videonu təqdim edirik:

20.04.2024 2610
.

Camillanın heyran edən "Şirin dil"i – VİDEO

Gənc və istedadlı müğənni Camilla yeni ifasını təqdim edib. xəbər verir ki, sənətçi, məşhur bəstəkar Emin Sabitoğlunun dillər əzbəri olan "Şirin dil" əsərinə yeni nəfəs verib. Elvin İmanovun aranjımanı və rejissor Ramal Nəsiblinin ekran işi ilə möhtəşəm iş ərsəyə gəlib. Camillanın "Şiri

23.04.2024 377
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 605