​Azərbaycanda birinci Qədr gecəsi bu tarixdə qeyd olunacaq

​Azərbaycanda birinci Qədr gecəsi bu tarixdə qeyd olunacaq

Azərbaycanda birinci Qədr (əhya) gecəsi iyunun 13-dən 14-nə keçən gecə qeyd olunacaq.

BiG.AZ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan təqviminə əsasən xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-cu gününə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Azərbaycanda ikinci Qədr gecəsi iyunun 15-dən 16-na (Ramazan ayının 20-dən 21-ci gününə), üçüncü Qədr gecəsi iyunun 17-dən 18-nə (Ramazan ayının 22-dən 23-cü gününə), sonuncu Qədr gecəsi isə iyunun 21-dən 22-nə keçən gecəyə (Ramazan ayının 26-dan 27-ci gününə) təsadüf edir.

Ramazan bayramı isə iyunun 26-sı və 27-də qeyd olunacaq.
f Paylaş
Bölmə: İslam Oxunub: 7841 Tarix: 10.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
tansu
tansu 10.06.2017
Allah qebul etsin.inşAllah qedr gecelerini oyaq qalıb,ibadet etmey qismetimiz olar.


 
Edaletli
Edaletli 10.06.2017
Inwallah..