‎"Eurovision-2012" ilə bağlı Azərbaycanın tanıtım video çarxlarının çəkilişləri

‎Cümə günü Bakı Biznes Mərkəzində "Eurovision-2012" ilə bağlı Azərbaycanın tanıtım video çarxlarının çəkilişləri üçün keçirilən seçimlərdə (kastinq) müxtəlif yaş kateqoriyasına aid 387 nəfər iştirak edib. Bu barədə Trend İctimai Televiziyanın rəsmi saytına istinadən xəbər verir.

Seçimə səhər saat 10-da start verilib və iş fasilə olmadan davam etdirilib. Qatılan hər iştirakçının "Eurovision Song Contest Bakı-2012" yazılmış plakatın qarşısında fotoları çəkilib. Seçimin nəticələri əsasında iştirakçılar ikinci mərhələyə dəvət olunacaqlar.

"Eurovision Mahnı Müsabiqəsi-2012" ilə bağlı Azərbaycanın tanıtım video çarxlarının çəkilişləri üçün keçirilən seçimlərdə (kastinq) iştirak edən vətəndaşlar xoş düşüncələrini İşçi Qrupuna ifadə ediblər və kastinqin yüksək səviyyədə təşkilindən razılıqlarını dilə gətiriblər.

Gün ərzində Bakı Biznes Mərkəzinin qarşısı çoxlu sayda insanla dolu olub. Bu hal da Azərbaycan əhalisinin bu müsabiqəyə verdiyi yüksək dəyərdən xəbər verir.

Azərbaycanda bu cür kütləvi seçim ilk dəfədir keçirilir. Məqsəd tanıtım video-çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və "Eurovision" Mahnı Müsabiqəsində hamının yaxından iştirakına imkan yaradılmasıdır. Seçimlər 10 saat ərzində həyata keçirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3620   Tarix: 07 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740