Təhlükəli dondurmalar mövsümü başladı: KEYFİYYƏTLİ MƏHSULU NECƏ TANIMALI...

Təhlükəli dondurmalar mövsümü başladı: KEYFİYYƏTLİ MƏHSULU NECƏ TANIMALI...Günəş artıq yandırıb-yaxır, eyni zamanda da, paytaxt mağazalarında dondurmaların qızğın satışı gedir.

BiG.AZ xəbər verir ki, isti yay günlərində kiminsə belə sərin desertdən imtina edəcəyi mümkün deyil.

Lakin əksər hallarda nəfis qablaşdırmanın içində olan süd kütləsi özünün qəribə dadı, tamı ilə bizi məyus edir.

Maraqlıdır, niyə? Olmaya, uşaqlıqdan sevə-sevə yediyimiz dondurmalar yox, ağız dadımız dəyişib?

Bəli, sovetlər dönəmində dondurmalar bütünlüklə təbii məhsullardan hazırlanırdı.

Dondurmanın əsas inqredienti sayılan indiki südlərin "ömrünü uzatmaq" üçün ona xüsusi konservantlar əlavə olunur. Bu da hələ yaxşı halda belədir... Pis halda isə quru südlə əvəz edirlər. Belə olan halda dondurmaların dadının kəskin pisləşməsi heç də təəccüblü deyil.

Yay aylarında "soyuq desertə" tələbat hədsiz çox olur. Artıq pul qazanmaq istəyən fırıldaqçılar saxta məhsul istehsal etməkdən belə çəkinmir.

Ölkəmizdə yerli istehsalla yanaşı, Türkiyə, Rusiya və İrandan gətirilən dondurmalar da satılır. Onların qiyməti isə müxtəlifdir. Ən ucuz dondurma 30 qəpik, ən bahalısı isə 45 manatadır.
Dondurma həssas qida olduğu üçün kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Buna görə də ilk növbədə dondurma alanda onun saxlanma şəraitinə və tərkibinə diqqət yetirilməlidir.

Dondurma ixtisaslaşdırılmış vitrinlərdə saxlanılmalıdır. Amma bəzən marketlərdə dondurmaların toyuq və balıq məhsulları ilə eyni soyuducuda saxlanılmasının da şahidi oluruq. Ekspertlər isə bildirirlər ki, yad qidalarla eyni soyuducuda saxlanan dondurma keyfiyyətini pozmaqla yanaşı, üzərində mikroorqanizmlərin artmasına səbəb olur. Satıcıların sözlərinə görə, daha çox satılan dondurmalar yerli, Türkiyə və Rusiya istehsalı olan dondurmalardır. Düzdür, havalar hələ çox isti olmadığı üçün dondurma alıcıları da çox deyil. Ancaq satıcıların dediyi kimi, dondurma alanların sayında gün keçdikcə artım olur.

Əgər dondurma yeyərkən boğazda acılıq hissi yaranırsa, bu, onun tərkibinə yağlılığı təmin etmək üçün kərə yağı əvəzinə marqarin və yaxud bitki yağları qarışdırıldığını göstərir. İsti temperatura məruz qalan dondurmadan imtina etmək lazımdır. Bir də çalışmaq lazımdır ki, bir gündə 200-300 qramdan çox dondurma yeyilməsin. Əgər çox yeyilərsə, insanların bədən temperaturu aşağı düşə bilər və xəstələnər.

Hazırlanmış dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 180 dərəcədən yüksək olmayan temperaturda saxlanılmalıdır. Bu temperaturda meyvə-giləmeyvə və aromatik dondurmaları 1,5 ay, südlü dondurmanı 1 ay, qaymaqlı dondurmaları 1,5 ay, plombir dondurmasını 2 ay saxlamaq olar. Ticarət şəbəkəsində isə dondurmaları ümumilikdə mənfi 120 dərəcədən aşağı olmayan temperaturda 5 gün saxlamaq olar.
Donu açılıb yenidən dondurulmuş dondurmalar sağlamlıq üçün zərərlidir. Dondurma ləzzətli olmaqla yanaşı, sağlamlığımız üçün bəzən təhlükəli ola bilir. Onun süddən emal edildiyi və südün də tez xarab olduğu hamımıza məlumdur. Buna görə həkimlər daha diqqətli olmağı məsləhət görür. İsti havada süddən emal edilən dondurma uzun müddət qaldıqdan sonra mikrob törədə bilər və insanlarda qida zəhərlənməsinə səbəb ola bilər.

Açıq dondurma alındığı zaman onun tərkibində hansı rəngləndiricidən istifadə olunduğunun soruşulması önəmlidir. Paketdə dondurma alındıqda isə paketin üzərindəki məlumatlara diqqət edilməlidir.

Odur ki, sağlamlığınıza laqeyid yanaşmayın!

Aysel.Ş


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2882   Tarix: 30 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 843
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 460
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1091
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24.03.2024 637
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 720
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

07.04.2024 402
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 914
.

Alkoqol zəhərlənməsinin hansı əlamətləri var?

Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır. Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyini

06.01.2024 1134
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 774